Vyanada
beynəlxalq festivalın
açılışında COP29-a həsr olunmuş panel müzakirəsi təşkil edilib
Sentyabrın 23-də Vyanada Beynəlxalq Mədəni Müxtəliflik
Təşkilatının (ICDO) təsis etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun
gecələri“ mədəniyyət
festivalının 7-ci buraxılışı
başlayıb.
AZƏRTAC xəbər verir ki, bir
həftə davam edəcək festivalın açılış günü
Azərbaycan Mədəniyyət
Mərkəzində “Mədəni
müxtəliflik və
inklüzivlik” mövzusunda
panel müzakirəsi təşkil edilib. Müzakirə mədəni
müxtəliflik və
inklüzivlik kimi mühüm mövzulara, xüsusilə Azərbaycanın
ev sahibliyi edəcəyi COP29-da gender
bərabərliyi və
iqlim siyasəti çərçivəsində inklüzivliyə necə yanaşılmalı olduğuna
həsr edilib.
Tədbiri açılış
nitqi ilə Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri
Leyla Qasımova və ICDO sədri Yosipa Palats açıblar.
Sonra Vyanada yaşayan azərbaycanlı
musiqiçilər Fərid
Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano), meksikalı soprano Neivi Martinez Azərbaycan və dünya bəstəkarlarının
əsərlərini səsləndiriblər.
Panel müzakirəsində
Əfqanıstanın Avstriyadakı
səfiri Manizha Baktari, ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə
koordinatoru Makit Jusupov, ICDO İcraiyyə Komitəsinin məsləhətçisi
Antoni Lövtedt, Azərbaycanın Avstriyadakı
səfirliyinin diplomatı
Zülfiyyə Əlizadə
və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının təmsilçisi
Ela Meşinoviç çıxış ediblər.
Tədbir iştirakçıları
Bakıda keçiriləcək
COP29 ərəfəsində qadınların, milli azlıqların və təcrid olunmuş icmaların qərar qəbuletmə proseslərində
təmsil olunmasını,
bu yolda görülən işləri
müzakirə ediblər.
Çıxışlarda ədalətli
iqlim idarəçiliyinin
formalaşdırılmasında müxtəlif perspektivlərin
və dayanıqlı
gələcəyə hədəflənən
strategiyaların vacibliyindən
bəhs olunub.
Çıxışçılar
Azərbaycanın ev sahibliyi edəcəyi
COP29-un iqlim dəyişikliklərinə
qarşı mübarizədə
uğurlu nəticələrin
əldə edilməsi
istiqamətində bir
sıra təşəbbüslərə
təkan verəcəyinə
inam ifadə ediblər.
Azərbaycan.-2024.-
25 sentyabr (№ 209).- S.8.