Qərbi
Azərbaycan İcması
bəyanat yayıb
Qərbi Azərbaycan
İcması olaraq,
ABŞ Konqresində anti-Azərbaycan
mövqeyi ilə tanınan ermənipərəst
konqresmen Adam Şiffin
2024-cü il sentyabrın
18-də təqdim etdiyi
növbəti anti-Azərbaycan
qanun layihəsini qətiyyətlə pisləyir
və qınayırıq.
Qanun layihəsi həm adı, həm də məzmunu etibarilə təxribat xarakterli və yanlış bir addımdır.
AZƏRTAC xəbər verir ki, bu
barədə Qərbi
Azərbaycan İcmasının
bəyanatında bildirilib.
Bəyanatda, həmçinin
qeyd olunub: "Adam Şiffin ənənəvi
anti-Azərbaycan mövqeyi
və korrupsiyaya bulaşmış digər
azərbaycanofob, keçmiş
senator Bob Menendez kimi erməni
lobbisi ilə korrupsioner əlaqələri,
onun dürüstlüyünü
ciddi şəkildə
şübhə altına
alır.
Qarabağ ermənilərinin
Azərbaycan dövlətinin
reinteqrasiya və vətəndaşlıq təkliflərini
rədd edərək sərbəst şəkildə
ölkəni tərk etdiklərini nəzərə
alaraq, Şiffin bu qanun layihəsi
böhtan üzərində
qurulub.
Adam Şiff 300 min
azərbaycanlının Ermənistandan,
700 min azərbaycanlının
isə uzun müddət işğal altında saxlanmış Azərbaycan ərazilərindən
etnik təmizləmə
nəticəsində zorla
çıxarılmasını və Azərbaycanın, eləcə də azərbaycanlıların əmlakına,
iqtisadiyyatına və
mədəni irsinə
vurulan yüz milyardlarla ABŞ dolları
dəyərində ziyanı
görməzdən gəlmiş,
hətta dəstəkləmişdir.
Bütün bunlar göstərir ki, təqdim olunan qanun layihəsi Azərbaycana qarşı şantaj cəhdidir. Bu addım həm
də ABŞ-Azərbaycan
münasibətlərinə ciddi zərbə vurmağa hədəflənib".
Azərbaycan.-2024.-
25 sentyabr (№ 209).- S.9.