COP29 çərçivəsində
qlobal təşəbbüslərlə
bağlı yüksək
səviyyəli tədbir
keçirilib
Sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyası
və Nyu-York İqlim Həftəsi çərçivəsində BMT-nin Baş Qərargahında
COP29 Sədrliyinin Fəaliyyət
Gündəliyinə daxil
olan qlobal təşəbbüslər ilə
bağlı yüksək
səviyyəli paralel
tədbir təşkil
edilib.
AZƏRTAC-ın məlumatına görə, COP29 Sədrliyinin
təşkilatçılığı ilə baş tutmuş tədbirin məqsədi Fəaliyyət
Gündəliyinə daxil
olan qlobal təşəbbüslər barəsində
ətraflı məlumatın
geniş auditoriyaya çatdırılması, BMT-nin
ixtisaslaşmış təşkilatlarının,
beynəlxalq inkişaf
banklarının, üzv
dövlətlərin yuxarı
vəzifəli nümayəndələrinin
və BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına tərəf
olan dövlətlərin
nümayəndə heyətlərinin
iştirakı ilə
COP29 Sədrliyinin fəaliyyət
prioritetlərinin gücləndilməsi,
iqlim dəyişikliyi
ilə mübarizədə
qlobal səylərin birləşdirilməsi üçün
əməkdaşlıq və
tərəfdaşlıq imkanlarının
müzakirə edilməsi
olub.
Tədbir zamanı
COP29 üzrə Baş danışıqçı,
xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev açılış
nitqində COP29 Sədrliyinin
Fəaliyyət Gündəliyinin
iqlim sahəsində bütün əsas istiqamətlər boyu irəliləmək kimi ambisiyalı səylərini
təmsil etdiyini və enerji, maliyyə, kənd təsərrüfatı, su,
şəhərlər, insan
inkişafı, eləcə
də iqlim və sülhün qarşılıqlı əlaqəsi
kimi bir sıra əsas prioritetləri ehtiva etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, maliyyənin iqlim fəaliyyətinin mühüm icra mexanizmi olduğunu nəzərə alaraq, COP29
Sədrliyinin qlobal təşəbbüsləri icra
mexanizmlərinə xüsusi
diqqət yetirməklə
hazırlanıb.
Daha sonra COP29 Sədrliyinin qlobal təşəbbüslərinin
hazırlanması prosesində
göstərdikləri dəstəyə
görə BMT-nin ixtisaslaşmış təşkilatlarına
təşəkkür ifadə
edən Baş danışıqçı
çıxış sözü
həmin təşkilatların
yüksək rütbəli
nümayəndələrinə verib. Natiqlər aidiyyəti sahələr üzrə COP29 Sədrliyinin
qlobal təşəbbüslərinin
əhəmiyyətini vurğulayıb
və onların icrasına dəstək ifadə ediblər.
Çıxışlardan sonra
Yalçın Rəfiyev COP29 Sədrliyinin Fəaliyyət
gündəliyinə daxil
olan 14 təşəbbüs
barədə təqdimat
edib, təşəbbüslərin
iqlim fəaliyyətinə
önəmli töhfə
verəcəyini bildirib.
Sual-cavab sessiyası zamanı nümayəndə
heyətlərinin sualları
cavablandırılıb.
Daha sonra xarici işlər
nazirinin tədbirə
müraciəti səsləndirilib.
Çıxışda Azərbaycanın
ambisiyaları artırmaq
və iqlimlə bağlı fəaliyyətə
imkan vermək üçün nümunə
göstərməyə hazır
olduğu vurğulanıb,
bütün ölkələr,
təşkilatlar, xeyriyyə
qurumları və maliyyə təsisatlarının
və hər bir fərdin bu mühüm missiyada COP29 Sədrliyinə
qoşulmasına, sürətli
və qətiyyətli
hərəkət etməsinə
çağırış edilib.
Yekun nitqində
Yalçın Rəfiyev tədbir
iştirakçılarını COP29-da fəal iştiraka çağırıb.
Azərbaycan.-2024.-
2 sentyabr (№210).- S.11.