Zamanın
dalğalarında "Könüldən-könülə"
fikir yükü daşıyan kitab
Maraqlı, dəyərli
kitablar həmişə
diqqəti cəlb edir, oxucu sevgisi
qazanır. Tanınmış
şair, ədəbiyyatşünas
alim, tərcüməçi
və publisist, Əməkdar jurnalist Adil Cəmilin bu günlərdə işıq üzü görmüş "Könüldən
könülə" kitabı kimi.
İllərdən bəridir
imzası oxuculara yaxşı tanış olan Adil Cəmil
bu kitabı ilə sanki dünya xalqlarının poeziya çələngini
yaradıb. "Könüldən
könülə" kitabına
böyük əziyyətlərə
qatlaşaraq tərcümə
etdiyi dünya xalqlarının tanınmış
şairlərinin seçmə
şeirlərini toplayıb.
Sözə böyük
həssaslıqla, hörmətlə
yanaşan A.Cəmil tərcümə etdiyi bu şeirləri gül çələngi
kimi poeziya həvəskarlarına təqdim
edib. Kitabı açan oxucu onun səhifələrində
rus, belarus, bolqar, Ukrayna, qırğız, özbək,
ərəb, ingilis və başqa xalqların, həmçinin
rusdilli Azərbaycan şairlərinin
maraqlı, dəyərli
şeirlərini oxuya bilir.
Dünya xalqlarının
poezisiyasını özündə
birləşdirən "Könüldən
könülə" kitabı
həm də böyük sülh missiyasını yerinə
yetirir. Xalqları, millətləri bir-birinə
yaxınlaşdırır, mehribanlaşdırır. Kitabı
vərəqləyən oxucu
neçə-neçə xalqın
poeziya nümunələri
ilə tanış olur, bu xalqların
görkəmli şairlərini
tanıyır, onların
fikir dünyasını
öyrənir.
Kitab oxucuların
üzünə Bolqarıstanın
Xalq şairi İvan Vazovun "Bolqarıstanım" şeiri
ilə açılır.
Oxucu bu şeirdə şairin qoynunda dünyaya göz açdığı
Bolqarıstanı necə
böyük ürəklə
vəsf etdiyini görür. Xəyalən
də olsa, o yerlərə səfər
edir. Şairin yaradıcılığından verilən bu kiçik nümunə özü ilə bərabər, həm
də vətəni Bolqarıstanı oxuculara tanıtdırır və
sevdirir.
Oxucular kitabın
sonrakı səhifələrində
milliyyətcə çuvaş
olan şairlər Georgi Yefimovun, Aleksandr Qalkinin, rus şairləri Valentin Pryaxinin, Nikolay Rıjovun, Vsevolod Azarovun, Konstantin Vanşenkinin, belarusiyalı şair Vasil Zuyonokun, özbək şairi Osman Əzimin, qırğız şair Alıkul Osmanovun, rusdilli Azərbaycan şairləri Leyla Əliyevanın, Aleksandr Xaldeyev, həmçinin türkiyəli, filippinli, kubalı, əlcəzairli
şairlərin şeirlərini
mütaliyə edirlər.
Oxucu dünya və Azərbaycan ədəbiyyatından olan
bu seçmələri
böyük həvəslə
oxuyur və fikir dünyalarını daha da zənginləşdirir.
Məlumdur ki, şeirin tərcüməsi
nəsr əsərlərinə
baxanda bir az çətindir. Amma bacarıqlı, peşəkar tərcüməçi
üçün bunların
heç biri çətin deyil. Kitabda yer almış
şeirləri oxuduqca
tərcüməçi zəhməti,
tərcüməçi həssaslığı
özünü qabarıq
şəkildə göstərir.
Hiss olunur ki, şair Adil
Cəmil dünya poeziyasını özündə
birləşdirən bu
kitabdakı şeirləri
tərcümə edərkən
sözlərə, ifadələrə
böyük həssaslıq
və sevgi ilə yanaşıb. Yəqin ki, elə kitab da bu sevgidən
doğulub. Əsərlərdəki
fikri, düşüncəni
ifadə etmək, oxucuya olduğu kimi çatdırmaq üçün ən düzgün sözü seçib. Buna görə də kitabda yer alan
şeirlər çox
oxunaqlıdır. Bütün
bunlar tanınmış
ədəbiyyatşünas alimin alim kimi
sözə böyük
sevgisindən, tərcüməçi
kimi isə peşəkarlığından xəbər verir.
İnanırıq ki,
səhifələrində dünya
poeziyasını birləşdirən
"Könüldən könülə"
kitabı əl-əl
gəzəcək, oxucu
sevgisi qazanacaq. Tanınmış yazıçı
Frensis Bekon kitablardan bəhs edərkən yazırdı:
"Kitablar zamanın
dalğaları ilə
səyahət edən
və nəsildən-nəslə
öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir".
Əminliklə demək
olar ki, "Könüldən könülə"
kitabı da səhifələrində daşıdığı
qiymətli fikir yükünü zamanın
dalğalarını yara-yara
gələcək nəsillərə
də aparıb çatdıracaq.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
29 sentyabr (№ 213).- S.15.