Dövlət
informasiya ehtiyatlarının və sistemlərinin
NÜMUNƏVİ ƏSASNAMƏSİ
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il 28 sentyabr tarixli Fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu
Nümunəvi Əsasnamə əsas və
yardımçı dövlət informasiya ehtiyatlarının
və sistemlərinin (bundan sonra - dövlət informasiya
ehtiyatları və sistemləri) fəaliyyətinin hüquqi,
təşkilati və texnoloji əsaslarını müəyyən
edir.
1.2. Dövlət
informasiya ehtiyatları və sistemləri rəqəmsal
texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya
texnologiyalarından istifadə yolu ilə mərkəzi və
yerli icra hakimiyyəti orqanlarının, dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə məxsus olan
hüquqi şəxslərin, dövlət adından
yaradılan publik hüquqi şəxslərin və digər
büdcə təşkilatlarının, həmçinin yerli
özünüidarəetmə orqanlarının (bundan sonra -
qurumlar) fəaliyyətinin, habelə digər fiziki və
hüquqi şəxslərlə əlaqələrinin
operativliyini, səmərəliliyini, şəffaflığını,
eləcə də göstərilən xidmətlərin, həmin
informasiya ehtiyatlarında və sistemlərində saxlanılan
məlumatların sistemliliyini və əlçatanlığını
təmin edir.
1.3. Dövlət
informasiya ehtiyatlarının və sistemlərinin
formalaşdırılmasının məqsədi dövlət
idarəetməsinin optimallaşdırılmasından, eləcə
də müvafiq sahə üzrə təhlil
aparılmasından, proqnoz və hesabatların
hazırlanmasından və göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
1.4. Dövlət
informasiya ehtiyatlarında və sistemlərində yaradılan,
əldə edilən, toplanılan informasiya və elektron sənədlər
Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi
məlumatların dövlət informasiya ehtiyatlarında və
sistemlərində toplanılmasının və işlənilməsinin
məqsədi bu Nümunəvi Əsasnamənin 1.2-ci bəndində
qeyd olunanları təmin etməkdir. Fərdi
məlumatların dövlət
informasiya ehtiyatlarında
və sistemlərində
toplanılması, işlənilməsi
və mühafizəsi
"Fərdi məlumatlar
haqqında" Azərbaycan
Respublikasının Qanununa
və Azərbaycan Respublikasının digər
normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. Dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyətinin
təşkili, idarə
olunması və təkmilləşdirilməsi ilə
bağlı xərclər
dövlət büdcəsi
və qanunla qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdirilir.
1.7. Dövlət informasiya
ehtiyatları və sistemləri Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
Qaydaları"nın (bundan
sonra - Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır
və fəaliyyət
göstərir.
1.8. Bu Nümunəvi
Əsasnamə əldə
edilməsi məhdudlaşdırılmış
informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə
kritik informasiya infrastrukturu obyektlərinə
həmin sahələri
tənzimləyən normativ
hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.9. Bu Nümunəvi
Əsasnamədə istifadə
olunan anlayışlar
"İnformasiya, informasiyalaşdırma
və informasiyanın
mühafizəsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda, Qaydalarda, həmçinin Azərbaycan
Respublikasının digər
normativ hüquqi aktlarında müəyyən
edilmiş mənaları
ifadə edir.
2. Dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin texniki-texnoloji
infrastrukturu
2.1. Dövlət
informasiya ehtiyatlarının
və sistemlərinin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas
komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları
və kanalları;
2.1.3. informasiya ehtiyatı
və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr
və proqram təminatı vətəndaş
və biznes yönümlü həllər
əsasında "Mobil Prioritetli
Tərtibat" prinsipi
ilə qurularaq, dövlət informasiya ehtiyatlarının və sistemlərinin funksiyalarının
həyata keçirilməsini,
fəaliyyətinin etibarlılığını
və təhlükəsizliyini,
habelə həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadəni və məlumat mübadiləsini
təmin edir.
2.3. Dövlət informasiya
ehtiyatları və sistemləri fəaliyyətinin
etibarlılığını və təhlükəsizliyini,
operativ və keyfiyyətli xidmətlər
göstərilməsini, habelə
məlumat mübadiləsini
təmin edən dayanıqlı, mühafizəli,
yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Qurulma topologiyasına
uyğun olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin telekommunikasiya
qurğuları və
kanalları iki səviyyədə təşkil
edilir:
2.4.1. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyətinin
təşkili üçün
müvafiq qurumdaxili telekommunikasiya qurğuları
və kanalları həmin dövlət qurumunun struktur bölmələri tərəfindən;
2.4.2. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin digər
dövlət informasiya
ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin
təşkili üçün
istifadə edilən telekommunikasiya qurğuları
və kanalları Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti (bundan sonra - XRİTDX) tərəfindən.
2.5. Dövlət informasiya
ehtiyatlarında və
sistemlərində formalaşdırılan,
həmin informasiya ehtiyatlarına və sistemlərinə daxil edilən və ötürülən məlumatlar
dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin informasiya
ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli dövlət informasiya ehtiyatlarının
və sistemlərinin informasiya ehtiyatının
formalaşdırılmasını və idarə edilməsini, o cümlədən
həmin informasiya ehtiyatından istifadəni
təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin
təmin edilməsi məqsədilə dövlət
informasiya ehtiyatları
və sistemləri, o cümlədən həmin
informasiya ehtiyatlarında
və sistemlərində
toplanılan məlumatların
ehtiyat nüsxələri
"Hökumət buludu"nda
saxlanılır.
2.8. Dövlət informasiya
ehtiyatlarında və
sistemlərində aparılan
dəyişikliklərin yoxlanılması
istismaraqədərki formalaşma
mühitlərində həyata
keçirilir.
3. Dövlət informasiya
sisteminin altsistemləri
3.1. Dövlət informasiya
sisteminin strukturunda altsistemlər olduğu təqdirdə həmin informasiya sisteminin hansı altsistemlərdən
ibarət olması göstərilir.
3.2. Dövlət informasiya
sisteminin altsistemləri
təyinatı üzrə
müvafiq sahədə
idarəetmənin təmin
edilməsi üçün
zəruri olan məlumatların toplanılmasını
və emalını, dövlət informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyasını,
monitorinq və təhlil aparılmasını,
proqnozlar hazırlanmasını
və müvafiq sahədə mərkəzləşdirilmiş
elektron xidmətlər
göstərilməsini təmin
edir.
4. Dövlət informasiya
ehtiyatlarına və
sistemlərinə daxil
edilən və
ötürülən məlumatlar
4.1. Dövlət informasiya
ehtiyatlarına və sistemlərinə daxil edilən və ötürülən (sahib
və ya operatorun normativ hüquqi aktlarla müəyyən edilən
hüquqlarının həyata
keçirilməsi, vəzifələrinin
icrası, habelə dövlət xidmətlərini
göstərməsi zamanı
tələb olunan) məlumatların tərkibi
Azərbaycan Respublikasının
normativ hüquqi aktları ilə müəyyən olunur. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə daxil edilən və ötürülən məlumatlar
həmin informasiya ehtiyatlarının və sistemlərinin əsasnaməsində
ayrılıqda qeyd edilir.
4.2. Dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin digər
dövlət informasiya
ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin
təşkili Qaydalara
uyğun olaraq həyata keçirilir.
4.3. Dövlət informasiya
ehtiyatları və sistemləri ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar)
həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti
qurumlar tərəfindən
təkmil sertifikatlı
gücləndirilmiş elektron
imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə
daxil edilir.
4.4. Dövlət informasiya
ehtiyatlarında və
sistemlərində formalaşdırılan
sənədlər "Elektron
imza və elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş tələblərə
uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.
5. Dövlət informasiya
ehtiyatlarından və
sistemlərindən istifadə
qaydası
5.1. Dövlət informasiya
ehtiyatlarına və sistemlərinə malik olan qurumların digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə
və "Fərdi məlumatlar haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya
Sisteminə (bundan sonra - EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin
həyata keçirilməsi
yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya
ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin
dövlət informasiya
ehtiyatlarından və
sistemlərindən istifadəsi
onların elektron kabinetləri vasitəsilə
təmin edilir. Bu halda qurumların
və digər hüquqi şəxslərin
rəhbər şəxsi
tərəfindən dövlət
informasiya ehtiyatlarında
və sistemlərində
qeydiyyatdan keçirilən
və müvafiq hüquqlar verilən məsul şəxslər
Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra
avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edirlər.
5.3. Fiziki şəxslər
Vahid Giriş Sistemi vasitəsilə dövlət informasiya ehtiyatlarında və sistemlərində identikləşdirildikdən
sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq həmin
informasiya ehtiyatlarından
və sistemlərindən
istifadə edirlər.
5.4. Dövlət informasiya
sistemləri vasitəsilə
göstərilən elektron
xidmətlərdən istifadə
həmin informasiya sistemlərinin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid
verilməklə) və
EHİS vasitəsilə, ödəniş
edilməsi isə elektron kabinetdə ödəniş xidməti
təchizatçıları vasitəsilə həyata keçirilir.
5.5. Dövlət informasiya
sistemləri vasitəsilə
təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq,
virtual köməkçi
və digər) istifadəçilərin dövlət
informasiya sistemlərinin
fəaliyyətində iştirakını
və onlardan istifadəsini, habelə elektron xidmətlərdən
yararlanmasını təmin
edir. Elektron xidmətlər istifadəçi
təcrübəsi və
istifadəçi yönümlülüyü
nəzərə alınmaqla,
xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri
və hüquqları
6.1. Dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyətini
təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin idarə
olunmasını təşkil
etmək, təkmilləşdirilməsi
və funksional imkanlarının artırılması
istiqamətində tədbirlər
görmək;
6.1.2. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin dövlət
informasiya ehtiyatlarının,
sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi
məlumatların toplanıldığı,
işlənildiyi və
mühafizə edildiyi
("Fərdi məlumatlar
haqqında" Azərbaycan
Respublikası Qanununun
3.2-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların
informasiya sistemlərinin
dövlət reyestrinə
daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi
üçün tədbirlər
görmək;
6.1.3. fərdi məlumatların
informasiya ehtiyatlarının
və sistemlərinin,
həmçinin fərdi
məlumatların dövlət
informasiya ehtiyatlarında
və sistemlərində
toplanılmasının, işlənilməsinin
və mühafizəsinin
bu sahədə Azərbaycan Respublikasının
normativ hüquqi aktlarının tələblərinə
uyğunluğunun təmin
edilməsi üçün
tədbirlər görmək;
6.1.4. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin təşkili
və fəaliyyəti
üzrə qiymətləndirmə
aparmaq üçün
Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinə (bundan sonra - Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən
normativ hüquqi aktların tələblərinə
uyğun olmasına nəzarət etmək məqsədilə dövlət
informasiya ehtiyatlarına
və sistemlərinə
çıxış, habelə
onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış)
və testetmə imkanlarını təmin etmək;
6.1.5. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin informasiya
təhlükəsizliyini XRİTDX və operator ilə, kritik informasiya infrastrukturunun obyekti hesab edilən
dövlət informasiya
ehtiyatlarına və sistemlərinə münasibətdə
həmçinin Azərbaycan
Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
(bundan sonra - DTX) ilə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə
isə habelə Nazirliklə birlikdə təmin etmək;
6.1.6. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin informasiya
təhlükəsizliyi məqsədilə
mövcud və yarana biləcək təhlükələr və
ya baş vermiş təhlükəsizlik
insidentləri aşkar
edildikdə, bu barədə məlumatları
dərhal DTX-yə (kritik informasiya infrastrukturu obyektlərinə
münasibətdə), XRİTDX-yə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə
isə həmçinin
Nazirliyə təqdim etmək, habelə DTX,
XRİTDX və Nazirlik
tərəfindən bu
barədə sorğular
verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq
cavablandırmaq;
6.1.7. dövlət informasiya
ehtiyatlarına və sistemlərinə daxil edilmiş və (və ya) ötürülmüş
məlumatların mühafizəsinin,
habelə daxil edilmiş məlumatların
aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və
konfidensiallığının təmin edilməsiilə bağlı tədbirlər
görmək;
6.1.8. dövlət informasiya
ehtiyatlarına və sistemlərinə qarşı
müdaxilə cəhdləri
aşkar etdikdə, bubarədə məlumatları
dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.9. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin, o cümlədən
onların ehtiyat nüsxələrinin "Hökumət
buludu"nda saxlanılmasının
və aparılmasının
təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər
görmək;
6.1.10. elektron xidmətlərin
"bir pəncərə"
prinsipi əsasında
EHİS vasitəsilə göstərilməsini
təmin etmək;
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi
əsasında onlar barəsində məlumatlarda
aparılan düzəlişləri
təsdiq və ya rədd etmək;
6.1.12. dövlət informasiya
ehtiyatlarına və sistemlərinə çıxışı
olan, habelə onların aparılmasında
iştirak edən əməkdaşlarını təkmil
sertifikatlıgücləndirilmiş elektron imza ilə
təmin etmək;
6.1.13. aidiyyəti qurumların
dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyəti
ilə bağlı sorğularını vaxtında
və hərtərəfli
cavablandırmaq, habelə
qeyd edilən sorğular əsasında zəruri məlumatları
(sənədləri) onlara
təqdim etmək;
6.1.14. dövlət xidmətləri
göstərilməsi üçün
tələb edilən
sənədlər barədə
informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər
görmək;
6.1.15. normativ hüquqi
aktlarla müəyyən
edilmiş hüquqlarının
həyata keçirilməsi
və vəzifələrinin
icrası zamanı əldə etdiyi zəruri məlumatları
(sənədləri) dövlət
informasiya ehtiyatlarına
və sistemlərinə
daxil etmək;
6.1.16. dövlət informasiya
ehtiyatlarından və
sistemlərindən sərbəst
və maneəsiz istifadənin, habelə onların dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin
olunmasına nəzarət
etmək;
6.1.17. dövlət informasiya
ehtiyatlarında və
sistemlərində dəyişikliklər
edilməsi üçün
operatora göstərişlər
vermək və onların həyata keçirilməsinə nəzarət
etmək;
6.1.18. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
işlərinin layihələrə,
texniki reqlamentlərə,
beynəlxalq standartlara
və normativ hüquqi aktlarla müəyyən edilmiş
tələblərə uyğun
formada aparılmasına
nəzarət etmək;
6.1.19. normativ hüquqi
aktlarla müəyyən
edilmiş digər vəzifələri yerinə
yetirmək.
6.2. Dövlət
informasiya ehtiyatlarının
və sistemlərinin fəaliyyətini təmin
etmək üçün
sahibin aşağıdakı
hüquqları vardır:
6.2.1. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin formalaşdırılması,
istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni
və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə
Azərbaycan Respublikasının
və xarici dövlətlərin aidiyyəti
dövlət orqanları
(qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. dövlət informasiya
ehtiyatlarından və
sistemlərindən istifadə
və onların funksiyaları ilə bağlı maarifləndirmə
və məlumatlandırma
işləri aparmaq;
6.2.3. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyətinin
təmin olunması ilə bağlı zəruri məlumatları
(sənədləri) əldə
etmək üçün
aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri)
almaq;
6.2.4. normativ hüquqi
aktlarla müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
7.Operatorun vəzifələri və hüquqları
7.1. Operatorun vəzifələri
aşağıdakılardır:
7.1.1. dövlət informasiya
ehtiyatlarının və
sistemlərininin formasiya
təhlükəsizliyini XRİTDX və sahiblə, kritik informasiya infrastrukturunun obyekti hesab edilən dövlət informasiya ehtiyatlarına və sistemlərinə münasibətdə
həmçinin DTX ilə,
EHİS-in və "Hökumət buludu"nun
informasiya təhlükəsizliyinə
münasibətdə isə
habelə Nazirliklə
birlikdə təmin etmək;
7.1.2. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin informasiya
təhlükəsizliyi məqsədilə
mövcud və yarana biləcək təhlükələr və
ya baş vermiş təhlükəsizlik
insidentləri aşkar
edildikdə, bu barədə məlumatları
dərhal DTX-yə (kritik informasiya infrastrukturu obyektlərinə
münasibətdə), XRİTDX-yə, EHİS-in və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinə münasibətdə
isə həmçinin
Nazirliyə təqdim etmək, habelə DTX,
XRİTDX və Nazirlik
tərəfindən bu
barədə sorğular
verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq
cavablandırmaq;
7.1.3. dövlət informasiya
ehtiyatlarına və sistemlərinə qarşı
müdaxilə cəhdləri
aşkar etdikdə, bu barədə məlumatları dərhal
aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin, o cümlədən
onların ehtiyat nüsxələrinin "Hökumət
buludu"ndasaxlanılmasının və aparılmasının
təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər
görmək;
7.1.5. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin təhlükəsizliyi
pozulduqda, fəaliyyətində
nasazlıq yarandıqda,
əsas avadanlıqlarında
hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq,
nasazlığın və
qəzanın (xətanın)
qeydiyyatını aparmaq,
dərhal aradan qaldırılması üçün
sahibin verdiyi göstərişlərə uyğun
təcili tədbirlər
görmək, bu mümkün olmadıqda isə həmin informasiya ehtiyatlarının
və sistemlərinin
"Hökumət buludu"nun
ehtiyat Data Mərkəzində
fəaliyyətini davam
etdirməsi üçün
Nazirliklə birlikdə
zəruri tədbirlər
görmək;
7.1.6. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyətinin
idarə olunması, təkmilləşdirilməsi və
onun funksional imkanlarının artırılması
istiqamətində sahiblə
razılaşdırmaqla, texniki
tədbirlər görmək
və bu barədə həmin informasiya ehtiyatlarının
və sistemlərinin fəaliyyətində iştirak
edən aidiyyəti dövlət qurumlarını
məlumatlandırmaq;
7.1.7. dövlət informasiya
ehtiyatlarından və
sistemlərindən sərbəst
və maneəsiz istifadəni, onların dayanıqlı və fasiləsiz fəaliyyətini
təmin etmək məqsədilə dövlət
informasiya ehtiyatlarının
və sistemlərinin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil
etmək;
7.1.8. normativ hüquqi
aktlarla müəyyən
edilmiş hüquqlarının
həyata keçirilməsi
və vəzifələrinin
icrası zamanı əldə etdiyi zəruri məlumatları
(sənədləri) dövlət
informasiya ehtiyatlarına
və sistemlərinə
daxil etmək;
7.1.9. dövlət informasiya
ehtiyatlarını və
sistemlərini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə
həyata keçirmək;
7.1.10. dövlət informasiya
ehtiyatlarına və sistemlərinə çıxışı
olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil
sertifikatlıgücləndirilmiş elektron imza ilə
təmin etmək;
7.1.11. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin komponentlərinin
və proqram təminatının təyinatı
üzrə istismarını,
texniki xidmətini, təmirini və yenilənməsini təmin
etmək, təkmilləşdirilməsi
üzrə profilaktik iş aparmaq;
7.1.12. Nazirliyinvə sahibin bu Nümunəvi
Əsasnamə ilə
və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq verdikləri təkliflər əsasında
dövlət informasiya
ehtiyatlarında və
sistemlərində dəyişikliklər
edilməsi üçün
tədbirlər görmək;
7.1.13. sahibin göstərişi
ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə
əsasən proqram təminatında uyğunlaşdırmalar
aparılmasını, eləcə
də yeni proqram modullarının yazılmasını və
sınaqlar keçirilməsini
təmin etmək;
7.1.14. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və ya arxivləşdirilməsi ilə
bağlı sənədləri
və texniki məlumatları sahibə
və Nazirliyə təqdim etmək;
7.1.15. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
işlərini layihələrə,
texniki reqlamentlərə,
beynəlxalq standartlara
və normativ hüquqi aktlarla müəyyən edilmiş
tələblərə uyğun
formada aparmaq;
7.1.16. dövlət informasiya
sistemlərindən istifadəni,
habelə onlar üzərindən göstərilən
elektron xidmətlərin
əlçatanlığını təmin etmək üçün formalaşdırılan
mobil tətbiqi elektron marketlərdə yerləşdirmək (mobil
tətbiq olduğu halda);
7.1.17. aidiyyəti qurumların
dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyəti
ilə bağlı sorğularını vaxtında
və hərtərəfli
cavablandırmaq, habelə
qeyd edilən sorğular əsasında zəruri məlumatları
(sənədləri) onlara
təqdim etmək;
7.1.18. normativ hüquqi
aktlarla müəyyən
edilmiş digər vəzifələri yerinə
yetirmək.
Ardı 3-cü səh.
Əvvəli 2-ci səh.
7.2. Operatorun aşağıdakı
hüquqları vardır:
7.2.1. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyətinin
təmin olunması ilə bağlı zəruri məlumatları
(sənədləri) əldə
etmək üçün
aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri)
almaq;
7.2.2. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin təkmilləşdirilməsi
istiqamətində rəy
və təkliflər
vermək;
7.2.3. dövlət informasiya
ehtiyatları və sistemləri ilə məlumat mübadiləsində
iştirak edəcək
digər informasiya ehtiyatları və sistemləri müəyyən
edilmiş texniki və funksional tələblərə cavab
vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi
məqsədilə məsələ
qaldırmaq;
7.2.4. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin parametrlərində
sahiblə razılaşdırmaqla
dəyişiklik etmək
və bütün mümkün parametrlər
üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər
dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin təhlükəsiz
və effektiv fəaliyyətinin pozulmasına
səbəb olan əməllərə yol verdikdə,informasiya ehtiyatlarına və sistemlərinə giriş
imkanını sahiblə
razılaşdırmaqla ləğv
etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi
aktlarla müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
8. İştirakçıların
vəzifələri və
hüquqları
8.1. İştirakçıların
vəzifələri aşağıdakılardır:
8.1.1. dövlət informasiya
ehtiyatlarına və sistemlərinə çıxışı
olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil
sertifikatlı gücləndirilmiş
elektron imza ilə təmin etmək;
8.1.2. dövlət informasiya
ehtiyatlarına və sistemlərinə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini)
təmin etmək;
8.1.3. aktual, tam
və etibarlı məlumatları (sənədləri)
vaxtında və dolğun şəkildə
dövlət informasiya
ehtiyatlarına və sistemlərinə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin
edən avadanlıq və proqram vasitələrinə müdaxilə
etməmək;
8.1.5. dövlət informasiya
ehtiyatlarından və
sistemlərindən, habelə
həmin informasiya ehtiyatlarında və sistemlərində olan məlumatlardan (sənədlərdən)
yalnız xidməti məqsədlər üçün
istifadə etmək;
8.1.6. dövlət informasiya
ehtiyatlarında və
sistemlərində saxlanılan
məlumatlarda (sənədlərdə)
aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə
dərhal sahibə və ya operatora
məlumat vermək;
8.1.7. sahibin və
operatorun dövlət
informasiya ehtiyatlarına
və sistemlərinə
daxil etdiyi və iştirakçının
bilavasitə fəaliyyəti
ilə bağlı olan yeni məlumatları
izləmək;
8.1.8. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyətinə
zərər gətirəcək,
habelə onların fəaliyyətinin ləngiməsinə
və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol
verməmək;
8.1.9. məlumat mübadiləsi
zamanı aşkar olunmuş çatışmazlıqların
və yaranan nasazlıqların aradan qaldırılması ilə
bağlı tədbirlər
görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri,
habelə Nazirliyin və sahibinbu Nümunəvi Əsasnamə
ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş
fəaliyyət istiqamətlərinə
uyğun olaraq verdikləri təkliflər
əsasında sahibi və ya operatoru
olduğu dövlət
informasiya ehtiyatlarında
və sistemlərində
zəruri dəyişikliklər
etmək.
8.2. İştirakçıların
aşağıdakı hüquqları
vardır:
8.2.1. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyəti
ilə bağlı zəruri məlumatları
(sənədləri) əldə
etmək üçün
sahibə və ya operatora sorğu
vermək və onlardan belə məlumatları (sənədləri)
almaq;
8.2.2. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin təkmilləşdirilməsi
istiqamətində sahibə
və ya operatora təkliflər vermək.
9. İstifadəçilərin hüquqları
9.1. İstifadəçilərin dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadə
ilə bağlı aşağıdakı hüquqları
vardır:
9.1.1. dövlət informasiya
ehtiyatlarındakı və
sistemlərindəki açıq
məlumatlarla tanış
olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, özləri barəsində
məlumatlarla tanış
olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi
üçün sahib
və ya operatora müraciət etmək;
9.1.3. elektron kabinetləri
üzərindən müraciətlərini
göndərmək, elektron
xidmətlərdən istifadə
etmək və ödənişləri həyata
keçirmək;
9.1.4. sahiblə,
operatorla, iştirakçılarla
və digər istifadəçilərlə qarşılıqlı
əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin fəaliyyətinin
təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. dövlət informasiya
ehtiyatlarından və
sistemlərindən istifadə
ilə bağlı hüquqlarının pozulmasından
inzibati qaydada və (və ya) məhkəməyə
şikayət etmək;
9.1.7. normativ hüquqi
aktlarla müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
Azərbaycan.-2024.-
29 sentyabr (№213).- S.2.