Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
17 noyabr tarixli 2356 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2023, № 11, maddə 1510 (Cild
I); Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
29 iyul tarixli 162 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"nin
5.5.8-ci yarımbəndinə "sərəncamçısı
olaraq" sözlərindən
əvvəl ", habelə
Agentliyin strukturuna daxil olmayan tabeliyindəki
qurumların gördüyü
işlərdən (göstərdiyi
xidmətlərdən) əldə
olunan gəlirlərin"
sözləri əlavə
olunsun və həmin yarımbənddə
"Agentlik" sözü
"Agentliyin" sözü
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 sentyabr 2024-cü il
Azərbaycan.-2024.-
29 sentyabr (№213).- S.6.