Bakıda  "ADEX-2024" və  "Securex Caspian" sərgiləri işə başlıyıb

 

Sentyabrın 24-də regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə 3 gün davam edəcək tədbirin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub.

Qeyd edək ki, bu genişmiqyaslı tədbir regionun ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü qüdrətinin nümayişidir.

2024-cü ildə “ADEX” Securex Caspian” sərgilərinin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir. Belə ki, sərgilər bu il artıqBakı Ekspo Mərkəzi”nin yeni istifadəyə verilmiş 4-cü zalı da daxil olmaqla bütün qapalı, eləcə açıq sahəsini əhatə edir.

Sərgilərdə 40 ölkədən 218-dək şirkət iştirak edir, 14 ölkə milli pavilyonla təmsil olunur.

Tədbirə dünyanın 27 ölkəsindən 53 nümayəndə heyəti qatılıb.

“ADEX” sərgisinin sponsorları TürkiyəninBaykar”, İsrailin “Israel Aerospace Industries” Qətərin “Barzan Holdings” şirkətləridir.

Pavilyonun tərkibində 4 stend fəaliyyət göstərir. “Bakı Ekspo Mərkəzi”nin qapalı ərazisində Müdafiə Sənayesi Nazirliyinin 85 kvadratmetr sahəni əhatə edən bir stendi, Nazirliyin tabeliyində fəaliyyət göstərənAzərsilahMüdafiə Sənayesi HoldinqiQapalı Səhmdar Cəmiyyətinin isə qapalı məkanda 256 kvadratmetr 360 kvadratmetr sahələri əhatə edən iki, açıq ərazidə 500 kvadratmetr sahəni əhatə edən bir stendi quraşdırılıb.

Sərgilər sentyabrın 26-da yekunlaşacaq.

 

Azərbaycan.-2024.- 25 sentyabr (¹ 209).- S.4.