Yeni
dövrün inkişaf
konsepsiyası açıqlandı
Dövlət başçısının Milli
Məclisdəki çıxışı
deputatların beşillik
fəaliyyəti üçün
yol xəritəsi olacaqdır
"VII çağırış
Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışı bütövlükdə
regionun inkişaf konsepsiyasını əhatələməklə
deputatlar üçün
yaxın 5 il üzrə fəaliyyətin
yol xəritəsi hesab olunmalıdır. Möhtərəm cənab
Prezident özünün
parlamentdəki tarixi çıxışında ölkə
üçün prioritet
sayılan, eyni zamanda regionun geosiyasi simasını müəyyən edəcək
qətiyyətli mövqe
ifadə etməklə
həm də Azərbaycan Respublikasının
Milli Məclisinin bu istiqamətdə üzərinə düşən
vəzifələrin sərhədlərini
müəyyənləşdirdi".
"Azərbaycan" qəzetinə açıqlamasında
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, dövlət başçısı ölkə
Konstitusiyasında ifadə
olunduğu kimi, Azərbaycan bütün dünya xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq
niyyətini bəyan etməklə bərabər,
həm də ölkəmizə qarşı
təcavüzkar niyyətlər
güdən çoxsaylı
qüvvələrin davranışlarına
müvafiq olaraq hərbi potensialının
gücləndirilməsini ən
vacib istiqamət kimi bəyan edib: "Ötən dövr ərzində Azərbaycanda ordu quruculuğu və müdafiə sənayesinin
inkişaf etdirilməsi
istiqamətində inqilabi
addımlar atılıb.
Vətən müharibəsində
və antiterror tədbirlərində əldə
edilən nəticələr,
o cümlədən getdikcə
dərinləşən ziddiyyətlər
fonunda geosiyasi zəmində Azərbaycanın
hərbi-siyasi güc kimi artan nüfuzu
fonunda bunu çox aydın formada görmək mümkündür. Prezident
İlham Əliyevin nitqindən göründüyü
kimi, qarşıdakı
dövrdə də Azərbaycan üçün
hərbi qüdrətinin
artırılması prioritet
olaraq qalacaq və hakimiyyətin vacib qolu qanunverici
orqan kimi Milli Məclisin də üzərinə bununla bağlı səlahiyyətləri çərçivəsində
ciddi işlər düşür".
Deputat deyib ki, dövlət başçısının ifadə
etdiyi kimi, xüsusən büdcə
müzakirələri zamanı
parlamentin hökumətin
hərbi büdcənin
artırılması ilə
bağlı mütəmadi
verdiyi qərarlara davamlı dəstəyi çox vacibdir. Sirr deyil ki,
ötən dövr ərzində Azərbaycanın
hərbi büdcəsi
daim artan tempdə inkişaf edib, hər ötən il bu dəyişiklik statistikada və real göstəricilərdə
inikasını tapıb.
Milli Məclis hökumətin bu təşəbbüsünə daim birmənalı şəkildə dəstək
verib, üstəlik, deputatlar bu artımların
əhatə dairəsinin
daha da genişləndirilməsi
təklifləri ilə
çıxış ediblər.
Ayrı-ayrı dövlətlərdə
büdcə müzakirələrinin
siyasi böhrana çevrildiyi bir zamanda Azərbaycanda hakimiyyətin qolları arasında digər məsələlərdə olduğu
kimi, bu istiqamətdə də vahid mövqedən çıxış edilməsi
milli həmrəyliyin
nümunəsi olmaqla bərabər ordu quruculuğu və müdafiə sənayəsinin
inkişafına öz
töhfəsini verib. Möhtərəm Prezidentin
VII çağırış parlamentin ilk iclasında verdiyi bəyanatlar da məhz bu reallığın
davamının təmin
edilməsinin vacibliyini
ehtiva edir.
B.Məhərrəmovun sözlərinə görə,
müdafiə sənayəsinin
inkişafı istiqamətində
həyata keçirilən
tədbirlər fonunda
bu sferada özəl sektorun rolunun artırılması
istiqamətində tədbirlərə
də qanunvericilik bazası çərçivəsində
dəstək verilməsi
vacibdir. Prezidentin cari situasiyadan məmnunluğu da onu göstərir ki, Azərbaycanda bu istiqamətdə də hakimiyyət qolları arasında çox ciddi uzlaşma var və
ölkəmiz hərbi-siyasi
güc mərkəzi kimi özünün təsdiqi istiqamətində
Prezident İlham Əliyevin rəhbərliyi
altında uğurlu birgəfəaliyyət nümunəsi
formalaşdırıb.
Deputat vurğulayıb
ki, dövlət başçısının çıxışının
çox vacib istiqamətlərindən biri
də milli təhlükəsizlik elementləri
ilə bağlı olub. Xüsusən Azərbaycanın sərhəd
təhlükəsizliyinin etibarlı
təmini istiqamətində
dövlətin müəyyən
etdiyi konsepsiyasının
özünü doğrultması
fonunda ölkə rəhbərinin ali tribunadan verdiyi bəyanatlar, əslində,
bu istiqamətdə gələcək fəaliyyətin
konturlarının müəyyən
olunması baxımından
çox vacib əhəmiyyətə malikdir.
Quru sərhədlərin
bağlı qalması
ilə əlaqədar
bir sıra qüvvələrin manipulyasiyaları
fonunda möhtərəm
Prezidentin cari vəziyyəti cəmiyyətin
diqqətinə çatdırması,
xüsusən bu situasiya ilə Azərbaycanın əldə
etdiyi dividendlər milli təhlükəsizliyin
daha etibarlı formada təmini istiqamətində nəticələrin
cəmiyyətə kommunikasiya
olunması xüsusi qeyd edilməlidir.
B.Məhərrəmov deyib ki, Azərbaycanın
xarici siyasət kursu, həmçinin milli mənəvi dəyərlərin qorunması,
ideoloji sahədə fəaliyyətin gücləndirilməsi
ilə bağlı Prezidentin çıxışında
toxunduğu məqamlar,
həmçinin bu istiqamətdə qanunverici
orqanın fəaliyyətinin
hərəkətverici qüvvəsi
kimi çıxış
edəcək: "Bu mənada əminliklə demək olar ki, VII çağırış
Milli Məclisin ilk iclasında dövlət başçısının
irəli sürdüyü
tezislər, əslində,
Azərbaycanın yeni
dönəmdə inkişaf
konsepsiyasının əsası,
bütövlükdə regionun
dayanıqlı təhlükəsizlik
mühitinə qovuşması
istiqamətinə aydın
yol xəritəsi hesab olunmalıdır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-
2024.- 25 sentyabr (№ 209).- S.7.