ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının
Azərbaycanla bağlı
təqdim etdiyi “nöqsanlar” reallıqla daban-dabana ziddir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
ABŞ-ın Beynəlxalq
Din Azadlığı
Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin
qondarma xüsusi izləmə siyahısına
daxil olan ölkə kimi müəyyən edilməsi
ilə bağlı bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir: “ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını,
eləcə də
ABŞ Dövlət Departamentinin
bəyanatını qəti
surətdə pisləyirik.
Əminliklə bildiririk
ki, ABŞ Dövlət
Departamenti tərəfindən
Azərbaycanda dini etiqad azadlığının
pozulması barədə
fərziyyələrə istinadla
ölkəmizi heç
bir beynəlxalq statusa malik olmayan
qrupa (xüsusi izləmə siyahısı)
daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa
bir şey deyil.
2013-cü ildən bəri
BDAK hər il öz hesabatlarında ölkəmizdə dini azadlıqların pozulduğu
iddiası ilə Dövlət katibi tərəfindən Azərbaycanın
“xüsusi izləmə
siyahısı”na daxil
olan ölkə kimi müəyyənləşdirilməsini
Dövlət Departamentinə
tövsiyə etmiş,
Azərbaycana qarşı
qərəzli, yanlış
məlumatlar yaymışdır.
Dövlət Komitəsi
olaraq dəfələrlə
bu Komissiyanın yaydığı hesabatlarla
bağlı müvafiq
açıqlamalar verilib,
onların göstərdikləri
heç bir fakta söykənməyən
şayiə xarakterli,
uydurma məsələlərlə
bağlı mövqeyimiz
müxtəlif səviyyələrdə
diqqətə çatdırılıb.
Habelə rəsmi məktublarla hesabatda qaldırılan məsələlərin
doğru olmadığı
və qərəzliliyi
maddə-maddə onların
diqqətinə çatdırılaraq
etiraz ifadə edilmişdir. Eyni zamanda, Azərbaycanda olan müsəlman və qeyri-müsəlman icmalarının aparıcı
qurumları həm sonuncu, həm də əvvəlki hesabatlarla bağlı xüsusi etiraz bəyanatları yaymış,
Komissiyaya göndərmiş,
o cümlədən müxtəlif
din xadimləri fərdi olaraq da mətbuatda açıqlamalar vermişlər.
ABŞ-ın Beynəlxalq
Din Azadlığı
Komissiyası tərəfindən
təqdim olunan “nöqsanlar” ölkəmizdəki
gerçəkliyi əks
etdirmir, reallıqla daban-dabana ziddir. BDAK-ın məlum hesabatlarında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli
məlumatlar yayan mənbələrdən istifadə
edildiyi, bəzən isə hadisələrə
məqsədli şəkildə
yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu, hesabatların obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların
hazırlanmasında ifadə
edilən məqsəd
və məramlara qətiyyən uyğun gəlmir.
Bu gün Azərbaycan dövlətinin,
o cümlədən Dövlət
Komitəsinin qarşısında
duran əsas vəzifə hüququn aliliyi prinsipi əsasında insanların
dini etiqad azadlığının təmin
edilməsidir. Bu azadlığın təmin
edilməsində dini sahədə insanların hüquq və azadlığı, həmçinin
ictimai və dövlət təhlükəsizliyinə
yönəlmiş təhdidlərin
qarşısının alınması
mühüm məsələdir.
Hesabatda Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
sözdə erməni
abidələrinin vəziyyəti
ilə bağlı narahatlıq, müsəlman
abidələrinə qarşı
törədilmiş vandalizmə
münasibətdə isə
dözümlü yanaşma
sezilir. Eyni zamanda, Komissiya üzvlərini ərazilərimizə
istinad edərkən hüquqi cəhətdən
mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə
yol verməməyə
dəvət edirik. Belə ki, Azərbaycanda
“Dağlıq Qarabağ”
adında inzibati ərazi vahidi yoxdur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları var.
Abidələrlə bağlı. Sözügedən
təşkilatın vaxtilə
Ermənistan silahlı
qüvvələrinin işğalı
altında olduğu dövrdə ərazilərimizdəki
tarixi-mədəni və
dini abidələrlə
bağlı hansısa
məlumatına rast gəlməmişdik. Baxmayaraq
ki, Azərbaycan dövləti həmişə
həmin ərazilərdəki
xalqımıza məxsus
tarixi-mədəni və
dini abidələrin erməni silahlı birləşmələri tərəfindən
vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə
çağırışlar etmişdir. Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevrilməsi, onların
yararsız vəziyyətə
salınması, təmir
adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirilməsi,
müsəlman qəbiristanlıqlarında
insan qalıqlarına
qarşı təhqiramiz
hərəkətlərə yol verilməsi və bu kimi
hallar barədə sübutlar təqdim etmişdir.
Bildiyiniz kimi,
2020-ci ildə 44 günlük
müharibədən sonra
vəziyyət tamamilə
dəyişdi. İşğalın
bitməsi ilə buradakı abidələrin,
o cümlədən dini
məbədlərin vəziyyəti,
onların necə xarabalığa çevrilməsi
gerçəkliyi öz
təsdiqini tapdı. Təkcə onu demək kifayətdir ki, 67 məsciddən yalnız 2-si saxlanılmışdır.
Onlardan da Ağdam Cümə məscidi hərbi oriyentir məqsədilə
yararsız vəziyyətdə,
Şuşadakı Yuxarı
Gövhər Ağa məscidi də qısmən yararlı olub ki, onu
da dünyaya özlərini “tolerant” göstərmək məqsədilə
İran məscidi kimi
təqdim etməyə
çalışıblar. Qalanları
isə Ermənistan silahlı birləşmələri
tərəfindən tamamilə
dağıdılmışdır. Amma hələ dünya ictimaiyyətinin bunu obyektiv araşdırması
niyyətini müşahidə
etməmişik. Buna baxmayaraq, Azərbaycan Bakının mərkəzindəki
erməni-qriqoryan kilsəsini,
hətta oradakı minlərlə erməni dilində olan kitabları qoruyub saxlamışdır.
Komissiyanın hesabatında
Birləşmiş Millətlər
Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyası
tərəfindən “mədəni
və ya dini strukturların heç bir ziyan görmədiyi” məlumatı bildirilsə
də, hansısa naməlum insan hüquqları təşkilatlarının
iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın
hesabatına belə skeptik yanaşılması
təəccüb doğurur.
O cümlədən, Dövlət
Departamentinin bəyanatında
da bu məsələyə
toxunulmamışdır.
Eyni zamanda, Azərbaycan əleyhinə
kampaniyalarda erməni lobbisi aktiv şəkildə
iştirak edir. Komissiyanın heyətinə
qərəzli erməni
əməkdaşın cəlb
olunması onun mahiyyətini bir daha sübut edir.
Reallıqda Azərbaycanda
dini vəziyyət...
Azərbaycan müstəqilliyini
bərpa etdiyi dövrdən etibarən bəzi xarici dairələr ölkəmizdə
radikal və ekstremist dini ideyaların daşıyıcıları
olan qrupların yaradılmasında maraqlı
olublar. Azərbaycanda dini sahədə, insanların dini etiqad azadlığının
təmin edilməsində
hər il mütərəqqi yeniliklər
baş verir. Qanunvericilik bazası mütəmadi təkmilləşdirilir,
islahat aparılır və dini icmaların
fəaliyyətinə dəstək
verilir. Bildiyiniz kimi hər il
cənab Prezident İlham Əliyev tərəfindən rəsmi
qaydada ölkədəki
dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən
qeyri-müsəlman icmalarına
şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr
bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfər
edərkən mütləq
həmin ərazidə
yerləşən dini
ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər
edir, onları dinləyirlər.
Eyni zamanda, dövlət başçısı
tərəfindən işğaldan
azad olunmuş ərazilərdəki dini abidələr xüsusi nəzarətə götürülmüşdür.
İstisnasız olaraq,
həmin ərazilərdə
yerləşən dini
ibadət ocaqlarının
bərpası üçün
göstəriş verilmişdir.
Artıq Şuşada
dağıdılmış bəzi məscidlər, kilsələr bərpa edilmişdir. Şuşada
Yuxarı Gövhər
Ağa məscidinə
din xadimi təyin edilmişdir.
Həmçinin bildirməliyik
ki, neçə illərdir din xadimlərinə dövlət
tərəfindən maddi
yardımlar olunur. Onların sosial layihələri maliyyələşdirilir.
Onlarla birgə tolerantlığı, birgəyaşayışı
əks etdirən konfranslar və s. tədbirlər təşkil
edilir. Ötən ildə Bakı şəhəri “Azərbaycan
Bibliya Cəmiyyəti”
xristian dini icması və digər qeyri-İslam dini icmaları tərəfindən Azərbaycanda
fəaliyyətdə olan
dini konfessiyaların nümayəndələrinin iştirakı
ilə Quba, İsmayıllı, Kəlbəcər
və s. rayonlara səfərlər təşkil
olunub. Belə səfərlər icmalar arasında dostluq və mehribanlıq münasibətlərini möhkəmləndirir.
Azərbaycanın multikulturalizm
və tolerantlıq ənənələrinin inkişaf
etdirilməsində, dünyaya
yayılmasında mühüm
işlər görülür.
Xatırladırıq ki,
bu məqsədlə Dövlət Komitəsi tərəfindən təkcə
2022-ci ildə ABŞ-da
- Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə
dinlərarası harmoniya”
və Belçikada - Brüssel şəhərində
“Daha təhlükəsiz
dünya naminə dinlərarası və mədəniyyətlərası dialoqun təşviqi” adlı konfranslar təşkil olunub. Beynəlxalq institutlarla, o cümlədən ABŞ-ın
adıçəkilən təşkilatı
ilə əməkdaşlıq
imkanlarının genişləndirilməsi
istiqamətində tədbirlər
həyata keçirilir,
onların rəhbərləri
və mütəxəssisləri
ilə müxtəlif
səviyyələrdə görüşlər
keçirilir və fikir mübadiləsi aparılır.
Beləliklə, Dövlət
Departamenti hər il sözügedən hesabatlar əsasında ayrı-ayrı ölkələrdəki
dini durumla bağlı açıqlamalar
verir. Qeyd edək ki, Komissiyanın
10 il ərzində tövsiyələrinə baxmayaraq,
bu il yanvarın
4-dək Azərbaycan Departament
tərəfindən “xüsusi
izləmə siyahısı”na
daxil olan ölkə kimi müəyyən edilməmişdir
(Azərbaycan ilə yanaşı, Əlcəzair,
Mərkəzi Afrika Respublikası, Qəmər
adaları və Vyetnam da sözügedən
“siyahı”da olan ölkə kimi təyin edilmişdir).
Hesab edirik ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü
və suverenliyinin bərpasına yönəlik
uğurlu addımlarını
həzm edə bilməyənlərin ölkəmizə
qarşı atdığı
qərəzli addımlarından
biridir. Dini baxımdan “nəzarətə
götürülməli” olan
ölkələrdən biri
Ermənistan və
ABŞ-dır. Lakin erməniləri himayə edənlər onu görmək əvəzinə
Azərbaycana hücum
edirlər. Monoetnik Ermənistanda ayrı-ayrı
din nümayəndələrinin
təqib edilməsi faktlarını heç kim gizlədə bilməz. 30 il ərzində 20 faiz ərazimizi işğal altında saxladığı
zaman həm müsəlman, həm də digər dinlərə, o cümlədən
Qafqaz Albaniyasına aid dini abidələrə
qarşı vandalizm aktı törədənin
Ermənistan olduğunu
hamı bildiyi halda, Azərbaycanı izləmə siyahısına
daxil etmək qərəzli yanaşmadır.
Elə ABŞ-ın
özündə də
müsəlmanlara və
digər dini icmalara, habelə qaradərililərə qarşı
nə qədər hadisələrin olduğu
hamıya bəllidir.
ABŞ-lı hüquq
müdafiəçilərinin məlumatlarına görə,
2021-ci ildə ABŞ-da
dini dözümsüzlük
zəminində yəhudi
və müsəlmanlara
qarşı törədilmiş
1005 cinayət faktı
qeydə alınıb.
Eləcə də
2022-ci ildə 6720 müsəlman
dini ayrı-seçkiliyə
məruz qalıb.
Anti-İslam əhvali-ruhiyyəsinin
həyəcanverici həddə
çatması barədə
məlumatlar Amerika reallıqlarının kiçik
bir hissəsini əks etdirir.
Beləliklə, Komissiya
və Dövlət Departamentinin müsəlman
abidələrinə qarşı
edilmiş vandalizmi görməzdən gələrək
Azərbaycanın müstəqil
siyasətinə təsir
göstərmək cəhdi
yolverilməzdir. Sözsüz
ki, bu, ABŞ-Azərbaycan münasibətlərinə
də xələl gətirir.
Fürsətdən istifadə edərək Dövlət Departamentinə regionda yaranmış yeni reallıqlardan çıxış edərək Azərbaycana qarşı qarayaxma aparan ermənipərəst qüvvələrin dəyirmanına su tökməməyi, ikili standartlardan uzaq olmağı və beynəlxalq hüquq normalarına uyğun addımlar atmağı tövsiyə edirik”.
Azərbaycan.-2024.- 9 yanvar, ¹ 2.- S.6.