Azərbaycan
və Qazaxıstan Müdafiə nazirlikləri
arasında 2025-ci il üçün ikitərəfli
hərbi əməkdaşlıq
planı imzalanıb
Bakı Ekspo Mərkəzində keçirilən
"ADEX" 5-ci Yubiley Azərbaycan
Beynəlxalq Müdafiə
Sərgisi davam edir.
Sentyabrın
24-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov sərgidə iştirak məqsədi
ilə ölkəmizdə səfərdə olan Qazaxıstan
Respublikasının müdafiə naziri general-polkovnik Ruslan
Jaksılıkov ilə görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata
görə, görüşdə ölkələrimiz
arasında ikitərəfli hərbi əməkdaşlığın
dostluq və qardaşlıq münasibətləri üzərində
qurulduğu xüsusi qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın
hər iki ordunun daha da güclənməsinə xidmət
etdiyi vurğulanıb.
Bakı Ekspo
Mərkəzində keçirilən görüşdə Azərbaycan
ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın
cari vəziyyəti və gələcək perspektivləri
müzakirə edilib, qarşılıqlı maraq doğuran
bir sıra digər məsələlərə dair ətraflı
fikir mübadiləsi aparılıb.
Görüşün
yekununda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri
arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq
planı və Milli Müdafiə universitetləri arasında
Memorandum imzalanıb.
Azərbaycan.-2024.-
25 sentyabr (№ 209).- S.4.