YAP Mərkəzi
Aparatında Mübariz
Qurbanlının 70 illik
yubileyi münasibətilə
görüş keçirilib
Yanvarın 8-də Yeni
Azərbaycan Partiyasının
(YAP) Mərkəzi Aparatında
YAP İdarə Heyətinin
üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
70 illik yubileyi münasibətilə görüş
keçirilib.
YAP Sədrinin müavini
-Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik
edərək ona möhkəm cansağlığı,
ictimai-siyasi fəaliyyətində
yeni-yeni uğurlar arzulayıb.
Tahir Budaqov bildirib ki, partiya
həyatında və
dövlət qulluğunda
uzun illər səmərəli fəaliyyət
göstərən Mübariz
Qurbanlı hər zaman fəal mövqeyi ilə seçilib. O diqqətə
çatdırıb ki,
Mübariz Qurbanlı
1999-cu ildən bu günədək Yeni Azərbaycan Partiyasının
İdarə Heyətinin
üzvü, 1999-2021-ci illərdə
partiyanın İcra katibinin müavini, I, II,
III və IV çağırış
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı kimi üzərinə düşən
vəzifələri layiqincə
yerinə yetirib. Bu gün isə
Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri və YAP İdarə Heyətinin üzvü kimi fəaliyyətini müvəffəqiyyətlə
davam etdirir: "Sizin milli-mənəvi dəyərlərin və
dövlətçilik maraqlarının
qorunmasına xidmət
edən fəaliyyətiniz
hər zaman yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamları ilə
2014-cü ildə "Şöhrət",
bu günlərdə isə 2-ci dərəcəli
"Vətənə xidmətə
görə" ordenləri
ilə təltif edilməyiniz əməyinizə
verilən yüksək
dəyərin bariz nümunəsidir".
Göstərilən diqqətə və ünvanına söylənilən
xoş sözlərə
görə təşəkkürünü
bildirən Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar
ideyalarının, Prezident
İlham Əliyevin məqsədyönlü siyasətinin
və Yeni Azərbaycan Partiyasının
uğurlu fəaliyyətinin
Azərbaycana möhtəşəm
nailiyyətlər qazandırdığını,
ölkəmizin tərəqqi
və Zəfər zirvəsinə yüksəldiyini
bildirib. Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyevə
əməyinə verilən
yüksək qiymətə
görə dərin minnətdarlığını ifadə edən Mübariz Qurbanlı bundan sonra da
üzərinə düşən
vəzifələri layiqincə
yerinə yetirmək üçün səy və bacarığını
əsirgəməyəcəyini deyib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
9 yanvar, № 2.- S.2.