Azərbaycanın
media nümayəndələri
Daşkəndin görməli
yerləri ilə tanış olublar
“Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası
arasında media sahəsində
əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”
çərçivəsində Azərbaycanın media nümayəndələri
üçün mediatur
təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan mediasının
nümayəndələri Daşkəndə
səfərlərinin ilk günü
Özbəkistan paytaxtının
zəngin tarixini və müasir inkişafını əks
etdirən tarixi məkanlarda və mədəni obyektlərdə
olublar.
Əvvəlcə, qonaqlar
1966-cı ildə baş
vermiş dağıdıcı
Daşkənd zəlzələsi
qurbanlarının xatirəsinə
1970-ci ildə ucaldılmış
“İgidlik” memorial kompleksini
ziyarət ediblər.
Mərkəzi Asiyanın
ən qədim
İslam abidələrindən biri olan “Minor” məscid kompleksi öz memarlıq üslubu və mənəvi ab-havası ilə azərbaycanlı jurnalistləri heyran edib. Qeyd olunub
ki, bu kompleks dini mərkəz olmaqla yanaşı, həm də bəşəriyyətin mədəni
sərvətidir.
Sonra jurnalistlər Daşkəndin
ən böyük mədəniyyət və
memarlıq abidələrindən
biri olan Əbubəkr Qəffal əş-Şaşi mavzoleyində
olublar. Bu abidə Özbəkistan paytaxtının
qədim rayonunda yerləşən “Həzrəti
İmam” memarlıq kompleksinə
daxildir. Qonaqların diqqətinə çatdırılıb
ki, Əbubəkr Qəffal
əş-Şaşi müsəlman
aləmində ilk imamlardan
biri, “Quran”ın,
hədislərin və
İslam hüququnun bilicisi
kimi tanınırdı.
Qonaqlar Özbəkistan
paytaxtının xalq arasında “Daşkəndin
Venesiyası” kimi tanınan ən məşhur məhəllələrindən
birində də olublar. Onlara məlumat verilib ki, böyük Kalkavuz kanalı (onun adı Firdovsinin “Şahnamə” epik poemasının personajı
fars hökmdarı Keykavusla bağlıdır)
48 daha kiçik qollara ayrılır.
Jurnalistlər, həmçinin
Daşkəndin məşhur
“Çorsu” bazarında
yerli məhsulların
müxtəlif çeşidləri
və sənətkarlıq
nümunələri ilə
tanış olublar.
Media nümayəndələri Daşkəndin
gecə həyatına
da qərq olublar.
Musiqili fəvvarə qonaqların
xüsusi marağına
səbəb olub. Ritmik musiqi ilə
müşayiət olunan
işıqların və
suyun ahəngi onlarda unudulmaz təəssürat yaradıb.
İşıqlı küçələrdə
gəzintiyə çıxan
qonaqlar binaların memarlıq üslubu, onların kontrastı, habelə qədim ənənələrin müasir
həyatla vəhdətini
müşahidə ediblər.
Azərbaycan.-2024.-
26 sentyabr (¹ 210).- S.15.