Ermənilərdə
təşviş daha da artıb: "Çox qorxulu bir vəziyyətdir. Sülh istəyirik, sülh!"
Prezident
İlham Əliyevin Milli Məclisdə səsləndirdiyi
fikirlər Ermənistanda böyük narahatlığa səbəb
olub
Prezident İlham
Əliyevin yeddinci
çağırış Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclasında çıxışı zamanı
Ermənistanla bağlı
səsləndirdiyi fikirləri
İrəvanda da xüsusi diqqət mərkəzindədir. Dövlət
başçısının verdiyi açıq mesajlar həm də erməni sosial şəbəkə
istifadəçilərinin də nəzərindən
qaçmayıb.
Xəbər portallarının
rusdilli versiyasında dövlətimizin başçısının
parlamentdəki çıxışından
yayılan hissələrin,
videoçarxların təqdim
olunaraq müzakirəyə
çıxarılması məğlub
ölkədə ictimai
çaşqınlığı və bunun artıq
xaosa çevrildiyini göstərir. Bu fonda erməni cəmiyyəti Sarkisyan-Koçaryan rejimindən
sonra Paşinyanı da artıq Ermənistanın
əsas bəlası saymağa başlayıb.
Ermənilərin sosial
şəbəkələrdəki statusları, şərhləri
göstərir ki, onlar ölkələrinin məhvə doğru getməsi, İlham Əliyevin Ermənistan üzərində üstünlüyünün
artması barədə
ortaq rəydədirlər.
Erməni istifadəçilər
tərəfindən yazılan
status və şərhləri oxucuların
diqqətinə çatdırırıq.
Siyasi ekspert Artyom Qazaryan yazır ki, 2024-cü ili də ağır
hisslər və əhvali-ruhiyyə ilə
başa vurmaq üzrəyik. 30 ildən sonra 44 günlük
müharibə məğlubiyyətinə
və minlərlə gənc həyatların ağır itkilərinə
sahibik: "Otuz ildən sonra ermənilər Ermənistanı
təhdid edən güclü problemlər qarşısında, demək
olar, gücsüz vəziyyətə düşüblər.
İndi danışmaq
hədsiz dərəcədə
çətindir. Bəlkə
də danışmaq lazım deyil. Gənclərimizin itkisinə
sakitcə yas tutmaq, digər müharibə itkilərini
güclə daşımaq
və iş görmək - dövləti
bu çuxurdan çıxarmaq və suverenlik, müasirlik yoluna qoymaq üçün
iş görmək lazımdır. Amma görülmür. Biz bu gedişlə Qarabağdan əlavə, Ermənistanı da itirə bilərik. Çünki insanlarda heç bir inam qalmayıb".
Raçik Nalbandiyan
"VKontakte" sosial
şəbəkəsində Prezident İlham Əliyevin açıqlamalarının
yer aldığı xəbərin rəy bölümündə Paşinyanın
şəklini paylaşaraq
"Ermənistanı sizinlə
daha parlaq gələcək gözləyir"
şərhi çoxsaylı
tənqidlərə, təhqirlərə
tuş gəlib. Karen Melikyan adlı
istifadəçinin bu
fotoya şərhi isə daha çox
bəyənmə toplayıb:
"İlham Əliyev
bizim Paşinyanı informasiya müharibəsində
də məğlub etməkdə davam edir. Müxtəlif sosial qruplarda "klaviatura qəhrəmanları"
çoxsaylı statuslar
və şərhlərlə
bildirirlər ki, belə çıxış
etməklə Nikolu Əliyev qarşısında
çox aşağı
səviyyəyə salırsınız.
Vətənə xəyanət
edirsiniz. Vətənə
biz yox, Paşinyan və onu burada müdafiə
edənlər xəyanət
edirlər. Neyləməliyik?
Ermənistan məhv olur, susmalıyıq?"
Tatevos Şaumyan
adlı istifadəçi
"X"də Prezident
İlham Əliyevin
" Ermənistan, əslində,
sülh istəmir, vaxt uzatmaq, bu
vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi
ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və
təkcə Avropa deyil, digər Qərb ölkələrinin
nümayəndələri Ermənistan
ordusunda işə başlayıblar" sözlərinə
belə reaksiya verib: "Bir neçə dəfə bu cür statuslarıma
görə, tənqid
edilib, hətta döyülmüşəm. Bizim
başqalarının torpaqlarında
nə işimiz var, axı? Özüm də Zəngəzurdanam. Zəngəzur
bu anda regionun
geosiyasi mərkəzidir.
İlham Əliyev Ermənistanı sülhə
çağırır, Paşinyan
isə yalançı
vədlərlə yeni
ordu yaradır. Fransa başda olmaqla, bir çoxları
öz maraqlarını
güdürlər. Mənim
kimi minlərlə erməni sülh müqaviləsinin imzalanmasını
çox böyük səbirsizliklə gözləyir.
Bu, biz bədbəxt
erməniləri bəlkə
də ağ günə çıxardar".
"İravnuk" qəzetinin
"İnstaqram" səhifəsində
Azərbaycan Prezidentindən
sitat gətirilən
"...Dırnaqarası "Avropa Sülh Fondu". Silah üçün nəzərdə
tutulan fond, ona Sülh Fondu
deyirlər, Ermənistan
ondan istifadə edir, Fransadan pulsuz silah alır.
Ermənistanı silahlandıranlar
bilməlidirlər ki,
bütün gələcək
hadisələrə birbaşa
onlar cavabdehlik daşıyacaqlar" başlığı
daha çox diqqət çəkib. Rəy bildirənlərdən
Boris Safaryanın fikirləri isə, əslində, həqiqəti
göstərir: "Bizi
İlham Əliyevə
xidmətdə, onu sevməkdə günahlandırırlar.
Heç bir erməni o Prezidenti sevmir və sevə də bilməz. Onun ölkəsi də, xalqı da düşməndir,
özü də düşməndir. Amma axı ağıllı düşməndir. Bizim ağılsız keçmiş prezidentlərimiz
və hazırkı baş nazirimiz kimi öz xalqını
ac qoymur, müharibədə fərarilik
etmir. Görün Azərbaycan hansı səviyyədədir. 28 il
əvvəl az qala Bakıya çatırdıq. Amma indi görün nə gündəyik. Artıq İrəvanda da qorxaraq oturmuşuq.
Ağıllı düşmən
ağılsız baş
nazirimizi və bədbəxt dövlətimizi
məhv edir, budur reallıq. Fransa bizim hansı
durumumuza gün ağlayır?"
Arşalyus Saakyan
adlı "Feysbuk"
istifadəçisi isə
2018-ci ildə Xankədidə
çəkdirdiyi şəkli
paylaşaraq vahimə
dolu status paylaşıb: "Nə
vaxta qədər belə davam edəcək? Azərbaycanlıların
Qarabağa qayıdışı
yuxularımızı qaçırdıb.
Müharibədə Azərbaycana
uduzduğumuzu görmüşdük,
indi isə psixologiyamız pozulub. Belə qorxu ilə yaşamaq istəmirik".
Profilinə baxdıqda
illər öncə Xankəndidə yaşadığı
qeyd edilən Roza Marqaryan adlı
"Feysbuk" istifadəçisi
paylaşdığı statusda
bildirib ki, xalqın yalançı Paşinyana artıq inamı tamamilə tükənib: "Fransaya
inanmaq olmaz. Makronla tez-tez görüşəndən sonra Qarabağda
bir erməni belə qalmadı. Hamımız qaçdıq".
Vazgen Tsarukyan adlı "Feysbuk" istifadəçisi isə
paylaşımında daha
bədbin şərh verib: "Dostlar, Paşinyan Ermənistanı
satır, ayılın!
Xəbəriniz varmı
ki, İlham Əliyev yavaş-yavaş
Sünikə, İrəvana
doğru irəliləyir.
Məni qınasanız
da deyəcəm: Övladlarıma, mənə
müharibə və
"Artsax" (Qarabağ-red.)
lazım deyil. Paşinyan da Sarkisyanın tayıdır.
Çox qorxulu bir vəziyyətdir. Sülh istəyirik, sülh!"
Bütün
bunlar əsl həqiqətlərin nədən ibarət
olduğunun artıq erməni cəmiyyəti tərəfindən
də dərk olunduğunu aydın nümayiş etdirir. İndi anlamağa başlayıblar ki, Ermənistanın acınacaqlı
vəziyyətə düşməsinin
əsas səbəbi
30 ilə yaxın davam edən işğalçılıq siyasəti
və buna görə Azərbaycanın
gördüyü tədbirlərdir.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2024.-
26 sentyabr (¹ 210).- S.16.