Nyu-Yorkda COP29 Sədrliyi UNICEF-in uşaq gənclərə həsr olunmuş birgə tədbiri reallaşıb

 

Nyu-Yorkda UNICEF-ın baş ofisində COP29 Sədrliyinin təşkilatçılığı iləQlobal baxışın uşaqlar üçün təmin edilməsi: Uşaqların gələcək nəsillərin iqlim fəaliyyətinin mərkəzinə yerləşdirilməsimövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, dünyada yaşayan uşaqların yarısı iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdə yaşayır. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, iqlim dəyişikliyi nəticəsində yaranan xəstəliklərin 88 faizi beş yaşa qədər uşaqların üzərinə düşür. COP29 Prezidenti deyib ki, COP28-də tərəflər BƏƏ Konsensusu çərçivəsində uşaq gəncləri iqlim fəaliyyətinin mərkəzinə yerləşdirməklə mühüm irəliləyiş əldə ediblər. “İyun ayında Bonnda keçirilən Ekspert Dialoqu BƏƏ Konsensusunun vədini yerinə yetirmək üçün vacib addım oldu. Lakin gələcək nəsillər qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün bizə davamlılıq lazımdır. Bu ayın əvvəlində COP Sədrliklərinin Üçlüyü uşaqlar gənclər üçün davamlı təsir göstərməyə çalışacağı üç prioritet sahəni açıqlayıb. COP29 Sədrliyi COP29-da ondan sonra da Üçlük tərəfdaşları olan BƏƏ Braziliya ilə bu məsələdə davamlı əməkdaşlığa hazırdır”.

Muxtar Babayev əlavə edib ki, COP29 Sədrliyinin vizyonu ambisiyaları artırmaq fəaliyyətə imkan verməkdir, gənclərə uşaqlara dəstək bu iki bir-birini gücləndirən təməl prinsiplərə inteqrasiya edilməlidir. Onun sözlərinə görə, uşaqlar üçün maliyyə çatışmazlığını aradan qaldırmağa kömək edə biləcək çoxtərəfli iqlim fondları səfərbər edilməlidir. O bildirib ki, uşaqlar üçün iqlim maliyyəsini açmaqla onları iqlim dəyişikliyinin təsirlərindən qoruyan davamlı sosial infrastruktur yaratmaq mümkündür.

UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində UNICEF- belə bir tədbirin təşkili üçün COP29 Sədrliyinə təşəkkür edib. O bildirib ki, iqlim tək planeti deyil, uşaqları da dəyişir. Onun sözlərinə görə, iqlim dəyişikliyi uşaqların hamilə qadınların sağlamlığı həyat şəraiti üçün təhdid törədir: “Ölü vaxtından əvvəl doğuş ehtimalı temperaturun 1 dərəcə artması ilə 5 faiz artır. Dünyada Milli Müəyyən edilmiş Töhfələrin (NDC) yarıdan azı uşaqlara gənclərə həssaslıqla yanaşıb yalnız 3 faizi uşaqların birbaşa iştirakı ilə tərtib edilib. İqlim fondlarının maliyyəsinin yalnız 2,4 faizi uşaqlar üçün nəzərdə tutulmuş dəstək proqramlarına sərf olunub”. O, gündəliyi formalaşdırılması ilə bağlı COP29-la sıx işlədiklərini bildirib uşaq hüquqlarının iqlimlə bağlı fəaliyyət gündəliyinin mərkəzində olmasını təmin etmək üçün əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirib.

Tədbirdə çıxış edən Uşaq İqlim vəkili Mariya Marşal, COP28 Gənc İqlim Çempionu icmanın inkişafı naziri Şamma Al Mazrui, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər digər çıxışçılar uşaqları iqlim mövzusunun mərkəzinə qoymaq istiqamətində atılan addımlar, COP28 zamanı bu istiqamətdə görülən işlər, Azərbaycan COP29 çərçivəsində kimi tədbirlər həyata keçirəcəyi istiqamətində müzakirələr aparıblar.

Sonda çıxış edən COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova deyib ki, COP29-a 49 gün qalmış bütün səyləri sərf etmək uşaqları bir daha iqlim müzakirələrinin mərkəzinə qoymaq çox vacibdir. Onun sözlərinə görə, Gənc İqlim Çempionunun rolu əsasən həm uşaqların, həm gənclərin iqlim fəaliyyətində iştirakını asanlaşdırmaqdan ibarətdir. “Bizim təşəbbüsümüz UNICEF-in dəstəyi ilə COP29 zamanı uşaq gənclərin səslərini yüksəltmək üçün müxtəlif imkanlar təklif ediləcək. Biz hazırda uşaq gənclər cəmiyyəti olan YOUNGO ilə müzakirələrdə Gənclərin İqlim Forumunda uşaqların ehtiyac maraqlarını vurğulayırıq, uşaq gənclər pavilyonunun irsinin davam etdirilməsi üçün gənclər təşkilatları ilə əməkdaşlıq edirik. Ekspert Dialoqunun davamı olaraq iqlimlə bağlı qərarların qəbul edilməsində fəaliyyətində uşaq hüquqlarının əsas istiqamətlərinin müzakirəsi üçün tədbirlər keçiririk”,- deyə Gənc İqlim Çempionu bildirib. O, maraqlı tərəfləri bu tədbirlərə qoşulmağa, gəncləri uşaqları dinləməyə dəvət edib bu istiqamətdə COP Sədrlərinin Üçlüyü ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

 

Azərbaycan.-2024.- 25 sentyabr (¹ 209).- S.8.