Ceyhun
Bayramov: COP29 qlobal sülh və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq
İqlim dəyişikliyi,
dağıdıcı münaqişələr,
geosiyasi gərginliklər
və artan bərabərsizlik kimi presedentsiz çağırışlarla
qarşı-qarşıya qalan
dünya həlledici yolayrıcındadır. Bu
kritik dönəmdə
“Gələcəyin Sammiti”
aktual çağırışların
həll olunması, uçurumların aradan qaldırılması və
çoxtərəfli sistemin
bir vahid şəklində irəlilədiyini
nümayiş etdirmək
üçün bir fürsətdir.
AZƏRTAC xəbər verir ki, bunu
Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər
Təşkilatının Baş
Assambleyasının 79-cu sessiyasının
yüksək səviyyəli
həftəsi çərçivəsində
reallaşan “Gələcəyin
Sammiti”ndə çıxışında deyib.
Bildirib ki, Azərbaycan özü beynəlxalq hüququn, o cümlədən humanitar
hüququn pozulmasının
ən faciəvi nəticələrini yaşayıb
və BMT Nizamnaməsinin,
habelə əsas orqanlarının çoxsaylı
qətnamələrinin icra
edilməməsi ədalətsizliyi
ilə üzləşib.
Məhz bu səbəbdən Azərbaycan
beynəlxalq hüquqa
ciddi riayət edilməsi və beynəlxalq normaların aşınmasının dayandırılması
baxımından bu Sammitin ideyasını tam anlayır. Nizamnamə və eləcə də orada əksini tapan bütün alətlər və mexanizmlər heç bir ikili standartlar,
siyasi, coğrafi və ya hər
hansı üstünlüklər
olmadan qeyd-şərtsiz
tətbiq edilməlidir.
“Biz Dayanıqlı
İnkişaf Məqsədlərinin
(DİM) cəmi 17%-nin
yerinə yetirildiyi Dayanıqlı İnkişaf
üzrə 2030 Gündəliyinə
aparan yolun tən yarısında görüşürük. İrəliləyişə
nail olmaq üçün siyasi öhdəliklərimizi həlledici
fəaliyyətə çevirməyə
təcili ehtiyac var. Azərbaycan bu baxımdan DİM-lər üzrə irəliləyişi gücləndirmək
üçün Baş
katibin səylərini
tam dəstəkləyir
və 75-ci Yubiley Bəyannaməsindəki öhdəliklərə
sadiq qalır. Biz milli səviyyədə
17 məqsəd, 88 hədəf
və 119 göstəricini
prioritetləşdirməklə irəliləyişə nail
olmaqla digərlərinə
nümunə göstəririk.
Buna vətəndaş
cəmiyyəti, biznes
ictimaiyyəti, qadınlar,
gənclər və digər əsas maraqlı tərəfləri
əhatə edən əməkdaşlıq və
inklüziv proses vasitəsilə nail olunub.
Ərazilərimizin işğaldan
azad edilməsi
DİM-lərə nail
olunması baxımından
da yeni səhifə
açıb. Hökumət
DİM-lərin həyata
keçirilməsinin bütün
aspektlərini əhatə
edən on milyardlarla ABŞ dolları
dəyərində genişmiqyaslı
yenidənqurma və bərpa səylərinə
başlayıb.
Bundan əlavə,
Azərbaycan DİM18, mina
təhlükəsi ilə
mübarizəyə dair
fəaliyyətlər üzrə
milli məqsədi təqdim edib. Təcili humanitar ehtiyacların həlli, yaşayış vasitələrinin
bərpası və icmaların canlandırılmasında
minalardan təmizlənmənin
həlledici olduğunu
nəzərə alaraq,
daha böyük beynəlxalq dəstəyə
və həmrəyliyə
çağırırıq.
Biz, həmçinin
2030 Gündəliyi üzrə
dörd Könüllü
Milli Hesabat təqdim edən regionumuzda birinci ölkə olmaqla, bütün dünyada azsaylı ölkələr
sırasındayıq. 2024-cü il Dayanıqlı İnkişaf Hesabatında
Azərbaycan dünya ölkələrinin üçdə
ikisindən irəlidədir”,
- deyə nazir qeyd edib.
Nazirin sözlərinə
görə, Azərbaycan
BMT Nizamnaməsi tərəfindən
qorunan suverenlik və ərazi bütövlüyü hüquqlarını
bərpa edərək
yeni dövrə qədəm qoyub: “Azərbaycan gücdən istifadənin qanunsuzluğuna
son qoymaqla Ermənistanla tam şəkildə bir-birinin
suverenliyi və ərazi bütövlüyünün
qarşılıqlı tanınması
və hörmət edilməsinə əsaslanan
postmünaqişə normallaşma
gündəliyinin təməlini
qoyub.
Biz ikitərəfli
danışıqlar vasitəsilə
əldə edilmiş
irəliləyişi əsas
götürərək, yerdə
qalan əngəlləri
aradan qaldırmaq üçün təcili
addımlar atmağa çağırır, lazımi
siyasi iradənin və məsuliyyətin nümayiş etdirilməsinin
vacibliyini vurğulayırıq”.
Nazir əlavə
edib ki, əsrin ən böyük transmilli çağırışı olan iqlim dəyişikliyini
aradan qaldırmaq zəruridir. Bu, gələcək risk deyil, bütün dünyada hazırda milyardlarla insan üçün mövcud
olan təhlükədir.
2024-cü ilin noyabr
ayında Azərbaycan
İqlim Dəyişmələri
üzrə BMT-nin Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev
sahibliyi edəcək.
“Yaşıl Dünya
naminə Həmrəylik”
çağırışını rəhbər tutaraq, Azərbaycan iqlim dəyişikliyinə qarşı
daha davamlı və dayanıqlı dünya üçün əməkdaşlığın gücləndirilməsi istiqamətində
səylərini əsirgəməyəcək.
Biz həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri bir araya gətirməyi
və ümumi öhdəlik və mənəvi vəzifə
qismində iqlim çağırışlarını həll etmək məqsədilə əməkdaşlıq
ruhunu təşviq etməyi hədəfləyirik.
“Başlamaqda olan
COP29 Sədrliyi çərçivəsində
biz bütün tərəflər və maraqlı bitərəf tərəfdaşlar ilə
inklüziv şəkildə
işi davam etdiririk. Azərbaycanın
COP29 Sədrliyinin əhatəli
və inklüziv strategiyası bu il əsas prioritet
qismində yeni iqlim maliyyəsi hədəfinin qoyulması
ilə ambisiyanın artırılması və
fəaliyyətə şərait
yaradılması kimi qarşılıqlı şəkildə
bir-birini gücləndirən
iki sütunda təşəkkül tapıb.
COP29, eyni zamanda,
qlobal sülh və iqlim gündəliyinə
töhfə verilməsi
üçün bir fürsət olacaq. Münaqişələr və
iqlim böhranı kimi məsələlərin
kəsişdiyini nəzərə
alaraq, bir neçə gün əvvəl bəyan edilən Barışıq
Çağırışında əksini tapmış
COP29 naminə flaqman Barışıq Təşəbbüsünü
təqdim edib. Biz COP29 ayı ərzində birliyə və barışığa
hörmət etməyə
çağırırıq.
Sonda gəlin bir daha iqlim
davamlılığı və
dayanıqlı inkişafın,
sülh və təhlükəsizliyin, sadəcə,
arzu-istək deyil, hamı üçün reallıq olduğu daha yaxşı gələcəyə sadiqliyimizi
təsdiq edək.
Biz yalnız cəsarətli, inklüziv
və əməkdaşlıq
fəaliyyəti vasitəsilə
buna nail ola bilərik”, - deyə nazir sonda vurğulayıb.
Azərbaycan.-2024.-
25 sentyabr (¹ 209).- S.8.