Gələn
il əməkhaqqı
və sosial ödənişlərdə gözlənilən
artımlardan 2 milyondan
artıq vətəndaş
bəhrələnəcək
Azərbaycan dövlətinin
apardığı sosial-iqtisadi
siyasətdə vətəndaşların
rifahının yaxşılaşdırılmasının
əsas hədəf olması yeni fakt deyil. İndiyədək
bu istiqamətdə görülən tədbirlərin,
qəbul və icra edilən sənədlərin ölkəmizdə
vətəndaşın sosial
güvənliyinin təminatına
olan münasibətin həssaslığını sübut
edir.
Bu baxımdan sentyabrın 26-da keçirilən iqtisadi
müşavirədə dövlət
başçısının gələn il də əhalinin sosial müdafiəsinin yaxşılaşdırılacağını
bəyan etməsi gözlənilən idi:
"Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı
və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir,
baxmayaraq ki, ölkə qarşısında
duran vəzifələr
böyük maliyyə
vəsaiti tələb
edir, ilk növbədə hərbi,
hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun
bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan
vətəndaşlarımızın da rifah halının
yaxşılaşdırılması üçün əlimizdən
gələni edirik".
Sentyabrın
24-də isə Nazirlər
Kabinetində növbəti
ilin dövlət büdcəsinin və icmal büdcəsinin layihələri müzakirə
olunmuşdir. Həmin
tədbirdə 2025-ci ilin
dövlət büdcəsi
və icmal büdcəsinin layihələri
ilə yanaşı, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, gələn
il və sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası, həmçinin proqnoz göstəriciləri ətraflı
təhlil edilmişdir.
Baş nazir Əli Əsədov da müzakirə zamanı sosial sahəyə xüsusi diqqət çəkmişdir.
Bildirmişdir ki,
2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən
biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə,
qazilərə diqqət
və qayğı dövlət siyasətinin
prioritetləri sırasında
qalmağa davam edəcək. Bütövlükdə
bütün istiqamətlər
üzrə sosialyönlü
xərclər dövlət
büdcəsi xərclərinin
43 faizini təşkil
edəcək. Gələn
il əməkhaqqı
və sosial ödənişlərdə gözlənilən artımlardan
2 milyondan artıq vətəndaş bəhrələnəcək.
Müasir innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının
yaxşılaşdırılması üçün növbəti
ilin dövlət büdcəsindən daha böyük vəsait ayrılacaq.
Prezident İlham
Əliyev 7-ci çağırış
Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclasındakı nitqində dövlətin sosial sahədə gördüyü bu işlərə qiymət
verərək demişdir:
"Əlbəttə, bizim
gələcək planlarımızı
həll etmək, o cümlədən vətəndaşların
sosial rifahını yaxşılaşdırmaq üçün
iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana
dörd sosial islahatlar paketi həyata keçirmişik.
Bu sosial
islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı
əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı
2,7 dəfə, minimum pensiya
2,5 dəfə artmışdır.
Onu da bildirməliyəm, artıq
göstəriş verildi
ki, gələn ildən
minimum əməkhaqqı və
minimum pensiya yenə də artırılacaqdır".
Artım isə elə bu il də kifayət qədər yüksəkdir.
Dövlət Statistika
Komitəsinin məlumatına
görə, cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin
orta nominal əməkhaqqı
ötən ilin müvafiq dövrünə
nisbətən 8,3 faiz
artaraq 1002,4 manat olmuşdur.
Əməkhaqqı neft-qaz
sektorunda 3782,9, qeyri-neft-qaz
sektorunda 950,6 manata çatmışdır. Həmin
dövr dövlət müəssisələrində çalışan işçilərin
əməkhaqqı 958,7, özəl
müəssisələrdə isə 1048,5 manat olmuşdur.
Ümumilikdə vətəndaşların
nominal gəlirlərinə gəldikdə, cari ilin yanvar-avqust aylarında bu göstərici keçən
ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz
artaraq 53 milyard 947,2 milyon manat olmuşdur.
Rüstəm
KAMAL,
Azərbaycan.-2024.-
29 sentyabr (№213).- S.13.