Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsinin icmal büdcənin layihələri müzakirə olunub

 

Sentyabrın 24-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilmiş hökumətin iclasında 2025-cü il üzrə dövlət büdcəsinin icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası proqnoz göstəriciləri müzakirə olunub.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Baş nazir Əli ƏsədovBüdcə sistemi haqqındaQanuna müvafiq olaraq 2025-ci il dövlət icmal büdcə layihələrinin, həmçinin növbəti üç il üçün icmal büdcənin göstəricilərinin, sosial-iqtisadi inkişaf proqnozlarının Nazirlər Kabinetinə təqdim edildiyini deyib.

Baş nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün suverenliyinin tam bərpası, regional beynəlxalq müstəvidə uğurlu addımları yeni reallıqlar yaradıb bu reallıqlar 2025-2028-ci illəri əhatə edən növbəti ortamüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsindəki strateji baxışını şərtləndirib.

Cari ilin Vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə əlamətdar olduğunu vurğulayan Əli Əsədov Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində növbədənkənar prezident parlament seçkilərinin keçiridiyini, onların nəticələrinin xalqımızın Heydər Əliyev yoluna sədaqətini, Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu məqsədyönlü siyasətinə inam etimadını bir daha nümayiş etdirdiyini, dövlətimizin başçısına Yeni Azərbaycan Partiyasına birmənalı dəstəyinin növbəti ifadəsi olduğunu diqqətə çatdırıb.

O, Prezidentin Sərəncamına əsasən hər il sentyabrın 20-nin ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunacağını deyib. Qeyd edib ki, bu Sərəncam bu tarixi hadisənin əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Qlobal miqyasda artan geosiyasi gərginliklərə, beynəlxalq əmtəə bazarlarında volatil qiymətlərə, dünya ölkələrində borc büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi maliyyə sabitliyi təmin olunub. Cari ilin ötən dövrü ərzində əlverişli xarici mühit “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının uğurlu icrası nəticəsində ölkədə iqtisadi fəallığım davam etməsi, o cümlədən qeyri neft-qaz sektorunun bütün sahələrində müsbət artım templəri müşahidə olunmaqdadır”, - deyən Baş nazir qeyd edib ki, 8 ayda ümumi daxili məhsul 4,3 faiz artıb, o cümlədən qeyri-neft sektorunda 7,0 faiz artım olub. Qeyri-neft sənayesində isə 7,8 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 73 milyard dolları ötüb. Bu göstərici cari ilin sonuna gözlənilən ÜDM-in 100 faizi deməkdir xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. Sentyabrın 1-i tarixinə bu göstərici 5,3 milyard dollar olmaqla ÜDM-in 7,5 faizini təşkil edir. Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib. O cümlədən tərəfimizdən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir 2024-cü ilin 8 ayında orta illik inflyasiya 1,3 faiz, illik inflyasiya isə 3,5 faiz olub.

Baş nazir qeyd edib ki, ötən dövr ərzində müsbət makro-fiskal göstəricilər, dünya enerji bazarlarında əlverişli qiymət, profisitli tədiyyə balansı, dövlət büdcəsinə əlavə gəlir daxilolmaları nəticəsində 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılıb. Nəticədə büdcə gəlirləri 2,2 milyard manat, büdcə xərcləri isə təxminən 3.0 milyard manat artıb. Yenidən baxılmış büdcə ölkənin müdafiə qabiliyyətinin təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üzrə zəruri olan bir sıra əlavə xərclərin maliyyələşdirilməsinə imkan yaradıb.

Diqqətə çatdırılıb ki, 2025-ci il növbəti üç ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi mövcud xarici daxili makroiqtisadi mühit, büdcə siyasətinin əsas istiqamət hədəfləri, büdcə qaydasının hədəfləri makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb. Növbəti il ortamüddətli dövr üçün büdcə siyasəti aşağıdakı əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilib:

- “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;

- Qarabağın Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası ərazilərə Böyük Qayıdışın təmin edilməsi;

- Ölkənin hərbi-müdafiə qabiliyyətinin təhlükəsizliyinin gücləndirilməsi;

- NMR Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası;

- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi;

- Dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin büdcə dayanıqlılığının təmin olunması.

Daha sonra bir sıra ümumi məlumatları diqqətə çatdıran Əli Əsədov deyib: “2025-2028-ci illərdə makro-fiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanıb. Növbəti ilin büdcə hesablamalarında neftin qiyməti 70 dollar götürülüb. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667 milyon manat proqnoz edilir. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faizdir. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5 faiz, qeyri-neft sektoru üzrə 4,9 faizlik real artım tempi proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempi 5 faiz nəzərdə tutulur. Ortamüddətli perspektivdə neft-qaz sektorunda hasilatın azalması ilə artım tempinin zəifləməsi fonunda qeyri-neft iqtisadiyyatının inkişafı əsas hədəflərdən biridir”.

Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın artan iqtisadi imkanlarının əhalinin sosial müdafiəsinin rifah səviyyəsinin təmin edilməsinə mühüm töhfələr verdiyini vurğulayan Baş nazir qeyd edib ki, 2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcək. Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 43 faizini təşkil edir. 2025-ci ildə əməkhaqqı sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Müasir-innovativ təhsilin inkişafı əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində müdafiə milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 17 faizini təşkil edir.

İşğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın birbaşa iştirakı rəhbərliyi ilə geniş bərpa-quruculuq işlərinin sürətlə həyata keçirildiyini vurğulayan Ə.Əsədov bu məqsədlər üçün indiyədək dövlət büdcəsindən 17,5 milyard manata yaxın vəsait ayrıldığını, 2025-ci ildə daha 4 milyard manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu bildirib. deyib ki, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birininTəmiz ətraf mühit yaşıl artım ölkəsikimi müəyyən edildiyini xatırladan Ə.Əsədov bu ilinYaşıl dünya naminə həmrəylik ilielan olunduğunu vurğulayıb, gələn il iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri daxil olmaqla bütövlükdə yaşıl büdcə xərclərində 16 faizdən çox artımın nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Baş nazir Azərbaycanın dünya miqyasına siyasi nüfuzunun artdığını, Avrasiyanın mühüm nəqliyyat logistika qovşağı, həmçinin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi statusunun möhkəmləndiyini, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Orta Şimal-Cənub dəhlizlərinin inkişafı üçün tərəfdaş ölkələrlə davamlı olaraq birgə səylər göstərdiyini vurğulayıb.

Sonra maliyyə naziri Samir ŞərifovAzərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin icmal büdcənin layihələri sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında”, iqtisadiyyat naziri Mikayıl CabbarovAzərbaycan Respublikasının 2025-ci il sonrakı üç il üzrə iqtisadi sosial inkişaf konsepsiyası proqnoz göstəriciləri haqqında”, əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2025-ci il üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun İşsizlikdən Sığorta Fondunun büdcə layihələrimövzularında məruzə ediblər.

Müzakirəyə yekun vuran Baş nazir Əli Əsədov qarşıda duran əsas vəzifələri elan edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Hökumət qarşısında qoyulan bütün vəzifə tapşırıqların vaxtında, yüksək keyfiyyətlə tam şəkildə icra olunacağına əminliyini ifadə edib.

Qeyd edək ki, büdcə zərfinə daxil olan sənəd məlumatlar Azərbaycan Prezidentə təqdim olunacaq.

 

Azərbaycan.-2024.- 25 sentyabr (¹209).- S.4.