DaşkənddəRəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizəmövzusunda Azərbaycan-Özbəkistan Media Forumu keçirilir

 

DaşkənddəRəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizəmövzusunda Azərbaycan-Özbəkistan Media Forumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Forum 2023-cü ilin avqustunda Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalananAzərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində keçirilir.

Tədbirdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Prezidenti Administrasiyasının Kütləvi informasiya vasitələri ilə sektorunun müdiri Kamran Həsənov, Mətbuat Şurasının sədri Rəşad Məcid, həmçinin telekanalların informasiya agentliklərinin nümayəndələri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edirlər.

Forumun açılışında çıxış edən Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov media sahəsində iki ölkə arasında fəal təmasların sistemli dialoqun inkişaf etdiyini, fikir təcrübə mübadiləsinin genişləndiyini, bunun real nəticələrə gətirib çıxardığını qeyd edib. O əlavə edib: “Qlobal təlatümlərin yaşandığı indiki dövrdə obyektiv məlumatların verilməsində ciddi təhlükələr var. Biz bunu hətta özlərini azadlıq etalonu kimi təqdim edən ölkələrdə görürük. Bütün bunlar dünyada informasiya istehlakçılarına mənfi təsir göstərir.

Belə bir vəziyyətdə bizim qardaş Azərbaycanla əməkdaşlığımız xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasında əlaqələr yeni səviyyəyə yüksəlib, dezinformasiyaya qarşı mübarizə üçün möhkəm zəmin yaradılıb”.

Öz növbəsində, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov çıxış edərək diqqətə çatdırıb ki, hazırda Azərbaycanda Özbəkistanda media sektorunun inkişafına əlaqələndirilməsinə cavabdeh təşkilatlar arasında əməkdaşlığın qurulması, hər iki ölkənin dövlət orqanlarının kommunikasiyaya məsul olan struktur bölmələrinin fəaliyyətinin gücləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin təşkili, media təhsili media savadlılığı, o cümlədən media orqanlarının əməkdaşlığının genişləndirilməsi istiqamətində fəal aparılır.

MEDİA-nın icraçı direktoru bu il ölkəmizin genişmiqyaslı tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb özbək həmkarlarını bununla bağlı görülən tədbirlərə hazırlıq işlərinə, eləcə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesinə davamlı yanaşma Azərbaycanın yaşıl dünya naminə irəli sürdüyü təşəbbüslər barədə ictimaiyyətə ətraflı informasiya verməyə çağırıb.

Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə kommunikasiya şöbəsinin media ilə sektorunun müdiri Kamran Həsənov media sahəsində təcrübə uğurlu modellərin mübadiləsinin əhəmiyyətini vurğulayıb.

O əlavə edib ki, sosial şəbəkələr dəqiqləşdirilməmiş məlumatların yayılması platformasına çevrilir bu, öz növbəsində, reallıq haqqında yanlış təsəvvürlər yaradır. Son illərdə yalan məlumatların miqyası on dəfə artıb. Çoxları dezinformasiyanı əsas qlobal təhlükələrdən biri hesab edir”, - deyə K.Həsənov vurğulayıb. Sektor müdiri ümidvar olduğunu bildirib ki, hazırkı Media Forumunda bu problemin həlli yollarını tapmaq mümkün olacaq.

Özbəkistan Ali Məclisi Senatının İnformasiya siyasəti dövlət orqanlarında şəffaflığın təmin edilməsi komitəsində daimi əsaslarla çalışan senator Mahmud Parpiyev rəqəmsal dövrün informasiyanın ötürülməsi üçün yeni imkanlar açdığını vurğulayıb. O əlavə edib: “Sosial media vasitəsilə çoxlu məlumatlar əldə edirik. Amma təəssüf ki, biz onların axınını tənzimləyə bilmirik. Ona görə indi informasiya müharibəsi gedir, biz qüvvələrimizi birləşdirib dezinformasiyaya qarşı mübarizə aparmalıyıq”.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu forumun medianın aktual problemlərinin həllinə kömək edəcəyinə, Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Media Forumu çərçivəsindəDezinformasiyaya qarşı mübarizədə qabaqcıl beynəlxalq təcrübə”, “Özbəkistan Azərbaycanda əhalinin media savadlılığının artırılmasında dövlət qeyri-dövlət media qurumlarının roluÖzbəkistan ilə Azərbaycan arasında kütləvi informasiya kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsimövzularında müzakirələr aparılıb.

 

Azərbaycan.-2024.- 25 sentyabr (¹ 209).- S.9.