COP sədrlikləri
“Rio Üçlüyü” təşəbbüsünə start verir
COP29-un müəyyən edilmiş
Prezidenti Muxtar Babayev Azərbaycan,
Kolumbiya və Səudiyyə Ərəbistanı
Krallığı hökumətlərinin
yeni tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək
“Rio Üçlüyü” təşəbbüsünün rəsmi açılışı
üçün Rio Konvensiyasının
gələcək sədrləri
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu unikal əməkdaşlığın
məqsədi Azərbaycandan
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası,
Kolumbiyadan BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası və Səudiyyə Ərəbistanı Krallığından
BMT-nin Səhralaşma
ilə mübarizə
haqqında Konvensiyasını
təmsil edən üç yeni COP sədrliyinin
səylərini koordinasiya
etməklə, qlobal dayanıqlılıq təşəbbüslərini
gücləndirməkdir.
Hər üç
ölkəni təxirəsalınmaz
və əlaqələndirilmiş
fəaliyyətə start vermək
üçün öz
COP sədrliklərindən istifadə etmək əzmi birləşdirir. Onlar beynəlxalq ictimaiyyəti həm qarşıdan gələn
COP29 tədbirində, həm
də ondan sonra əməkdaşlıq
üçün uzunmüddətli
platforma kimi xidmət göstərəcək
bu təşəbbüsə
qoşulmağa çağırırlar.
Bugünkü açılış
hökumətlər, çoxtərəfli
təşkilatlar və
vətəndaş cəmiyyətini
təmsil edən müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə yanaşı, bu mühüm qlobal prioritetlər sahəsində
əməkdaşlıqla bağlı
mövcud olan problem və imkanları ön plana çıxarıb.
Görüş zamanı
həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin nümayəndələri
konvensiyalararası əməkdaşlığın
qlobal dayanıqlılıq
üzrə effektiv həll variantlarını
necə təmin edə biləcəyi xüsusunda fikirlər irəli sürüb və öz perspektivlərini bölüşüblər.
COP29-un müəyyən edilmiş
Prezidenti Muxtar Babayev qeyd
edib: “Bizim məqsədimiz
hər üç Rio
Konvensiyası üzrə
əməkdaşlığı gücləndirməklə sinerji
yaratmaq, səmərəliliyi
artırmaq və həm insanlara, həm də planetə fayda verəcək konkret nəticələri təmin
etməkdir. Bu yanaşma
onu göstərir ki, hər bir konvensiyanın
məqsədi bir-biri ilə sıx əlaqəlidir və bir sahədə əldə olunan irəliləyiş digərlərində
də irəliləyişin
əldə olunmasına
təkan verə bilər.”
“Rio Üçlüyü” təşəbbüsünün
təməlini təşkil
edən və üç ölkə tərəfindən qəbul
edilmiş Birgə Bəyannamə iqlim dəyişməsi, biomüxtəlifliyin
itirilməsi və səhralaşma kimi bir-biri ilə əlaqəli problemlərin
həlli üçün
praktiki və koordinasiyalı fəaliyyətlərin
vacibliyini vurğulamaqla
yanaşı, hökumətlər,
çoxtərəfli qurumlar
və vətəndaş
cəmiyyəti arasında
daha güclü tərəfdaşlığa çağırır.
Muxtar Babayev deyib: “Bu təşəbbüs
planetimizin ən aktual ekoloji problemləri üçün
inteqrasiya olunmuş və davamlı həllərin hazırlanması
baxımından mühüm
fürsətdir. Biz beynəlxalq
ictimaiyyəti hamı
üçün daha dayanıqlı gələcək
qurmaq naminə birləşməyə və
çiyin-çiyinə çalışmağa
çağırırıq.”
Azərbaycan.-2024.-
29 sentyabr (¹ 213).- S.11.