Prezidentdən
növbəti xoş müjdə
Gələn il minimum əməkhaqqı və minimum pensiya yenə artacaq
Ölkəmizdə həyata
keçirilən sosialyönümlü
siyasət dövlətin ümumi siyasətinin ayrılmaz hissəsidir. Vətəndaşların sosial
rifahını yaxşılaşdırmaq
üçün yürüdülən
bu siyasət birbaşa
iqtisadi inkişafla bağlıdır.
Prezident İlham
Əliyev dəfələrlə
söylədiyi bu fikri yeddinci çağırış Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində
bir daha vurğuladı. İqtisadi
sahədə göstəricilərin
bu il də
müsbət olduğunu
bildirdi: "Səkkiz
ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub.
Biz son illər
ərzində mənim
tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı
salırdıq və bu gün ümumi
daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, biz bütün
əsas kreditləri qaytarmışıq və
yəni əgər borcumuzu mütləq rəqəmlərlə götürsək,
təqribən 5,3 milyard
dollardır, - biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü
müqayisə etmək
istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf
etmiş ölkələrin
bəzilərində, o cümlədən
bizə mühazirə
oxumaq istəyən bəzi ölkələrdə
xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək
rəqəmi təşkil
edir".
Bunlar sadəcə
olaraq qazanılan uğurların yalnız bir hissəsidir. Əlbəttə, görülən
işlərdən bəhs
edərkən ilk
növbədə işğaldan azad olunmuş ərazilərimizdə aparılan
geniş bərpa-quruculuq
tədbirləri yada düşür. Qarabağın
və Şərqi Zəngəzurun bərpası
qarşıda dayanan önəmli vəzifədir.
Təsadüfi deyil ki, qələbə qazanılan vaxtdan bu ilin sonuna
qədər xərclənməsi nəzərdə
tutulan vəsait 19 milyard manat təşkil
edir. Bu vəsaitin mütləq əksəriyyəti infrastruktur
layihələrinin icrasına
xərclənib. Bununla
yanaşı, keçmiş
köçkünlərin qaytarılması
üçün də
işlər görülür
və artıq səkkiz mindən çox keçmiş köçkün Qarabağda
və Şərqi Zəngəzurda yerləşib.
Onların sayı aydan-aya daha da artır.
Regionda infrastruktur
layihələri geniş
vüsət alıb.
Belə ki, artıq 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunelin tikintisi yer alır və
onların ümumi uzunluğu 70 kilometrdir. Eləcə də 450 körpünün
inşası nəzərdə
tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib.
Başlıca işlərdən
biri də enerji
potensialının gücləndirilməsidir.
Bu istiqamətdə də
təqdirəlayiq tədbirlər
görülüb. Belə
ki, üç il ərzində
270 meqavat gücündə
su-elektrik stansiyaları
istismara verilib və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar,
sosial obyektlər istifadəyə verilir. Mənfur düşmənin
xarabalığa çevirdiyi
yaşayış məntəqələrinin yerində
yeni kəndlər,
qəsəbələr salınır. Tarixi abidələr bərpa edilir. Erməni vandalları tərəfindən dağılmış
yeddi məscid yenidən qurulub. Səkkiz məscidin inşası davam edir.
Dövlətimizin başçısı
bu işlərin genişmiqyaslı olduğunu
qeyd edərək demişdir: "Zəfər
muzeyləri, işğal
muzeyləri, zəfər
parkları, - yəni bu coğrafiyada belə genişmiqyaslı
işləri aparmaq, bir daha deyirəm,
doğrudan da xalqımızın
böyük imkanlarını
göstərir və burada söhbət təkcə maliyyə vəsaitindən getmir. Bizim qurduğumuz dövlət, eyni zamanda texniki imkanlara malikdir. Kadr hazırlığı
da yerindədir. Çünki bu işləri görmək
- üç min metrdən yuxarı hündürlüyü olan
dağlarda qış
vaxtında elektrik xətləri çəkmək,
doğrudan da böyük peşəkarlıq
tələb edir. Yəni ölkəmizin potensialı budur. Biz buna hazırıq.
Biz torpaqları azad edən kimi dərhal buna başlamışıq".
Təbii ki, bütün bu işləri görmək
üçün iqtisadi
imkanımız olmalıdır. Ölkəmiz bütün bunları öz hesabına gerçəkləşdirir. Füzuli
rayonunda Özbəkistanın
tikdiyi məktəbi və Qazaxıstanın inşa etdiyi uşaq yaradıcılıq mərkəzini,
eləcə də hazırda Qırğızıstanın Ağdam rayonunda tikməkdə olduğu məktəbi nəzərə
almasaq, bütün işləri öz hesabımıza, öz gücümüzlə görürük.
Bu da bir
daha göstərir ki, biz ancaq
öz gücümüzə
arxalanmalıyıq, öz
potensialımıza güvənməliyik.
Gələcək planları gerçəyə
çevirmək üçün
yenə də vacib şərt iqtisadi inkişafdır. O cümlədən
vətəndaşların sosial
rifahının yüksəldilməsi
üçün də. İndiyə qədər bu sahədə atılan addımlara da məhz iqtisadi inkişaf imkan vermişdir. Belə ki, 2018-ci ildən indiyədək Azərbaycanda
dörd sosial islahatlar paketi həyata keçirilib. Bunların məbləği
7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş
il ərzində ölkəmizdə minimum əməkhaqqı 2,7 dəfə,
minimum pensiya 2,5 dəfə artıb.
"Artıq göstəriş
verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.Yəni
bu sosialyönümlü
siyasət bir daha bizim ümumi
siyasətimizi, niyyətimizi
göstərir. Əlbəttə
ki, gələcəkdə
bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın
şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi
əsas şərtdir",
- deyə Prezidentimiz bildirmişdir.
Bu gün ölkəmizdə məhz
bu istiqamətdə əhəmiyyətli
işlər görülür.
Qarabağda və Şərqi Zəngəzurda
yeni istehsalat sahələri açılır.
O cümlədən böyük
rəmzi məna daşıyan "İstisu"
zavodunun açılışı
olub. Bütün bölgələrdə genişmiqyaslı
işlər aparılır.
Deməli, Azərbaycanın
iqtisadi yüksəlişi
davam edir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
25 sentyabr (¹ 209).- S.7.