İşğaldan azad edilmiş ərazilərdə ilk həmkarlar ittifaqı fəaliyyətə başlayıb

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, AHİK sədri Sahib Məmmədov yeni təsis olunmuş komitəyə uğurlar arzulayıb. O bildirib ki, komitə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan ilk həmkarlar ittifaqıdır. Bunu həmkarlar ittifaqları tarixində əlamətdar hadisə adlandıran Sahib Məmmədov komitənin səmərəli fəaliyyəti üçün onlara həmüzv olduqları Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, həm AHİK tərəfindən hər cür dəstəyin göstəriləcəyini vurğulayıb. Konfederasiya sədri qeyd edib ki, Şərqi Zəngəzuru Qarabağı xalqımıza qaytaran Prezident İlham Əliyev bu gün həmin ərazilərdə aparılan tikinti-quruculuq işlərinin baş memarıdır. Onun sözlərinə görə, işğaldan azad olunmuş şəhər kəndlərimiz yaxın gələcəkdə əvvəlkindən yaxşı görkəm alacaq ölkəmizin hərtərəfli, o cümlədən iqtisadi inkişafına böyük töhfələr verəcək. İttifaq üzvləri üçün layiqli şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması istirahətlərinin təşkili, həmçinin bərabər imkanların yaradılması, əlçatanlığın təmin olunması ilə bağlı Həmid Mehdiyevə tövsiyələrini verən AHİK sədri yaxın vaxtlarda Şərqi Zəngəzur Qarabağda həmkarlar ittifaqı təşkilatlarının sayının artacağına əminliyini ifadə edib.

Xidmətin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyev bildirib ki, təmsil etdiyi təşkilat Xankəndi şəhərində işçilərinin təşəbbüsü ilə təsis olunub, hazırda ittifaqın 150 üzvü var, gələcəkdə üzvlərin sayının artması gözlənilir. O, həmçinin üzvlərin əksəriyyətinin keçmiş məcburi köçkün şəhid ailələri olduğunu səlahiyyətləri çərçivəsində onlara hər cür dəstəyi göstərəcəklərini qanuni mənafelərini layiqincə qoruyacaqlarını qeyd edib.

Sonda AHİK sədri Sahib MəmmədovXankəndi şəhərində, Ağdərə Xocalı rayonlarında Bərpa, Tikinti İdarəetmə Xidmətipublik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul olunması barədə Rəyasət Heyətinin qərarını Həmid Mehdiyevə təqdim edib.

 

Azərbaycan.-2024.- 26 sentyabr (№210).- S.9.