Kanada
və Fransa beynəlxalq hüquqa hörmət etmirlər
Hər
iki ölkənin insanlığa qarşı cinayətləri
və iyrənc əməlləri var
Olkəmizə qarşı
patoloji nifrətini gizlədə bilməyən
Kanadanın xarici işlər naziri Melani Coli növbəti
dəfə qərəz
və böhtan nümayiş etdirərək
ermənilərin guya Azərbaycanın Qarabağ
bölgəsini tərk
etməyə məcbur
edilməsi ilə bağlı əsassız
ittiham irəli sürüb.
Lakin Ermənistanın
az qala otuz
il davam edən hərbi təcavüzü zamanı
azərbaycanlılara qarşı
törətdiyi etnik təmizləmə, kütləvi
qırğınlar və
insanlığa qarşı
cinayətlər barədə
susmağa üstünlük
verən bu başıbəlalı siyasətçi
Azərbaycana dərs vermək əvəzinə,
təmsil etdiyi ölkənin biabırçı
tarixi ilə məşğul olmalı
və Kanadanın zərər vurduğu insanlardan üzr istəməlidir.
Xatırladaq ki,
XVI əsrdən sonra Avropa müstəmləkəçiləri bölgəyə
ayaq açıb və bu əraziləri
işğal edərək
yerli əhaliyə qarşı ayrı-seçkilik,
assimilyasiya və soyqırımı siyasəti
apararaq onları özlərinə yad mədəniyyəti mənimsəməyə
məcbur ediblər. Bütün bunlar sərt Avropa müstəmləkəçiliyinin qəddar qanunları idi. Onlar həm
də özləri ilə müxtəlif yoluxucu xəstəliklər,
məcburi köç
və müharibələr
gətiriblər. Bu siyasətin nəticəsidir
ki, tarixən ərazidə məskunlaşan
xalqlar hazırda əhalinin cəmi 5 faizini təşkil edir.
1876-cı ildə Kanadada
yerli xalqların rezervasiyalarda yerləşdirilməsi
etnik təmizləmə
və mədəni soyqırımı aktı
olaraq qiymətləndirilir.
Belə ki, yerli xalqlar kənd
təsərrüfatı və
maldarlıq üçün
faydalı olmayan torpaqlarda yerləşdirilib,
nəticədə onlar
arasında aclıq və müxtəlif xəstəliklər geniş
yayılıb.
1831-1996-cı illərdə kilsə tərəfindən
idarə olunan yerli xalqlar üçün
130 məktəb-internat fəaliyyət
göstərib. Burada yerli xalqların assimilyasiyası siyasəti
həyata keçirilib.
Həmin məktəblərdən
150 minə yaxın şagird keçib və onlardan ən
azı 3200-ü soyuq hava, pis qidalanma
və xəstəliklər
səbəbindən vəfat
edib. Bundan əlavə, uşaqların
çoxu fiziki, seksual və emosional zorakılığa
məruz qalıb.
2012-ci ildə yerli xalqların 325 nümayəndəsi
Kanada hökumətinə
qarşı maddi təzminat tələbi ilə iddia qaldırıb. 2015-ci ildə
Həqiqətin Tapılması
və Barışıq
Komissiyası açıqladığı
hesabatda həmin internat-məktəblər sistemini
mədəni soyqırımı
adlandırıb. Kanada
hökuməti yerli xalqlara 2,1 milyard dollar təzminat ödəməyə razı
olub. 2021-ci ildə Kanadanın Saskaçevan vilayətində bu tip internat-məktəb həyətinin yanında
751 nəfərə aid
məzarlıqlar tapılıb.
"The Cowessess First Nation" bəyan
edib ki, bu, Kanada ərazisində
tapılmış ən
böyük məzarlıqdır.
Bir müddət sonra Britaniya Kolumbiyasında qazıntılar
zamanı bu tip məktəb-internatın
yaxınlığında 215 yeniyetmənin məzarlığı
aşkar edilib. 3 yaşdan yuxarı olan uşaqlar 1900-1971-ci illərdə orada dəfn edilib. Baş nazir Castin Trüdo etiraf edib ki,
bütün bunlara görə Kanada məsuliyyət daşıyır…
2022-ci ilin iyulunda
Roma Papası kilsənin
Kanadada yerli xalqları zorla assimilyasiya etməsini soyqırımı adlandırıb.
Bütün bu
biabırçı faktlardan
sonra sağlam düşüncəli hər
bir insana aydın olur ki, Kanadanın bölgəmizə sülh
və təhlükəsizliyin
necə gətirilməsi
barədə nəyisə
təbliğ etməyə
mənəvi haqqı
yoxdur.
Bu arada Fransa yerli əhalinin
etirazlarını yatırmaq
üçün Karib
dənizində müstəmləkə
altında saxladığı
Martinik adasına elit mobil polis
bölməsi göndərib.
Bir sıra bələdiyyələrin etiraz
aksiyalarını qadağan
etməsindən sonra xüsusi təhlükəsizlik
qüvvələri adaya
gəlib. Hökumət
həmçinin komendant
saatı tətbiq edib.
Məhdudiyyətlər adada qiymətlərin bahalaşması ilə bağlı şiddətli
etirazlar başlayandan sonra tətbiq edilib. Martinikdə həmçinin sentyabrın
30-dək neft məhsullarının
və partlayıcı
maddələrin pərakəndə
satışına və
konteynerlərdə daşınmasına
qadağa qoyulub.
BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən,
Fransa Martinik xalqına daha geniş özünü-idarə
və ya müstəqillik hüququ
verməlidir. Fransa müstəmləkə siyasətini
davam etdirdiyi üçün BMT-nin qətnaməsinin müddəalarını
pozur. 1541 (XV) saylı
qətnaməyə əsasən,
Fransa Martinik xalqına müstəqillik
və ya geniş daxili özünüidarə hüququ
vermək istəmir və onun müddəalarını
bilərəkdən pozur.
1946-cı il qanunsuz referendumu nəticəsində Martinik
Fransanın dənizaşırı
departamenti statusunu alıb. Bununla Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını
təyinetmə hüququna
zidd olaraq, Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınıb və idarəçilik baxımından
Fransa qanunlarına tam şəkildə
tabe edilib.
2003-cü il referendumu ilə nəticələr saxtalaşdırılıb
və Fransanın ərazidə qeyri-qanuni fəaliyyəti daha da gücləndirilib. Ardınca
da 2010-cu il referendumu ilə Fransa Martinik xalqının iradəsinə
zidd addımlar atıb və onların hüquqlarını
daha da məhdudlaşdırıb.
Yerli əhali qondarma referendumun nəticələrinin xalqın
tam suverenliyini ifadə etmədiyini vurğulayır. Fransa referendumların xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi
yetərsiz, qeyri-şəffaf
və siyasi manipulyasiyaya açıq hesab edir.
Nümayişlər zamanı
asayiş keşikçiləri
ilə mitinq iştirakçıları arasında
toqquşmalar baş verib. Polis gözyaşardıcı
qazdan istifadə edib. Nəticədə onlarla adam yaralanıb,
30-dan çox etirazçı
saxlanılıb.
Hökumətin qadağaları
ada sakinlərinin itaətsizliyi ilə qarşılanıb və
onlar kütləvi dinc etiraz aksiyaları
keçiriblər.
Politoloq və
"Salam, Makron" teleqram kanalının müəllifi S. Listratov Fransanın etirazları yatırtmaq üçün
xüsusi təyinatlı
polis göndərməsini
şərh edib. O hesab edir ki,
bu yolla Paris adada iqtisadi təsirini saxlamağa çalışır: "Martinik
Fransanın xaricdəki
departamentidir və bu, adanı materik Fransanın bir hissəsi edir. Lakin iqtisadi
və mədəni baxımdan hələ də müəyyən xüsusiyyətlər var.
Qvadelupa və ya Revnyon kimi
digər xarici ərazilərlə yanaşı,
Martinik də Fransa qanunlarına tabedir, lakin iqtisadi cəhətdən daha çox qeyri-bərabər mübadilə
əlaqəsidir. Yəni
Fransa bu ərazilərdən istifadə
edir, məsələn,
orada kənd təsərrüfatı məhsulu
yetişdirmək üçün
praktiki şəkildə
adalarda qul əməyindən istifadə
olunur. Beləliklə,
Fransa qeyri-bərabər
mübadilə münasibətləri
çərçivəsində hərəkət etməklə,
bu ərazilərin inkişafı ilə məşğul olmamaqla yanaşı, həmin ərazilərdən iqtisadi
resursları çıxarır.
Ekspert həmçinin
Fransa ilə Martinik arasında münasibətlərin bu günə qədər ada sakinlərinin həyatında əksini tapmış müstəmləkəçilik
mirasına diqqət çəkir: "Formal bərabərliyə baxmayaraq,
xaricdəki departamentlər
materik Fransa ilə müqayisədə
iqtisadi gerilikdən, yüksək qiymətlərdən
və sosial xidmətlərə zəif
çıxışdan əziyyət
çəkir. İşsizlik
və yoxsulluqla bağlı problemlər də kifayət qədər çoxdur. Parisin Martinik və digər xarici departamentlərlə
əlaqələri keçmiş
müstəmləkələrdən, məsələn, müstəqillik
əldə etmiş Afrika ölkələrindən
fərqlənir. Xarici
bölgənin rəsmi
statusuna baxmayaraq, ada birbaşa metropoliya tərəfindən
idarə olunur. Fransa yerli əhaliyə
təzyiq mexanizmlərindən
istifadə edir, həmçinin adanın idarəçiliyi, kənd
təsərrüfatı məhsulları
istehsal edən şirkətlərə rəhbərlik
etmək və s. üçün insanları
materikdən oraya köçürür. Çünki
əhalinin əsas hissəsini təşkil edən ada sakinlərinin
90 faizi birbaşa Fransanın müstəmləkəçiliyi
dövründə Afrikadan
oraya gətirilən qaradərili qulların törəmələridir".
Fransa hakimiyyətinin
etirazları yatırmaq
üçün xüsusi
dəstələr göndərməsi
metropoliyanın neokolonial
iddialarını vurğulayır.
Metropoliya ilə formal inteqrasiyaya baxmayaraq, bir çox sakinlər iqtisadi və siyasi marginallaşma hiss edirlər. Həyat səviyyəsini yaxşılaşdırmaq üçün
çoxları materik
Fransaya getməyə çalışır.
Martinikin köklü
əhalisi haqlı olaraq hesab edir
ki, Paris adanın maraqlarını nəzərə
almır və onu Fransanın iqtisadi inkişafının
kənarında qoyur. Əslində, adada baş verənlər təkcə sosial bərabərsizliyə etiraz
deyil, həm də Fransanın neokolonial siyasətinin kökündə duran qeyri-bərabər mübadilə
münasibətlərinin təzahürüdür.
İdxaldan yüksək
asılılıq və
resurslara məhdud çıxış yerli
əhali arasında ədalətsizlik hissini gücləndirir. Üstəlik,
ictimai bir hərəkat kimi onlar bu etiraz
zamanı fərqli əlamət olaraq qırmızı qolbaqlardan
istifadə etdikləri
üçün sarı
jiletlərə bənzəyirlər.
Bu da çox
mühüm göstəricidir,
çünki bu etirazın əsasını
müstəmləkəçilik əleyhinə və sosial şüarlar təşkil edir. Bununla belə, Parisdən gələn cavab qeyri-adi dərəcədə sərt
olub. Belə ki, Fransa hökuməti
65 ildə ilk dəfə olaraq adaya CPC mobil polis bölməsini göndərmək qərarına
gəlib. Bu, 2021-ci ildə daxili işlər naziri Cerald Darmanen tərəfindən etirazlarla
mübarizə üçün
yaradılmış xüsusi
təyinatlı bölmədir.Təbii ki,
Fransanın bu addımı martiniklilərdə müstəmləkə
metropoliyasına qarşı
narazılıq və
nifrət dərəcəsini
artırır.
Adanın Sosialist
Partiyasının sözçüsü
Beatris Belle bu addımı pisləyərək, "Martinikdə
vətəndaş müharibəsi
deyil, sosial müharibədir" deyib
və vurğulayıb
ki, Parisin zorakılıq addımı
yalnız gərginliyi
artırır və diqqəti əhalinin qanuni tələblərindən
yayındırır.
Rizvan CƏFƏROV,