Azərbaycan-Çin əlaqələri gündən-günə yeni məzmunla zənginləşir

 

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

 

 

Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı yetirməkdən böyük məmnunluq duyuram.

Ötən dövr ərzində Çin Xalq Respublikası bütün sahələrdəiqtisadiyyat, sənaye, elm, kosmik tədqiqat, müasir texnologiyalar, müdafiə, əhalinin sosial-iqtisadi rifahı digər sahələrdə mühüm nailiyyətlər əldə edərək beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, dünyanın ən güclü qüdrətli dövlətləri sırasında yer almışdır. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz xidmətləriniz vardır.

Dostluq qarşılıqlı hörmət üzərində qurulmuş, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir.

İyulda Astanada Sizinlə səmimiyyət qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, görüş əsnasında qəbul olunmuşAzərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməmühüm tarixi addım, əməkdaşlığımızı daha da genişləndirmək möhkəmləndirmək istiqamətində qarşılıqlı əzmimizin bariz təzahürüdür.

Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi fəal dialoq, iqtisadiyyat, ticarət nəqliyyat-logistika, telekommunikasiya, humanitar digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. “Kəmər yolOrta dəhlizlayihələri çərçivəsində səmərəli işbirliyimizi xüsusi qeyd etmək istərdim.

Eyni zamanda biz Çinlə iqlim dəyişmələri ilə mübarizədə, o cümlədənyaşılenerji, yaşıl aşağı karbonlu texnologiyalar sahələrində birgə fəaliyyətimizi daha da dərinləşdirmək, ölkənizin qabaqcıl təcrübəyə malik şirkətləri ilə daha sıx əməkdaşlıq etmək əzmindəyik. İnanıram ki, noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da Çinin fəal iştirakı qlobal iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına gələcək nəsillərə daha təmiz dayanıqlı dünyanı miras qoymaq məqsədinə çatmağımıza töhfə verəcəkdir.

Hörmətli cənab Sədr,

Əminəm ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli qaydada, həm çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.

Belə bir əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah firavanlıq diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2024-cü il

Azərbaycan.-2024.- 29 sentyabr (¹213).- S.1.