Astanada
“Füzuli – 530 misra” kitabının təqdimatı
keçirilib
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti
Günləri keçirilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də mədəniyyət
günləri çərçivəsində
Qazaxıstan Respublikasının Milli
Akademik Kitabxanasında qazax
dilində nəşr
edilmiş “Füzuli –
530 misra” kitabının
təqdimatı və
“Füzuli – 530” mövzusunda
ədəbi-poetik məclisi
təşkil olunub.
Tədbirdə Qazaxıstan Respublikasının
Mədəniyyət və
İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri
və digər qonaqlar iştirak ediblər.
Kitab haqqında məlumat verən tədbirin aparıcısı, Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) katibi İlqar Fəhmi qeyd edib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir.
Bu münasibətlə Türk Mədəniyyəti və
İrsi Fondu tərəfindən
qazax dilində Füzulinin qəzəlləri
və qəsidələrindən
ibarət “Füzuli –
530 misra” kitabı nəşr olunub.
Qazaxıstan Mədəniyyət və
İnformasiya Nazirliyinin Arxiv,
sənədləşmə və kitab işi komitəsinin sədri
Rüstəm Əli Azərbaycan
Mədəniyyəti Günlərinin
önəmindən danışıb.
Vurğulayıb ki, iki
ölkə arasındakı
dostluq və hərtərəfli əməkdaşlıq
bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə
daha da yaxınlaşdıracaq.
Azərbaycan mədəniyyət
nazirinin müşaviri
Oleq Əmirbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığından
söz açıb. Bildirib ki, 2024-cü il yanvarın 25-də Prezident İlham Əliyev Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Məhəmməd Füzuli
Azərbaycan ədəbi-bədii
fikrinin inkişafında
müstəsna yer tutan, Yaxın və Orta Şərq
ölkələri ədəbiyyatına
mühüm təsir göstərən qüdrətli
sənətkardır. O, anadilli
poeziyanın mükəmməl
nümunələrini yaradıb,
Azərbaycan ədəbi
dilini daha da zənginləşdirərək
yeni zirvəyə yüksəldib. Dahi şairin 530 illiyində belə bir kitabın
nəşr olunması
böyük əhəmiyyətə
malikdir.
Azərbaycan Qazaxıstandakı
səfiri Ağalar Atamoğlanov Məhəmməd
Füzulinin əsərlərinin
bu gün də öz aktuallığını qoruyub
saxladığını söyləyib.
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Məhəmməd Füzulinin
əsərlərinin qazax
dilinə tərcüməsi”
mövzusunda çıxış
edib.
Azərbaycanın Xalq
yazıçısı Elmira
Axundova mədəniyyət
günləri çərçivəsində
təqdim ediləcək
“Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin
tarixçəsi” kitabı
haqqında məlumat verib.
Daha sonra mövzu ətrafında Azərbaycan Milli Elmlər Akademiyasının
N.Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Orta əsrlər Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri,
filologiya elmləri doktoru Fəridə Əzizova, kitabın tərtibçisi, şair,
tərcüməçi Fərid
Hüseyn və başqaları çıxış
ediblər.
Bədii hissədə
qiraətçi, aktyor
Hüseynağa Aslanov
və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin
bir sıra qəzəlləri səsləndirilib.
Xanəndələr – respublika
və beynəlxalq müsabiqələr laureatları
Orxan Hüseynli və Leyla Rəhimova
Füzulinin qəzəllərini
muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek İskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin
qazax dilinə tərcümələrindən nümunələr təqdim
olunub. Qiraətçiləri
Əməkdar artist Toğrul Əsədullayev
(kamança) və respublika və beynəlxalq müsabiqələr
laureatı İbrahim Babayev (tar) müşayiət
ediblər.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Aktotı Raimkulova, kitabın tərtibçiləri şair,
tərcüməçi, AYB-nin katibi Səlim
Babullaoğlu, şair
Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi
isə ədəbiyyatşünas
Didar Kulkenovdur. Bakıda "Zərdabi nəşr"də işıq
üzü görən
kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb.
Azərbaycan.-2024.-
25 sentyabr (¹ 209).- S.12.