"Xüsusi,
hərbi, diplomatik rütbələrin və
ixtisas dərəcələrinin
qarşılıqlı uyğunlaşdırılması
Qaydası"nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Dövlət qulluğu
haqqında" Azərbaycan
Respublikasının Qanununda
və Azərbaycan Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Xüsusi, hərbi,
diplomatik rütbələrin
və ixtisas dərəcələrinin qarşılıqlı
uyğunlaşdırılması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Xüsusi, hərbi
və diplomatik rütbələrin ixtisas
dərəcələri ilə
qarşılıqlı uyğunlaşdırılması
Qaydası"nın təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 21
iyun tarixli 1371 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, № 6 (I kitab), maddə
586 (Cild I) ləğv
edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 sentyabr 2024-cü il
Azərbaycan.-2024.- 29 sentyabr
(№213).- S.3.