XV Beynəlxalq Multikulturalizm Məktəbi
Şuşada davam edir
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
(BBMM) təşkil etdiyi
“Sülhün, dialoqun
və tolerantlığın
qorunmasında mədəni
irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi
Şuşa şəhərində
davam edir.
Sentyabrın 25-də məktəb
iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Günel Yusifinin “Mədəniyyət
və inancın kəsişməsi: Dini müxtəlifliyin
Azərbaycan nümunəsi”
mövzusunda mühazirəsini
dinləyiblər.
Günel Yusifi mühazirəsində
qeyd edib ki, Azərbaycan dini müxtəliflik baxımından
çox zəngindir.
Amma xoşbəxtlikdən müxtəlif
dinlərin və dini-fəlsəfi cərəyanların
yayıldığı ölkəmizdə
bütün tarixi dövrlərdə etnik və dini icmalar
arasında möhkəm
dözümlülük əlaqələri
formalaşıb, milli, irqi
və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif
tarixi dövrlərdə
Azərbaycan ərazisində
məskunlaşan dini-etnik
qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq
əlaqələri qurublar
və sözün əsl mənasında birgəyaşayışın harmonik
vəhdətini nümayiş
etdirirlər. Fərqli
dini konfessiyaların nümayəndələri hər
zaman həmrəy olublar.
Vətənimizdə bu
cür mükəmməl
tolerantlıq mühitinin
yaranması dini dözümlülüyün Azərbaycan
xalqının xarakterik
xüsusiyyəti və
milli-mənəvi sərvəti
olmasına dəlalət
edir. Məruzəçi
bildirib ki, Azərbaycan
dünyada məscid, kilsə və sinaqoqun bir arada
olduğu, eləcə
də müxtəlif dinlərin mənsublarının
heç bir ayrı-seçkilik halı
ilə qarşılaşmadıqları
nadir ölkələrdən biri, bəlkə də, birincisidir.
Mühazirə XV Beynəlxalq
Multikulturalizm Məktəbinin
iştirakçıları tərəfindən maraqla
qarşılanıb.
Qeyd edək
ki, XV Beynəlxalq Multikulturalizm
Məktəbində Azərbaycan,
Rusiya, Türkiyə, Cənubi Koreya, Serbiya, Yaponiya,
Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Morokko, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş
Ştatları, Mozambik
və Konqodan olan 30-a yaxın tələbə iştirak edir. Oktyabrın 1-dək davam edəcək məktəbin İştirakşıları
üçün Şuşa,
Laçın və Ağdam şəhərlərinə
ekskursiyalar təşkil
olunacaq.
Azərbaycan.-2024.- 26 sentyabr
(№210).- S.9.