Azərbaycan yeni strateji dövrdə

 

Bu il prezident parlament seçkilərinin müstəqillik dövründə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilməsi dövlətimizin gücünün, xalqımızın əyilməz ruhunun bütün dünyaya nümayişi kimi əlamətdar hadisələrin ən mühümlərindəndir

Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışı dövlətimizin uzun illər ərzində əldə etdiyi nəticələri strateji planda görməyə, eyni zamanda ərazi bütövlüyümüzün suverenliyimizin tam təmin olunmasından sonra yeni dövrdə qarşıda duran əsas məsələlər haqqında aydın təsəvvürlərə malik olmağa böyük kömək göstərdi, mövcud reallıqların dəyərləndirilməsi, gələcəyin proqnozlaşdırılması etibarilə xüsusi maraq kəsb etdi

Dövlət rəhbərimizin nitqi bir sıra mühüm istiqamətləri əhatə edirdi, bunlardan birincisi, Vətən müharibəsindəki tarixi qələbəmiz suverenliyimizin tam bərpası ilə bağlı məsələlər idi. İkinci Qarabağ müharibəsi suverenliyimizin bərpasının dünya miqyasında tarixi hadisə kimi xalqımızın milli birliyi, iradəsi, dövlətimizin gücü sayəsində qazandığımız qələbədir. "Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik" - Prezident İlham Əliyev nitqində xüsusi vurğuladı.

 

Hərbi gücümüz artırılacaq

 

Azərbaycan ərazi bütövlüyünə, suverenliyinə tam nail olmaqla böyük bir mərhələni başa vurub yeni strateji dövrə daxil oldu. Bu dövrün , təbii ki, öz mühüm vəzifələri, vacib çağırışları var. Prezident İlham Əliyev nitqində bu vəzifələri, çağırışları diqqətə çatdırdı. Dövlət rəhbərimizin fikirlərindən belə nəticəyə gəlmək olar ki, ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsi, hərbi gücümüzün artırılması bu strateji dövrdə Azərbaycan dövlətinin əsas prioritetlərindən olacaq. Bunu şərtləndirən əsas amillər, ümumən müasir dünyamızda gedən proseslər, Ermənistanda revanşizm meyillərinin ara-sıra baş qaldırması, bugünkü zamanda beynəlxalq hüquq anlayışının, İkinci Dünya müharibəsindən sonra onilliklər ərzində mövcud olmuş təhlükəsizlik arxitekturasının sıradan çıxması, əvəzinə güclünün haqlı olması prinsipinin önə keçməsidir

Hər birimizə məlumdur ki, ölkəmizin təhlükəsizliyini təhdid edən oyunlar, planlar  hələ bitməyib getdikcə yeni formalarda özünü göstərir. Hazırda heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal şəkildə saxlanması cəhdləri, Ermənistanın beynəlxalq havadarlarının Azərbaycana qarşı qərar, qətnamə açıqlamaları Zəfərimizi həzm edə bilməyən xarici dairələrin ölkəmizə qarşı çirkin planlarından xəbər verir. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində Azərbaycanın öz hərbi gücünü hərtərəfli artırması, yerli hərbi sənaye kompleksinin sürətli inkişafı, gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlar bu planlara qarşı ən adekvat cavab tədbirləridir. Bütün bu tədbirlər digər tərəfdən ölkəmizin gücünü inkişafını göstərir, hərbi sahədə xarici mənbələrdən asılılığı azaldır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu gün ölkəmizdə müdafiə sahəsində tətbiq olunan texnoloji yeniliklər ümumi intellektual potensialın gücləndirilməsinə geniş şərait yaradır. Üstəlik, minlərlə yeni yeri açılır, Azərbaycan hərbi məhsullar ixrac etmək potensialını genişləndirir

 

Sərhədlərin təhlükəsizliyi

 

Ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra hazırda dövlətimizin məşğul olduğu ən mühüm məsələlərdən biri sərhədlərimizin qorunmasıdır. Hazırda Ermənistanla 500 kilometrlik, çox mürəkkəb relyef şəraitində, bəzi yerlərdə hətta 3000 metr yüksəklikdən keçən şərti sərhədlərimizdə mühəndis işləri həyata keçirilir. Bu gün Fransanın digər Qərb ölkələrinin hərbi yardımları ilə kütləvi şəkildə silahlandırılan, hələ revanşizm xülyası ilə yaşayan  Ermənistandan gözlənilən təxribat ehtimalları da diqqətdən kənarda qalmır

Hazırda dünyanın bir çox bölgələrindəki gərginliklər, açıq şəkildə toqquşan maraqlar bunun Azərbaycanın yerləşdiyi coğrafiyaya mühüm təsirləri fonunda digər qonşu ölkələrlə sərhədlərimizin etibarlı şəkildə qorunması, müasir infrastrukturla təchiz edilərək möhkəmləndirilməsi mühüm məsələdir. Azərbaycan Prezidenti bu məqama çıxışında xüsusi toxundu. Eyni zamanda qeyd etdi ki, bugünkü geosiyasi vəziyyətdə daxili təhlükəsizliyi təmin etmək üçün Azərbaycanın quru sərhədlərini bağlı saxlaması yeganə düzgün addımdır. Son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas edib. "Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz".  Azərbaycan Prezidenti nitqində xəbərdarlığını da etdi: "Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin". 

 

İdeoloji təxribatlara qarşı mübarizə

 

Sərhədlərin təhlükəsizliyi qədər ideoloji təhlükəsizliyin təmin olunması da ölkələr üçün həyati vacib məsələlərdəndir. Gündəlik müşahidələrimizdə xarici qüvvələrin Azərbaycana qarşı ideoloji təxribatlarının zaman-zaman davam etdiyini, bu prosesdə qeyri-hökumət təşkilatlarından, mediadan, siyasi partiyalardan istifadə olunduğunu aydın şəkildə görə bilərik. Əlbəttə, xalqımızın güclü iradəsi, milli ruhumuz qarşısında bu təxribatlar heç bir nəticə vermir. Bununla belə, hazırda ölkəmizə qarşı aparılan çirkin oyunların ifşası, bir çox hallarda özlərini Azərbaycana guya dost kimi qələmə vermək istəyən həmin xarici qüvvələrin üzünün göstərilməsi vacib vəzifə kimi yerinə yetirilməlidir. "Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb kim çıxır? Bunlar bizə dost ola bilməzlər" - Azərbaycan Prezidenti qeyd edib

İdeoloji təhlükəsizliyin təminatı üçün gənc nəslin milli ruhda tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Sirr deyil ki, ayrı-ayrı ölkələrə qarşı ideoloji təxribat planları hazırlayaraq həyata keçirən qüvvələr, bir çox hallarda əsas hədəf kütlə kimi məhz gəncləri seçir, onları müxtəlif yollarla öz təsir dairələrinə salmağa çalışırlar. Bilikli, savadlı, Vətənə bağlı, xarici təsirlərə boyun əyməyən Azərbaycan gəncliyinin yetişdirilməsi ölkəmizin gələcək inkişafının əsas təminatı deməkdir. Bu məsələdə ailələrin milli təhsil sistemimizin üzərinə çox məsuliyyətli vəzifə düşür

 

Qarabağın, Şərqi Zəngəzurun dirçəlişi tədbirləri davam etdirilir

 

Azərbaycan Prezidenti dövlətimizin hesabatlılıq, şəffaflıq prinsiplərinə sadiq qalaraq hazırda Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, bu layihələrə yönələn vəsaitlər, əldə olunmuş nəticələr haqqında da müfəssəl məlumat verdi. Belə ki, müharibədən sonra bu ilin axırına qədər Qarabağda, Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinə 19 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Görülmüş işlər nəticəsində 8 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağ Şərqi Zəngəzura qayıdaraq yeni evlərində yerləşib. 3000 kilometr avtomobil yolu inşa edilib. Ərazidə 70 kilometr uzunluğunda 45 tunelin, 450 körpünün inşası nəzərdə tutulub. Dəmir yolları, iki hava limanı, beynəlxalq hava limanı artıq istifadəyə verilib.

Bundan başqa, üç il ərzində 270 meqavat gücündə su-elektrik stansiyaları istismara buraxılıb, proses yenə davam etdirilməkdədir. Qarabağın, Şərqi Zəngəzurun müxtəlif məkanlarında yeni kənd qəsəbələr, məktəblər, xəstəxanalar, sosial, mədəniyyət obyektləri tikilir, parklar salınır. Mədəni, tarixi irsimizin qorunması üçün layihələr həyata keçirilir, o cümlədən tarixi abidələr bərpa olunur. Azərbaycan bütün bunları heç kimdən yardım istəmədən yalnız öz vəsaitləri hesabına gerçəkləşdirir

Ölkəmizin iqtisadi inkişaf tempi dirçəliş layihələrini uğurla davam etdirməyə imkan yaradır. Belə ki, səkkiz ay ərzində Azərbaycan iqtisadiyyatında 4 faizdən çox artım baş verib, qeyri-neft sektorunda isə bu göstərici 7 faiz olub. Azərbaycanın xarici borcunun səviyyəsi getdikcə azalmaqdadır. Hazırda ÜDM-ə nisbətdə bu 7,5 faiz səviyyəsindədir. İnkişaf etmiş ölkələrin xarici borcunun ÜDM-ə nisbətinin 100 faiz daha çox olduğunu nəzərə alsaq, Azərbaycan bu sahədə çox yaxşı göstəriciyə malikdir

Dövlətimizin iqtisadi nailiyyətləri sayəsində bir sıra sosial proqramlar uğurla icra edilir. 2018-ci ildən ötən 6 il ərzində 4 milyon insanı əhatə edən 7 milyard manatlıq dörd sosial islahatlar paketi həyata keçirilib. Son beş ildə ölkəmizdə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Azərbaycan Prezidenti gələn ildən minimum əməkhaqqı minimum pensiyanın yenə artırılacağının müjdəsini verib

 

Azərbaycan sülh prinsiplərinə sadiqdir

 

Dayanıqlı sosial-iqtisadi inkişaf, insanların rifah xoşbəxtliyi üçün təbii ki, sülh təhlükəsizlik məsələləri çox vacib faktordur. Azərbaycan da ərazi bütövlüyümüzün dövlət suverenliyimizin bərpasından sonra hazırda Ermənistanla münasibətlərin normallaşmasına üstünlük verir. Təsadüfi deyil ki, sülh danışıqları məhz ölkəmizin təşəbbüsü ilə başlanıb, əsas prinsipləri məhz Azərbaycan bəyan edib ictimailəşdirib.

Ermənistanın isə məsələni süni şəkildə uzatması, artıq razılaşdırılmış müddəaları sülh müqaviləsi layihəsindən çıxarması, xarici qüvvələrin Azərbaycana qarşı oyunlarında fəal iştirakı isə bu ölkənin yenə sülh istəmədiyinə, vaxt qazanıb öz hərbi potensialını qurmağa çalışdığına dəlalət edir.

Əfsuslar olsun ki, bir çox Qərb ölkələri Ermənistanın silahlanmasına yardımları ilə, burada təşkil edilən hərbi təlimlərlə, sərhəddə müşahidəçi missiyası ilə həyata keçirdikləri "binokl diplomatiyası" ilə bölgədə sülh proseslərinə mane olurlar. Ermənistanın ABŞ-dən aldığı 250 milyon vəsaitdən silah almaq üçün istifadə edəcəyi, Avropa Sülh Fondundan bu vəsaiti vermək üçün vasitə kimi istifadə olunması Qərbin ikiüzlülüyünü, riyakarlığını açıq şəkildə göstərən reallıqdır. Azərbaycan Prezidenti bəyan etdi ki, Ermənistan heç kimə bel bağlamamalı, əgər bu coğrafiyada təhlükəsizlik şəraitində yaşamaq istəyirsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidir. Azərbaycanla daimi sülhün əldə olunması üçün Ermənistan ölkəmizə qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına bununla bağlı dəyişiklik etməli, həmçinin Minsk qrupu da ləğv olunmalıdır. Dövlətimizin rəhbəri bildirdi: "Ermənistan onun arxasında duran istənilən ölkə bilməlidir ki, Azərbaycanla şantaj ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik hər zaman buna hazır olmalıyıq".

Eyni zamanda nəzərə almaq lazımdır ki, gələcəkdə regionda baş verə biləcək hər hansı münaqişəyə görə Ermənistanla yanaşı, onu silahlandıran, min bir vasitə ilə sülh proseslərindən çəkindirən Qərb ölkələri məsuliyyət daşıyırlar.

Azərbaycanın tarixi Zəfərindən sonra daha sərbəst şəkildə həyata keçirdiyi müstəqil, prinsipial xarici siyasət kursuna bu gün hər kəs hörmətlə yanaşmalıdır. Çünki bu, ədalətə, əməkdaşlığa, sülh əmin-amanlığa, insanların xoşbəxtliyinə xidmət edən siyasətdir. Azərbaycan ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə xoş münasibətə  hazırdır, ölkəmizə qarşı diktə üsulları, ittiham, qaralama metodları isə qəbuledilməzdir

Azərbaycanla belə bir münasibətlər mühitində qarşılıqlı-faydalı əlaqələri inkişaf etdirməyə çalışan ölkələrin sayı artıb, dostlarımızın sırası getdikcə genişlənib. Tarixi Zəfərimizdən sonra respublikamızın beynəlxalq nüfuzu daha da yüksəlib, mövqeləri möhkəmlənib, beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb. 200-ə yaxın ölkənin yekdil qərarı ilə bu il COP29 kimi möhtəşəm bir qlobal tədbirin Azərbaycanda keçirilməsi bunun əyani nümunəsidir

Dövlətimiz yeni strateji dövrdə öz prinsiplərinə sadiq qalacaq, həm ölkəmizin, vətəndaşlarımızın milli maraqları, həm ümumən bəşəriyyətin xoşbəxtliyi üçün çalışacaq.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 26 sentyabr (№ 210).- S.6.