İqtisadi
inkişaf uğurlarımızın
əsasıdır
Azərbaycan dünyaya
yüksəliş modelini
təqdim edib
"Azərbaycan xalqı
düşmən üzərində
qazandığı tarixi
qələbəsi, suverenliyin
tam təmin edilməsi, beynəlxalq aləmdə əldə edilən uğurları, eləcə də ölkənin iqtisadi inkişafı, həyat şəraitinin yaxşılaşdırılması,
ictimai-siyasi sabitliyi, insanların birlik və həmrəyliyi ilə fəxr edə bilər. Azərbaycan iqtisadiyyatının
davamlı və dayanıqlı olması inkişafımıza yeni yollar açır".
"Azərbaycan" qəzetinə açıqlamasında
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib
ki, bu ilin
əvvəlindən qazanılan
nəticələr, iqtisadi
artımın 4,3 faiz təşkil etməsi, qeyri-neft sektorunda 7 faizlik artımın əldə edilməsi, xarici borcun ümumi
daxili borca nisbətdə 7,5 faiz olması, inflyasiyanın aşağı düşməsi,
iqtisadi sahədə yeni layihələrin hazırlanması və həyata keçirilməsinə
qərar verilməsi bunu deməyə əsas verir.
Prezident İlham
Əliyevin iqtisadi məsələlərə həsr
olunmuş müşavirədə
söylədiyi kimi, ölkə iqtisadiyyatının
şaxələnməsi istiqamətində
atılmış addımlar
və düşünülmüş
islahatlar siyasəti öz bəhrələrini
verməkdədir. Azərbaycan
dünyaya özünün
iqtisadi inkişaf modelini təqdim edib, həm də bu modelin
təkmilləşdirilməsi təşəbbüsündədir. Bir çox ölkələr tərəfindən
qəbul edilən və təsdiqlənən
bu model dövlətimizin və xalqımızın milli maraqlarına, mövqeyinə
xidmət etməklə
bərabər, həm
də dünya iqtisadiyyatına töhfə
verməyə, iqtisadi
sahədə əməkdaşlığın
möhkəmləndirilməsinə hesablanıb. "44 günlük
Vətən müharibəsindən
və 23 saatlıq antiterror tədbirlərindən
sonra Azərbaycana maraq daha da
artıb. Neft-qaz sektorunda yeni layihələrin hazırlanması,
bu sahədə əməkdaşlığın genişləndirilməsi, yeni
yataqların hasilat həcminin yüksəlməsi,
qeyri-neft sektoruna xarici sərmayələrin
cəlb edilməsi üçün təşviq
layihələrinin həyata
keçirilməsi ölkəmizin
iqtisadi inkişafını
sürətləndirməkdədir. Dövlətimizin başçısı
müşavirədə bildirib
ki, Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət,
eyni zamanda dövlətin güclənməsi,
ərazi bütövlüyümüzün,
suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii
olaraq daha da yaxşılaşdırıb.
İnvestisiyaların adambaşına
düşən həcminə
görə Azərbaycan
qabaqcıl ölkələr
sırasındadır", - deyə o əlavə edib.
T.Rzayev qeyd edib ki, iqtisadi
müstəqilliyini təmin
edən dövlətimiz
müstəqil xarici siyasət aparmaq imkanlarına da yiyələnib. Məhz bunun nəticəsidir ki, bu gün
Qarabağın və
Şərqi Zəngəzurun
bərpa edilməsi, qurulması, abadlaşdırılması
insanların sosial rifah halının yaxşılaşdırılması, mühüm layihələrin
həyata keçirilməsi
istiqamətində əsaslı
tədbirlərin görülməsi
mümkün olub. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bu məsələlərin, görülən
möhtəşəm işlərin
vacibliyini qeyd etdiyi kimi, müşavirədəki
çıxışında da ölkəmizin hərbi potensialının
gücləndirilməsinə, təhlükəsizliyin təmin
edilməsinə, dövlət
sərhədlərinin qorunmasına,
hərbi sənaye kompleksinin inkişafına,
Qarabağ və Şərqi Zəngəzurun
bərpa edilməsinə
böyük önəm
verdiyini bildirərək,
sosialyönümlü məsələlərlə,
sosial infrastrukturla bağlı olan layihələrin Dövlət
İnvestisiya Proqramında
öz əksini tapacağını qeyd edib.
T.Rzayev
vurğulayıb ki, əldə olunan uğurlar nəticəsində
Azərbaycanın iqtisadi inkişaf modeli dünyada
özünü təsdiqləyib: "İlin əvvəlindən
iqtisadi inkişafın gözlənilən səviyyədə
olması, proqnozların reallaşması, dayanıqlı
inkişaf modelinin təkmilləşdirilməsi sahəsində
səmərəli tədbirlərin həyata keçirilməsi,
sağlam müzakirələr aparılması, lazımi qərarlar
qəbul edilməsi iqtisadi inkişafı sürətləndirib
və bundan sonra da irəliləməsinə zəmin
yaradıb. Bu inkişaf
aqrar sektorda da özünü göstərməkdədir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il 4,3 faiz çox,
81,0 milyard manatlıq ümumi daxili məhsul istehsal edilməsi, eləcə də kənd təsərrüfatının ümumi
məhsulunun 0,8 faiz, o
cümlədən heyvandarlıq
məhsulları istehsalının
1,3 faiz, bitkiçilik
məhsulları istehsalının
0,3 faiz artımı ilin uğurlu nəticəsi sayılmalıdır,
hələ ilin yekununda bu rəqəmlərin
artımı gözlənilir".
O qeyd edib ki,
Prezident İlham Əliyevin iqtisadi məsələlərə
həsr olunmuş müşavirədə söylədiyi
fikirlər, qarşıya qoyduğu vəzifələr ilk
növbədə xalqımızın milli maraqlarına xidmət
edir, inkişafımızı əsaslandırır. Bu, xoşbəxt həyatımızın təmin
olunmasına istiqamətlənməklə,
əmin-amanlığa, əməkdaşlığa,
birliyə yollar açır. Bu yollar dövlət rəhbərinin düşünülmüş
siyasətindən, insanlığa
qayğısından, müstəqilliyimizin
və suverenliyimizin qorunması sahəsində
apardığı mübarizədən,
sülhə, demokratiyaya,
insan haqlarına, haqq-ədalətə, hörmət
və ehtiramdan keçir.
Bu yol
qürurvericidir, uğurludur və onu davam etdirmək gələcəyimizə
yeni töhfələr verəcək, uğurlar qazandıracaq.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
29 sentyabr (№213).- S.4.