Ulu
yurdumuzdan dünyaya yenə sülh, birlik, humanizm mesajları veriləcək
Tarixi şəhərlərimizdən
olan Şuşanın
zəfər dolu çağlarıdır. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan
Ordusu misilsiz rəşadət nümunəsi
göstərərək otuz
ilə yaxın Ermənistanın işğalında
qalan ərazilərimizi
azadlığa qovuşdurdu.
İkinci Qarabağ müharibəsində zəfərimizin
zirvəsi Şuşa
şəhəri oldu.
Bu qala şəhərimizi Ermənistanın
silahlı qüvvələrinin
işğalından azad
edərkən əsgər
və zabitlərimiz tarix yazdılar. Onlar çətin şəraitdə uzun məsafə qət edərək, dərin dərələrdən, sıldırım
qayalardan keçərək
düşməni Qarabağın
baş tacı Şuşadan qovub çıxardılar. Prezident
İlham Əliyevin sərəncamı ilə
bu möhtəşəm
zəfər əbədiləşdirildi.
Tarixi əhəmiyyəti
nəzərə alınaraq,
Şuşa şəhərinin
işğaldan azad edildiyi gün - noyabrın 8-i Zəfər
Günü elan olundu. 2021-ci il yanvarın 14-də isə
dövlətimizin başçısı,
Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli
bayrağımızı ucaltdı.
Prezident İlham
Əliyevin göstərişi
ilə işğaldan
azad edilmiş ərazilərimizin qısa
müddət ərzində
yenidən qurulması,
qədim yurdlarımızda
həyatın canlanması
məqsədilə geniş
və sürətli tikinti-quruculuq işlərinə
başlanıldı. Qədim
Şuşa şəhərinin
bəxti yenidən üzünə güldü.
Erməni vandallarından
qurtulan bu gözəl şəhərdə
tarixi-mədəni və
dini abidələrin bərpa edilərək istifadəyə verilməsi
istiqamətində təqdirəlayiq
işlər həyata
keçirildi. Çox
keçmədi ki, Şuşa beynəlxalq tədbirlərin keçirildiyi
məkana çevrildi.
Prezident İlham
Əliyevin sərəncamı
ilə 2022-ci il Azərbaycanda "Şuşa
ili" elan edildi. Şuşanın mədəni həyatının
canlanmasına dəstək
məqsədilə musiqi
festivalları, poeziya günləri, çoxsaylı
yerli və beynəlxalq mədəni tədbirlər keçirildi.
Tədbirlər il boyu yalnız Şuşada deyil, bütün ölkədə
təşkil olundu.
"Şuşa ili"
çərçivəsində həyata keçirilən
tədbirlər həm
Şuşanın, həm
də bütövlükdə
Azərbaycan mədəniyyətinin
zəngin irsinin, həmçinin türk dünyasının mədəniyyətinin
təqdim və təbliğ olunmasında
mühüm rol oynadı, türk dövlətləri arasında
mədəniyyət sahəsində
əlaqələrin inkişafı
üçün geniş
imkanlar yaratdı.
Ötən il isə Şuşa türk dünyasının
mədəniyyət paytaxtı
oldu. Belə ki, 2022-ci il martın 31-də Türkiyənin
Bursa şəhərində
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına
(TÜRKSOY) üzv ölkələrin
Mədəniyyət Nazirləri
Daimi Şurasının
qərarı ilə Şuşa şəhəri
2023-cü il üçün
"Türk dünyasının
mədəniyyət paytaxtı"
elan edildi. Şuşa türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər
oldu.
Şuşa şəhərinin
2023-cü il üçün
türk dünyasının
mədəniyyət paytaxtı
elan edilməsi ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 6 dekabr tarixli sərəncamına uyğun
olaraq silsilə tədbirlər təşkil
edildi. Keçən il dekabrın 10-da Şuşa şəhərində
Mədəniyyət Nazirliyi
və Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı
ilə "Şuşa
- Türk dünyasının
mədəniyyət paytaxtı
- 2023" ilinin rəsmi
bağlanış mərasimi
keçirildi.
Müharibə başa
çatdıqdan sonra
zəfər sevinci ilə qürurlandığımız
ötən üç
ildə hiddət doğuran hadisələr də az olmadı.
İkinci Qarabağ müharibəsində məğlub
olan işğalçı
Ermənistan təəssüf
ki, nə ərazilərimzidən birdəfəlik
ayaqlarını, nə
də sərvətlərimizdən
gözlərini çəkdi.
Azərbaycan dövləti
və xalqı öz əzəli torpaqlarında tikinti-bərpa,
quruculuq işləri həyata keçirərkən
də Ermənistanın
silahlı qüvvələrinin
qalıqları və
öz bəd, məkrli əməllərini
torpaqlarımızda davam
etdirirdilər. Bütün
bunlara ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri zamanı son qoyuldu. Azərbaycan
Ordusunun yüksək peşəkarlığı, döyüş
məharəti təcavüzkar,
qəsbkar düşməni
məğlubiyyətə uğradaraq
ağ bayraq qaldırmağa, aman diləməyə vadar etdi. Azərbaycan suverenliyini tam bərpa etdi. Bu, son iki
yüz ildə işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində
əldə edilmiş
ilk Zəfərimizdir.
Bu möhtəşəm
qələbə - bütün
ərazilərin üzərində
tam hüquqi nəzarətini bərpa etməsi yalnız Azərbaycan tarixinə deyil, islam ölkələri
tarixinə də böyük uğur kimi yazıldı. Odur ki, bu
qələbə islam
dünyasında böyük
sevinclə, fərəhlə,
qürurla qarşılandı.
Ötən il sentyabrın 25-də Qətər
dövlətinin paytaxtı
Doha şəhərində
keçirilən İslam
Dünyası Mədəniyyət
Nazirlərinin 12-ci Konfransında
yekdil qərarla Qarabağın incisi olan Şuşa şəhəri bu il - 2024-cü il üçün İslam dünyasının mədəniyyət
paytaxtı elan edildi.
İslam dünyasının
mədəniyyət paytaxtı
adına namizədliyinin
irəli sürülməsi
məqsədilə ICESCO-nun
müvafiq missiyası
Şuşada oldu, şəhərdə həyata
keçirilən quruculuq
işlərini yüksək
qiymətləndirdi.
Dövlət başçısı
İlham Əliyev ötən ilin 21 noyabrında Şuşa şəhərinin 2024-cü il
üçün islam
dünyasının mədəniyyət
paytaxtı elan edilməsi ilə bağlı tədbirlər
haqqında sərəncam
imzaladı. Sərəncamda
deyilir: "2023-cü il
sentyabrın 25-də Qətər
Dövlətinin paytaxtı
Doha şəhərində
keçirilən İslam
Dünyası Mədəniyyət
Nazirlərinin 12-ci Konfransında
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhəri 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı
elan edilmişdir. Bu qərar Azərbaycanın
tarixi-mədəni, ictimai-siyasi
həyatının mühüm
mərkəzlərindən biri olub islam
mədəniyyətinin zənginliklərini
dolğun təzahür
etdirən Şuşaya
xüsusi ehtiramın ifadəsidir və islam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə
qarşılıqlı əməkdaşlıq
münasibətlərinin daha
da genişləndirilməsində
özünəməxsus rol
oynayacaqdır".
Şuşa şəhəri
2024-cü ildə islam
dünyasının mədəniyyət
paytaxtı missiyasını
yerinə yetirəcək.
Onu da qeyd
edək ki, bu il Şuşa
islam dünyasının
həm mədəniyyət,
həm də gənclər paytaxtıdır.
Belə ki, Qarabağın incisi Şuşa şəhəri
İslam Əməkdaşlıq
Təşkilatının 2024-cü il üçün Gənclər paytaxtı seçilib. Bu barədə qərar İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının
İstanbulda keçirilən
11-ci iclasında qəbul
olunub. Həmin iclasda İƏT Gənclər
Forumunun həyata keçirdiyi "Gənclər
paytaxtı - 2024" beynəlxalq
proqramının seçim
komissiyasının üzvləri
bu qərarın lehinə yekdilliklə səs veriblər. Layihənin əsas məqsədi dünya gənclərini bir araya gətirməkdir. Bu il müxtəlif
ölkələrdən gələn
gənclər tarixi Şuşa şəhərimizə
gələcək, təşkil
ediləcək tədbirlərdə
iştirak edəcəklər.
Görünən odur
ki, Azərbaycanın mədəniyyət paytaxtını
bir-birindən maraqlı
tədbirlərlə zəngin,
qonaq-qaralı bir il gözləyir. Böyük mədəniyyət
layihələrinə, beynəlxalq
tədbirlərə evsahibliyi
edən Şuşa şəhərindən bu
il yenə də dünyaya sülh, birlik, humanizm mesajları veriləcək.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
9 yanvar, № 2.- S.1;7.