Azərbaycan
Beynəlxalq Axtarış-xilasetmə
Dəstəsi beynəlxalq
sertifikata layiq görülüb
Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə
Dəstəsinin (BAXD) Birləşmiş
Millətlər Təşkilatının
Humanitar Məsələlərin
Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq
Axtarış-xilasetmə Məşvərət
Qrupunun (INSARAG) beynəlxalq
sinifləndirilməsi prosesi
həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, proses Birləşmiş Millətlər
Təşkilatının Humanitar
Məsələlərin Əlaqələndirilməsi
Ofisinin rəhbər şəxslərinin, BMT-in Humanitar
Məsələlərin Əlaqələndirilməsi
Ofisinin Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun
(INSARAG) Katibliyinin INSARAG qlobal
birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın
rəhbərlik etdiyi nümayəndə heyəti,
11 ölkədən olan
qiymətləndiricilər və
7 ölkədən olan
müşahidəçilər tərəfindən izlənilib.
Qiymətləndirmə prosesi çərçivəsində, əvvəlcə nazirliyin
beynəlxalq humanitar əməliyyatlarda iştirakla
bağlı imkanları
barədə təqdimatlar
olunub, ekspertlərin sualları cavablandırılıb.
Sonra FHN BAXD-nin FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi
Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət
Qrupunun beynəlxalq sinifləndirilməsi məqsədilə
36 saat ərzində fasiləsiz taktiki-xüsusi
təlimə start verilib.
Paytaxtın Türkan və
Hövsan qəsəbələrinin
ərazisində reallaşdırılan
təlimdə FHN-in Beynəlxalq
Axtarış-xilasetmə Dəstəsinin,
eləcə də Tibbi Ərazi Bölmələrinin İdarəetmə
Birliyinin (TƏBİB) canlı
qüvvə və texnikası ilə yanaşı, fövqəladə
hallar könüllüləri
də iştirak edib. Taktiki-xüsusi təlim Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun
(INSARAG) Katibliyinin INSARAG qlobal
birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın
başçılıq etdiyi
nümayəndə heyəti,
o cümlədən beynəlxalq
qiymətləndiricilər və
müşahidəçilər tərəfindən canlı
izlənilib.
Taktiki-xüsusi təlim
zamanı mobillik, planlama, logistika, fəlakət bölgəsində
yaranmış vəziyyətin
qiymətləndirilməsi, dağıntılar altından
zərərçəkmişlərin xilas edilməsi, hündürlükdə köməksiz
vəziyyətdə qalan
insanların xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi, təxliyə,
zərərçəkmiş ölkəyə əməliyyatların
koordinasiyası üzrə
dəstəyin göstərilməsi
prosedurları həyata
keçirilib. Təlimin
gecə saatlarında baş tutan hissəsində axtarış-xilasetmə
əməliyyatlarının fasiləsiz davam etməsi təmin olunaraq, texniki təhlükəsizlik qaydalarına
riayət olunması, həyat və sağlamlığın qorunması
işləri həyata
keçirilib. Təlim
zamanı əməliyyatların
müasir beynəlxalq
idarəetmə və
koordinasiya sistemləri
üzərindən idarə
olunması diqqət mərkəzində saxlanılıb.
Taktiki-xüsusi təlimdə
qarşıya qoyulmuş
məqsədlərə nail olunub.
36 saat fasiləsiz davam edən taktiki-xüsusi təlim bitdikdən sonra qiymətləndiricilərin toplantısı
keçirilib. Toplantının
nəticələrinə əsasən,
Azərbaycan FHN-in Beynəlxalq
Axtarış-xilasetmə Dəstəsinin
INSARAG beynəlxalq sinifləndirilməsindən
uğurla keçməsi
barədə yekdil qərar qəbul olunub. Beləliklə,
FHN-in dəstəsi beynəlxalq
arenada “MUSAR AZE-01” adı
ilə təmsil olunacaq.
Bu nailiyyət Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırıqlarına
uyğun olaraq beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan
FHN-in daha səmərəli
fəaliyyət göstərməsinə
şərait yaradacaq.
Sentyabrın 26-da Azərbaycan
FHN-in Beynəlxalq Axtarış-xilasetmə
Dəstəsinə INSARAG beynəlxalq
sinifləndirilməsindən keçməsinə dair sertifikat, koordinasiya qruplarına fərqləndirici
bayraqlar, TƏBİB-in tibb
personalı da daxil olmaqla şəxsi heyətə fərqləndirici
şevronlar təqdim olunub.
Dəstənin beynəlxalq
sinifləndirməyə hazırlığı
Türkiyə Respublikası
Daxili İşlər
Nazirliyinin Fövqəladə Hallar Departamentinin (AFAD) mentorluğu
ilə həyata keçirilib.
Azərbaycan.-2024.-
29 sentyabr (№ 213).- S.9.