Nazir: Tacikistanın
COP29-a töhfə verəcəyindən
əminik
Azərbaycan və tacik xalqlarını tarixi, etnik, mədəni, dini və ortaq dəyərlər
birləşdirir. İki
ölkə arasında
yüksəksəviyyəli siyasi dialoq mövcuddur.
Münasibətlərimiz strateji
əməkdaşlıq səviyyəsinə
yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiə naziri Sahil
Babayev Tacikistanın dövlət
müstəqilliyinin 33-cü ildönümü münasibətilə
sentyabrın 24-də Bakıda
keçirilən tədbirdə
səsləndirib.
Hər iki ölkə rəhbərinin
münasibətlərin inkişafında
xüsusi rolunu qeyd edən nazir qarşılıqlı səfər
və təmasların
əlaqələrin daha
da dərinləşdirilməsinə xidmət etdiyini bildirib.
May ayında Azərbaycan-Tacikistan
Biznes Forumunun keçirildiyini diqqətə
çatdıran S.Babayev ötən il
iki ölkə rəhbərinin iştirakı
ilə imzalanan “Azərbaycan Respublikası
ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Bəyannamə”nin
əhəmiyyətini qeyd
edib.
"Ölkələrimiz arasında
90-dək sənəd imzalanıb.
Nəqliyyat, logistika, sənaye, iqtisadiyyat, mədəniyyət və
digər sahələrdə
əməkdaşlığımız uğurla inkişaf edir. Ölkəmizdə
90-dan çox tacikistanlı
tələbə təhsil
alır. Azərbaycan
Orta Dəhliz layihəsində
önəmli rolu olan ölkədir. Tacikistanın da bu layihədə iştirakı
ümumi işimizə
töhfə vermiş
olardı", - deyə
nazir vurğulayıb.
O, Tacikistanın Azərbaycanın
noyabr ayında ev sahibliyi edəcəyi
COP29-da fəal iştirak
etməyə çağırıb.
Dost ölkənin bu tədbirə töhfə
verəcəyindən əminliyini
ifadə edib.
Azərbaycan.-2024.-
2 sentyabr (№210).- S.11.