"Dövlət informasiya ehtiyatlarının sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. "Dövlət informasiya ehtiyatlarının sistemlərinin Nümunəvi Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. Mərkəzi yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər digər büdcə təşkilatları:

2.1. dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəliliyinin şəffaflığının yüksəldilməsi məqsədilə göstərdikləri xidmətlərin daxili idarəetmə proseslərinin (kadrların idarə olunması, maliyyə-uçot mühasibat, təchizat təminat) rəqəmsallaşdırılmasını təmin etsinlər;

2.2. sahibi ( ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının sistemlərinin qiymətləndirilməsinə, eləcə monitorinqlərin (auditlərin) aparılmasına şərait yaratsınlar onların nəticələri əsasında aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görsünlər;

2.3. sahibi ( ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının sistemlərinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin elektron xidmətlərin vahid reyestrində, fərdi məlumatların dövlət informasiya sistemlərinin isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını altı ay müddətində təmin etsinlər.

3. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, inzibati orqanlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin ya məlumatların siyahısının xidmət göstərdikləri binalarda müvafiq məlumat lövhələrində rəsmi internet səhifələrində yerləşdirilməsini mütəmadi yenilənməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. "Dövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:

5.1.  aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

"3-1. Azərbaycan Respublikasının Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

3-1.1. dövlət informasiya ehtiyatlarını sistemlərini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin;

3-1.2. dövlət informasiya ehtiyatlarının sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqini ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirsin;

3-1.3. dövlət informasiya ehtiyatları sistemləri istismara verilməzdən əvvəl onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy versin;

3-1.4. sahibi operatoru ilə birlikdə dövlət informasiya ehtiyatlarının sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

3-1.5. Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) "Hökumət buludu"nun informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara inteqrasiya edilən miqrasiya olunan dövlət informasiya ehtiyatlarının sistemlərinin sahibləri, operatorları, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi ilə birgə zəruri tədbirlər görsün.";

5.2. həmin Fərmanla təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları" üzrə:

5.2.1.  1-ci hissə üzrə:

5.2.1.1.  1.2.1-ci yarımbəndə "publik hüquqi şəxslər" sözlərindən sonra " digər büdcə təşkilatları" sözləri əlavə edilsin;

5.2.1.2. aşağıdakı məzmunda 1.2.2-1-ci 1.2.14-1-ci yarımbəndlər əlavə edilsin:

"1.2.2-1. dövlət informasiya sisteminin altsistemi - vahid interfeys əsasında dövlət informasiya sisteminin bir-biri ilə əlaqəli olan bir sıra funksionallıqlarının həyata keçirilməsini təmin edən, proqram təminatı texnoloji avadanlıqların məcmusu olan struktur hissə;";

"1.2.14-1. elektron kabinet - dövlət informasiya ehtiyatının sistemininin istifadəçisini Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, onun özü barəsində məlumatlarla tanış olmasını, onları əldə etməsini dəyişdirilməsi üçün müraciət etməsini, habelə digər müraciətlərini elektron formada göndərməsini, elektron xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini (ödəniş xidməti təchizatçıları vasitəsilə), həmçinin dövlət informasiya ehtiyatının sisteminin sahibi, operatoru, iştirakçıları digər istifadəçiləri ilə qarşılıqlı əlaqəsini, eləcə dövlət informasiya ehtiyatı sistemi iştirakçısının Vahid Giriş Sistemi vasitəsilə identikləşdirilməklə dövlət informasiya ehtiyatının sisteminin sahibi operatoru ilə qarşılıqlı sənəd (məlumat) mübadiləsini təmin edən fərdi elektron səhifə;";

5.2.1.3. 1.5-ci bənddə "həmin sahəni" sözləri ", habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri" sözləri ilə əvəz edilsin;

5.2.2. 2-ci hissə üzrə:

5.2.2.1.  2.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 2.1.9-2.1.12-ci yarımbəndlər əlavə edilsin:

"2.1.9. istifadə rahatlığı - istifadənin informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.1.10. funksionallıq davamlı inkişaf - dövlət informasiya ehtiyatının sisteminin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə etməklə həmin informasiya ehtiyatının sisteminin daim təkmilləşdirilməsi;

2.1.11. operativlik - xidmət göstərilməsinin, informasiyanın əldə olunması mübadiləsinin avtomatlaşdırılmış qaydada sürətli şəkildə həyata keçirilməsi;

2.1.12. şəffaflıq - dövlət informasiya ehtiyatının sisteminin fəaliyyətində xidmət göstərilməsində aşkarlığın hesabatlılığın təmin edilməsi.";

5.2.2.2.  2.5.1-ci yarımbəndə "adı" sözündən sonra "(müvafiq olaraq informasiya ehtiyatı ya informasiya sistemi olması göstərilməklə)" sözləri əlavə edilsin;

5.2.3.  3.3-cü bəndə 3.5.2-ci (hər iki halda) yarımbəndə "gücləndirilmiş" sözündən əvvəl "təkmil sertifikatlı" sözləri əlavə edilsin;

5.2.4. 5.10-cu bəndin ikinci cümləsinə "Reyestrə" sözündən sonra ", fərdi məlumatların işlənildiyi mühafizə edildiyi dövlət informasiya ehtiyatına münasibətdə isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə" sözləri əlavə edilsin;

5.2.5.  6-cı hissə üzrə:

5.2.5.1.  6.0.4-cü yarımbəndə "əməkdaşlarını" sözündən sonra "təkmil sertifikatlı" sözləri əlavə edilsin;

5.2.5.2. 6.0.5-ci yarımbəndə "məlumatları" sözündən sonra "(sənədləri)" sözü əlavə edilsin;

5.2.5.3.  6.0.6-cı 6.0.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"6.0.6. dövlət informasiya ehtiyatına sisteminə daxil edilmiş ( ya) ötürülmüş məlumatların mühafizəsini, habelə daxil edilmiş məlumatların aktuallığını, etibarlılığını, təhrifolunmazlığını, əlçatanlığını, tamlığını konfidensiallığını təmin etmək üçün tədbirlər görmək;";

"6.0.12. dövlət informasiya ehtiyatının sisteminin təşkili fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Əlaqələndirici quruma zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya ehtiyatına sisteminə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) test etmə imkanlarını təmin etmək;";

5.2.5.4. aşağıdakı məzmunda 6.0.6-1-ci yarımbənd əlavə edilsin:

"6.0.6-1. dövlət informasiya ehtiyatı və sistemi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini, o cümlədən kibertəhlükəsizliyini aidiyyəti dövlət qurumları ilə birgə təmin etmək;".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2024-cü il

Azərbaycan.-2024.- 29 sentyabr (№213).- S.2.