1
nömrəli vəzifə uğurla icra olunur
Ordumuzun
daha da gücləndirilməsi və hərbi-texniki təchizatı
Müzəffər Ali Baş Komandan İlham Əliyevin
xüsusi diqqət mərkəzindədir
Sentyabrın
25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya
Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə
layihəsi olaraq hazırlanmış müasir,
yüngülçəkili, istənilən hava şəraitinə
uyğun, gündüz və gecə rejimli çoxməqsədli
JF-17C (Block-III) təyyarələri təqdim olunub.
AZƏRTAC xəbər
verir ki, bu təyyarələr artıq Azərbaycan Hərbi
Hava Qüvvələrinin arsenalına daxil edilib.
Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə
raport verdi.
Azərbaycanın
müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin sədri
vitse-marşal Hakim Raza dövlətimizin
başçısına təyyarələrin taktiki-texniki
xüsusiyyətləri, istismar qaydaları və digər
göstəriciləri barədə məlumat verdilər.
Bildirildi ki,
JF-17C (Block-III) birmühərrikli çoxməqsədli
döyüş təyyarəsidir.
Təyyarə
hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə
də orta və aşağı hündürlüklərdə
yüksək döyüş manevrinə malikdir, effektiv atəş
gücünə görə seçilir.
Qeyd edək
ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə son illər Azərbaycanda ordu
quruculuğu geniş vüsət alıb. Xüsusilə Vətən
müharibəsində qazanılan şanlı Qələbədən
sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə
qədəm qoyub, Silahlı Qüvvələrimizin müasir
dövrün çağırışları əsasında
komplektləşdirilməsi işləri uğurla davam
etdirilir. Dövlətimizin başçısının
tapşırığı ilə yeni ordu birləşmələri
və qoşun növləri yaradılır, şəxsi heyətin
döyüş hazırlığı yüksəldilir. Eyni
zamanda, Ordumuzun hərbi-texniki təchizatı məsələsi
Ali Baş Komandanın xüsusi diqqət mərkəzindədir.
Yeddinci çağırış Milli Məclisin ilk
iclasındakı nitqində hərbi gücümüzün
artırılmasının bir nömrəli vəzifə
olduğunu vurğulayan Prezident İlham Əliyev deyib:
“İkinci Qarabağ müharibəsindən keçən
dövr ərzində öz hərbi gücümüzü
böyük dərəcədə artırmışıq.
Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat
lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.
Milli
müdafiə sənayemizin inkişaf etdirilməsi, eyni zamanda,
xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq,
yeni müqavilələrin imzalanması da xüsusi
vurğulanmalıdır. Azərbaycanın müxtəlif
istiqamətlərdə, o cümlədən hərbi sahədə
əməkdaşlıq etdiyi ölkələrdən biri də
qardaş Pakistandır. Prezident İlham Əliyevin bu ilin
iyulunda Pakistana dövlət səfəri iki ölkə
arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
münasibətlərinə yeni təkan verib. Azərbaycan və
Pakistan beynəlxalq platformalarda daim bir-birinə
qarşılıqlı dəstək göstərir və həmrəylik
nümayiş etdirirlər.
Azərbaycan.-2024.-
26 sentyabr (№210).- S.1-2.