“Gələcəyin
Sammiti”ndə bir qrup xarici
QHT COP29-da inklüzivliyi müdafiə
edən bəyanat yayıb
Sentyabrın 20-24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilmiş “Gələcəyin
Sammiti”nin iştirakçıları olan
bir qrup xarici QHT, vətəndaş
cəmiyyəti təmsilçiləri
COP29-a ev sahibliyi edəcək Azərbaycanın
qlobal iqlim dəyişmələrinə qarşı
mübarizədə mühüm
töhfəsini vurğulayan,
inklüzivliyi müdafiə
edən bəyanat yayıb. Bəyanatı 22
ölkədən 44 QHT nümayəndəsi
imzalayıb.
AZƏRTAC “Birlikdə sağlamlaşma:
davamlı gələcək
üçün inklüziv
yollar” adlı bəyanatı təqdim edir: “COP29-a doğru irəlilədiyimiz bu günlərdə müzakirələrimizdə
və fəaliyyətlərimizdə
inklüzivliyi prioritetləşdirmək
vacibdir. Qərarqəbuletmə
proseslərində bütün
tərəflərin mənalı
iştirakı "2030-cu ilədək
dayanıqlı inkişaf
sahəsində Gündəliy"in
irəliləməsi üçün
əsasdır. İqlim
dəyişmələri hamımıza
təsir etsə də, onun nəticələri
əsasən yerli icmalara və xalqlara, həssas ölkələrə daha
çox zərər vurur. Buna görə də bu qrupların
səsləri yalnız
eşidilməməli, həm
də onlar siyasət və nəticələrin formalaşmasında
fəal iştiraka cəlb olunmalıdır.
Bu, gənclərin, qadınların
və öndə olan digər qrupların təmsilçiliyinin
artırılmasını da əhatə edir.
Vətəndaş cəmiyyəti
təşkilatları bu
səslərin gücləndirilməsində
mühüm rol oynayır. Biz müzakirə
edən tərəfləri
COP29-da inklüzivliyi prioritetləşdirməyə
və həllərin həm ədalətli, həm də bərabər olmasını
təmin etməyə
çağırırıq. Sözügedən həllər
həm də iqlim böhranının təcili xarakterini əks etdirməklə, təxirəsalınmaz və
praktik olmalıdır.
Biz xüsusilə dünyada iqlim dəyişmələrinin
təsirləri ilə
mübarizə aparan, uyğunlaşmaq üçün
məhdud resurslara
malik olan həssas icmalarla həmrəylik nümayiş etdiririk. Vətəndaş cəmiyyəti
nümayəndələri, beynəlxalq təşkilatlar
və iqlim ədaləti fəalları
kimi biz müxtəlifliyi,
inklüzivliyi və
gender bərabərliyini təşviq
edən gündəmin
təbliğində COP29 Sədrliyinə
dəstək verməyə
hazırıq.
Bundan əlavə,
biz qadınlar və qızlar daxil olmaqla, həssas qrupların və digər əsas maraqlı tərəflərin
səslərinin iqlim müzakirələrinin mərkəzində
olmasını təmin
etmək üçün
COP29 əvvəl, tədbir
zamanı və ondan sonra yerli
vətəndaş cəmiyyəti
təşkilatları ilə
əməkdaşlıq etməyə
hazırıq.
İndi qətiyyətli addımlar
atmağın vaxtıdır
və biz bütün
maraqlı tərəflərlə
əməkdaşlığa hazırıq ki, öhdəlikləri
konkret nəticələrə
çevirək. Gəlin,
bütün insanların
hüquqlarına hörmət
edən və gələcək nəsillər
üçün planetimizi
qoruyan davamlı bir gələcək inşa edək.
Bəyanatı imzalayanlar:
1. Grove Harris, “Anlaşma Məbədi” –
ABŞ
2. Prof. Husna Ahmad,
“Global One 2015” – İngiltərə
3. Jean-Paul NGUEYA,
“Dünya Gəncləri Fəaliyyətdədir”
(“Jeunesse du Monde en Action”) – Fransa
4. Gordon Rattray, Avropa Əlillər Forumu – Belçika
5. Phumlani Magagula,
“GreenShift” Təşəbbüsü
– Esvatini
6. Abdullah Nawab, “Davamlı İnkişaf üçün Kəmər
və Yol Təşəbbüsü”
(“BRISD”) – Pakistan
7. Aytakin Asgarova, “IndiGenius
Global” – ABŞ
8. Clare Jagunna, “Ürəkləri
Qaldıran Əllər
Təşəbbüsü”– Kanada
9. Fred Sullivan,
“Man Up Campaign US, Inc.” – ABŞ
10. Alena Maslova, “Dobrosphera” – Qırğızıstan
11. Maria Jose Lubertino Beltran, “İnsan Hüquqları üzrə
Vətəndaş Assosiasiyası
- Ətraf Mühitin Müdafiəçiləri Şəbəkəsi”
– Argentina
12. Stephen, “Birləşmiş Sosial
Rifah Cəmiyyəti” – Pakistan
13. Alan Jarandilla Nuñez, “IYAFP” – Boliviya
14. Mahamat
Abdelkerim Abbas, “Gənclər üçün Beynəlxalq
Yardım”– Çad
15. Qaiser Nawab,
“THE” Beynəlxalq Cəmiyyəti
– Pakistan
16. Mohamed Abderraheman Cheikh, “Yaşıl
Mavritaniya Gənclər
Şəbəkəsi – “GreeM”” – Mavritaniya
17. Carmen Capriles,
“İqlim Təsiri” (“Reacción Climática”)
– Boliviya
18. Dr. Mohammad
Shakeel Ahmed, “Davamlı İnkişaf
üçün Qlobal
Strateji İnstitut”
(“GSISD”) – Pakistan
19. Hawa Sidibe, “İnsan Hüquqlarının
İnkişafı və
Təşviqi Assosiasiyası”
– Mavritaniya
20. Ann. Makena
Kobia, “Pan-Afrika İqlim Ədaləti
Alyansı” – Keniya
21. Aniedi Ene Inyang, “Enemas Fondu” – Nigeriya
22. Michael Kakande,
“Davamlı40” (“Resilient40”) – Uqanda
23. Aynalem Getie Gismie Lem, “Ətraf Mühit və İnkişaf Cəmiyyəti” – Efiopiya
24. Edith Achamukong Lum, “Dayanıqlı
Barmaqlar” (“Sustainable Fingers”) – Kamerun&Niderland;
25. Lola
İbrahim, “Zorakılığa və İstismara Qarşı Qadınlar”
(“WAVE Fondu”) – Nigeriya
26. Erick Mutua Mbeva, “GCCIAFRICA” – Keniya
27. Qaiser Nawab,
“Pakistan İqlimi üçün
Gənclər” - “COP Mənim
Şəhərimdə”– Pakistan
28. Hassan Abdilahi,
“MOAD” – Somali
29. Naomi Jepchumba
Kurgat Endorois, “Qadınların
Gücləndirilməsi Şəbəkəsi”
– Keniya
30. Cynthia Buluebiere Bright
Gbolekekro “Qadınların Gücləndirilməsi
və İnkişafı
Təşkilatı” (GWEDO) – Nigeriya
31. Waqas Ahmad,
“İslamabad Beynəlxalq İslam Universiteti” – Pakistan
32. June Bartuin, “Yerli Xalqlar üçün Sülh və İqlim Ədaləti” – Keniya
33. Andin Ntali, “Buea Universiteti” – Kamerun
34. Nathan Kipchumba,
“Kimajani Yaşıl
Afrika” – Keniya
35. Kunlomia Kaspa Bobga, “Yaşıl Qlobus Təşkilatı” – Kamerun
36. Jules Cesar Redombina-Ogandaga, “AGRI’PROTECT” – Qabon
37. Steven Dereck Chinsendenji, “Ümid Verənlər Fondu” (“Hope Givers Foundation”) –
Malavi
38. Adan Abdi Baraka,
“Mandera” – Keniya
39. Ndeye Fatou
NDIAYE, “Karbon Qvineya” (“Carbone Guinee”) – Seneqal
40. Francisca Belie
Elangwe, “Yaşıl və
Daha Yaxşı Dünya” - Kamerun
41. Jackline sekento lankas, “Qadınlar və Qızların Əlillik Şəbəkəsi” – Keniya
42. Zoneziwoh Mbondgulo-Wondieh, “Qadınlar Dəyişikliklər
Uğrunda” (Women for a Change) – Kamerun
43. Thulisile Maziya
- “Qadınlar və Qızların Gücləndirilməsi
Təşkilatı” – Esvatini
44. Florence Ntisai, “Yerli Qadınlar Şurası” (“Indigenous Women Council”) – Keniya.
20-24 sentyabr 2024-cü il, “Gələcəyin
sammiti”, Nyu-York,
ABŞ".
Azərbaycan.-2024.-
26 sentyabr (¹210).- S.10.