"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. torpaqların kateqoriyalara
aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının
dəyişdirilməsi ilə
bağlı müraciətlərə
baxılmanın elektronlaşdırılmasını
təmin etmək məqsədilə üç
ay müddətində
zəruri tədbirlər
görsün;
2.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
3. Bu Fərmanın
1-ci hissəsi 2025-ci il
yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr
2024-cü il
Azərbaycan.-2024.-
29 sentyabr (№213).- S.5.