Çinin nəqliyyat naziri COP29 çərçivəsindəDayanıqlı rəqəmsal Orta Dəhlizmövzusunda iclasa dəvət edilib

 

Çində səfərdə olan rəqəmsal inkişaf nəqliyyat naziri Rəşad Nəbiyev Çinin nəqliyyat naziri Li Siopenlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Orta Dəhliz çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan ilə Çin arasında müvafiq sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin avtomobil və dəmir yolu, ictimai nəqliyyat, hava nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

R.Nəbiyev çinli həmkarını ölkəmizdə COP29 çərçivəsində “Dayanıqlı və rəqəmsal Orta Dəhliz” və “Yaşıl ictimai nəqliyyat” mövzularında keçiriləcək nazirlər iclaslarına dəvət edib.

Nazir Rəşad Nəbiyevin Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Son Ciyonla görüşündə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlərin daha operativ həlli üçün müvafiq işçi qruplarının əməkdaşlığı barədə razılıq əldə olunub.

 

Azərbaycan.-2024.- 2 sentyabr (¹210).- S.11.