Qubadlının
tarixini yaşadan məkan
Şanlı-şöhrətli tarixi keçmişimizi yaşadan, dünənimizdə
baş verən hadisələri unudulmağa
qoymayan, obyektiv gerçəklikləri gələcək
nəsillərə çatdıran
məkanlardan biri də muzeylərimizdir. Dövlət rəhbərliyi
vacib və əhəmiyyətli missiyanı
yerinə yetirən bu mədəniyyət müəssisəsindən diqqət
və qayğısını
heç zaman əsirgəməyib. Tarixin
danışan dili olan belə muzeylərdən biri də Qubadlı Tarix-Diyarşünaslıq Muzeyidir.
Qədim oğuz-türk
yurdu olan Zəngəzurun Qubadlı
rayonu çoxsaylı
tarixi abidələr və yaşayış məskənləri ilə
zəngindir. Bunların
içərisində qədim
qəbiristanlıqlar, mağaralar,
məbədlər, qalalar,
türbələr, tağlı
körpülər xüsusi
yer tutur.
Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan hərbi birləşmələri tərəfindən
işğal olunmuşdu.
Rayonun işğalını
təəssüf hissi
ilə qarşılayan
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının
adıçəkilən bölgəsinə
və buranın sakinlərinə münasibətini
belə ifadə edərək bildirmişdir:
"O torpaqlar əməksevər
insanların qeyrət,
bərəkət ünvanı
idi .
Qubadlılılar Qarabağa,
Laçına, Kəlbəcərə
Ermənistandan gələn
yolun üstündə
möhtəşəm qala
kimi dayanmışdılar.
Onun işğalından
bərk sarsıldım".
Qubadlı Rayon
Tarix-Diyarşünaslıq Muzeyi də Ulu Öndərimizin sərəncamı ilə
1980-ci il mayın 6-da təsis olunub. Muzeyə qısa müddətdə minlərlə
tarixi əşya toplanıb, hədiyyə edilib. Muzey qədim
dövr, sovet dövrü, fauna və flora və
s. bölmələrdən ibarət idi. Burada 5000-ə yaxın eksponat vardı. İşğal nəticəsində
Tarix-Diyarşünaslıq Muzeyi də erməni qəsbkarları
tərəfindən dağıdılmış,
eksponatları, muzey əşyaları tamamilə
məhv olmuş, oğurlanmış və
talan edilmişdir.
Məcburi köçkünlük
dövründə yaranan
məkan problemi, əməkhaqqı, muzey işçilərinin dağınıq,
fərqli şəhərlərdə
məskunlaşmalarına baxmayaraq,
onlar əsl vətənpərvərlik və
cəfakeşlik nümunəsi
göstərmişdilər. Öz işlərindən
ayrılmamış, yeni
əşyalar toplayaraq
muzeyin fəaliyyətini
bərpa etmək arzularını bildirmişdilər.
Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
muzey 2013-cü ildə
Sumqayıt şəhərində
yerləşən icra
hakimiyyətinin binasında
müasir və geniş, işıqlı
otağa köçürülmüşdür.
Elə muzeyin kiçik kollektivi və eksponatları ilə də orada tanış olduq. Onlar yaradılan
şəraitə görə
minnətdarlıqlarını bildirdilər, daim dövlətçiliyə sədaqətlərini,
mədəniyyət siyasətinin
icrasına hazır olduqlarını söylədilər. Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Xatın Ağayeva bildirdi ki, Azərbaycan əraziləri zaman-zaman yadellilərin təcavüzlərinə
və işğallarına
məruz qaldıqda xalqımız toparlanaraq doğma vətənini müdafiə etmişdir:
"Bu baxımdan Zəngəzur həmişə
Azərbaycan xalqının
alınmaz qalası olub. Zəngəzur, o cümlədən Qubadlı
strateji cəhətdən
və relyefinə görə ən əlverişli coğrafi mövqeli, müdafiə qabiliyyətli qədim torpaqlarımızdır. Bütün
bu tarixi faktların mühüm məxəzi olan muzeyimiz də ilk olaraq 1968-ci ildə Qubadlı rayon Mədəniyyət Şöbəsinin müdiri
Süleyman Rüstəmovun
zəhməti ilə yaradılıb və Mərkəzi Kitabxanadakı
kiçik bir otaqda yerləşdirilib".
Qubadlı
Rayon Tarix -Diyarşünaslıq Muzeyinin kiçik elmi
işçisi Günel Quluzadə hazırda muzeyin fondunda əsasən
XX əsri əhatə edən 1091 eksponatın qorunduğunu
söylədi: "Bunların içərisində mis,
saxsı qablar, keramika, toxuculuq məmulatları, əslən
Qubadlı rayonundan olan yazıçıların, elm, mədəniyyət
xadimlərinin kitabları, fotoları, Xalq qəhrəmanı
Qaçaq Nəbidən bu günə qədər -1993-cü
il Qarabağ müharibəsində, 2016-cı il Aprel
döyüşlərində, həmçinin 2020-ci il 44
günlük Vətən müharibəsində canını
fəda edən Milli qəhrəmanlara, şəhidlərə
həsr edilmiş guşə və stendlər təşkil
edilib. Muzeyin ən
qədim eksponatı
XIX əsrə aiddir".
Muzey hazırda
4 əməkdaşla fəaliyyət
göstərir. Fond nəzarətçisi Tərlan
Əsədova və başqaları işlərinə
böyük məsuliyyətlə,
eksponatlara qayğı
ilə yanaşırlar.
Ermənistanın hərbi
təcavüzü nəticəsində
30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44
günlük Vətən
müharibəsində hərbi-siyasi
yolla işğaldan azad olundu və
şanlı Zəfərə
aparan hər bir gün Azərbaycan
tarixinə qızıl
hərflərlə yazıldı.
İşğaldan azad
edilmiş Qubadlı rayonunda - doğma yurdumuzda Tarix Diyarşünaslıq Muzeyinin
yenidən bərpası
hər bir sakinin arzusudur.
Qurban
MƏMMƏDOV,
Azərbaycan.-2024.-
29 sentyabr (№ 213).- S.15.