Azərbaycan
Respublikası Prezidentinin
1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydaları"nda
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, № 3, maddə 175 (Cild I); Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 7.1-ci bəndin birinci
cümləsində "saylı
Əlavəsində" sözləri
"nömrəli əlavəsində"
sözləri ilə əvəz edilsin.
2. Həmin Qaydaların
1 nömrəli əlavəsi
- "İxracı və
idxalı Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin sərəncamı
əsasında aparılan
malların Siyahısı"
yeni redaksiyada verilsin (əlavə olunur).
3. Həmin Qaydaların
2 nömrəli əlavəsi
- "İxracı və
idxalı müvafiq dövlət orqanlarının
rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin
və əqli mülkiyyətin) Siyahısı"
üzrə:
3.1. "İxrac" hissəsinin "Azərbaycan
Respublikasının ərazisində
dövriyyəsinə nəzarət
edilən psixotrop maddələr - Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi" abzası
ləğv edilsin;
3.2. "İdxal" hissəsinin üçüncü
abzasının "Malların
adı" sütunundan
"Azərbaycan Respublikasının
ərazisində dövriyyəsinə
nəzarət edilən
psixotrop maddələr,"
sözləri çıxarılsın.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
4.1. bir ay müddətində:
4.1.1. ixracı və
idxalı Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin sərəncamı
əsasında həyata
keçirilən malların
Siyahısı üzrə
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
4.1.2. bu Fərmanın
2-ci hissəsində nəzərdə
tutulan əlavənin
"Qeyd" hissəsinin
1-ci bəndində göstərilən
malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
4.2. bu Fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr
2024-cü il
Azərbaycan.-2024.-
25 sentyabr (№209).- S.3.