Prezident İlham
Əliyev dekabrın
31-də Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
və Yeni il münasibətilə Azərbaycan xalqını
təbrik etdi. Dövlət başçısı
ənənəvi çıxışında
xalqa təkcə təbrik sözlərini ünvanlamadı, həm də gələcəkdə
görüləcək işlərin
ürəkaçan anonsunu
verdi.
Əslində, yeni
ilin gəlişi ilə bağlı dünyada ölkə rəhbərlərinin xalqa
müraciəti bir ənənədir. Amma İlham Əliyevin çıxışları hər
zaman qlobal müstəvidə unikal hadisə kimi yaddaşlara hopur. Prezident bu dəfə
də xalq qarşısında çıxış
edərək ötən
il görülən işlərin hesabatını
verdi və yeni ildə gözlənilən hadisələrdən
söz açdı, həyata keçiriləcək
böyük layihələr
barədə məlumat
verdi.
Təbii ki, görüləcək işlər
içərisində ən
əhəmiyyətli yerdə
Böyük qayıdış
proqramı və bu çərçivədə
30 ildir öz torpaqlarından ayrı qalan soydaşlarımızın
köç prosesi dayanır. Təkcə indiki müraciətində
deyil, əvvəlki çıxış və
görüşlərində də Prezident dəfələrlə vurğulayıb
ki, işğaldan azad olunmuş ərazilərdə müasir
şəhər, kənd
və qəsəbələr
inşa edilməklə
öz ata-baba yurdlarından didərgin düşən insanlara layiq olduqları həyat bəxş olunmalıdır. Və bu deyilənlər təbii ki, sözdə qalmır. Dövlət başçısının
rəhbərliyi ilə
işğaldan azad olunmuş ərazilərdə
həyata keçirilən
nəhəng bərpa
və yenidənqurma işləri nəticəsində
çox böyük işlər görülür.
Qarabağ və Şərqi Zəngəzurda
yeni, müasir standartlara cavab verən rahat yollar inşa edilir, tunellər tikilir, yüksəkgərginlikli
elektrik xətləri çəkilir, digər infrastruktur qurulur, yaşayış məntəqələri
salınır və
s.
2023-cü ildə görülən
işlərə qiymət
verən Prezident lokal xarakterli antiterror tədbirlərindən,
eləcə də 44 günlük Vətən müharibəsindəki məğlubiyyətindən
sonra Ermənistanın
öz üzərinə
götürdüyü öhdəlikləri
yerinə yetirməməsindən,
hətta əksinə,
bizə qarşı yeni hərbi təxribatlar hazırlayıb
həyata keçirmək
istəməsindən də
danışmışdır: "Bütün bunlara baxmayaraq, Azərbaycanda separatizmin kökü kəsildi. Sentyabrın
19-da başlamış və
cəmi bir gün, ondan da az davam
edən antiterror əməliyyatı Azərbaycan
Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Bütün
təzyiqlərə, ittihamlara
baxmayaraq separatçı
rejim çökmüş,
ağ bayraq qaldırmış, təslim
olmuş, torpaqlarımızdan
əbədi olaraq çıxarılmış və
tarixin zibilxanasına atılmışdır. Həm
Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı
zamanı şəhid
olmuş əsgər,
zabitlərimizin, mülki
şəxslərin, Xocalı
qurbanlarının qisası
döyüş meydanında
alındı".
Qarabağ bölgəsində
"yaşıl enerji"
istehsal etmək üçün münbit
imkanlar var. Bu ərazilərdə həm külək, həm də günəş enerjiləri
üçün potensial
böyükdür. Azad
olunmuş ərazilərdəki
çaylar da ucuz və ekoloji
baxımdan təmiz enerji verən su-elektrik stansiyalarının
yaradılması üçün
əlverişlidir. Ona
görə də həmin ərazilər
"yaşıl enerji"
zonası elan edilmişdir.
Prezidentin ən
vacib mesajlarından biri də bu
oldu: "2024-cü il
ərzində Kərkicahan,
Malıbəyli, Turşsu
kəndləri tam bərpa edilib keçmiş köçkünlərin
sərəncamına veriləcək.
Eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar".
Bu, əlbəttə,
gəlişi gözəl
sözlər deyil, dövlətin gücündən,
qüdrətindən doğan
reallığa köklənmiş
istəkdir. Çünki
Azərbaycanda separatizmin
kökü kəsilib
və bu bəla bir daha
bu torpaqlarda baş qaldıra bilməz. Prezidentin builki müraciəti erməni işğalından
tamam azad olmuş Azərbaycanın
dövlət başçısının
çıxışı kimi
yaddaşlara hopacaq. Onun təbrik nitqi eyni zamanda
"Heydər Əliyev
İli"nin başa
çatması ilə
üst-üstə düşdü.
Bəlkə də bu, Ulu Öndərin
xatirəsi qarşısında
bir hesabat idi. Ulu Öndərin
100 illik yubileyi onun görmək istədiyi köçkünsüz
Azərbaycanda qeyd olundu. Prezident müraciətində bu barədə belə dedi: "Mən mənim üçün bu əziz günü
- atamın doğum gününü Şuşada
keçirdim. Şuşanın
mərkəzi meydanında
Azərbaycan xalqına
müraciət edərək
öz ürək sözlərimi bildirdim və dedim ki,
Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən
hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda,
Xocavənddə, Xocalıda,
Xankəndidə qaldırdığım
Dövlət bayrağımız
Ulu Öndərin xatirəsinə ən böyük hörmətin
əlamətidir. Noyabrın
8-də Xankəndinin mərkəzi
meydanında Zəfər
paradımız Ulu Öndərin xatirəsinə
ən böyük hörmətimizin əlamətidir".
Bu bir həqiqətdir ki, Azərbaycanın beynəlxalq
nüfuzu ildən-ilə
artır. Ötən ilin dekabrında dünyanın ən böyük qurumu olan BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
28-ci (COP28) sammitində COP29-un gələn il Azərbaycanda keçirilməsi
qərara alınmışdır.
Bu qərarın dünya ictimaiyyəti tərəfindən Azərbaycana
olan böyük hörmət və rəğbət olduğunu
deyən İlham Əliyev bildirmişdir:
"Bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır.
Əlbəttə ki,
COP29 - iqlim dəyişikliyinə
həsr olunmuş bu beynəlxalq konfransın Azərbaycanda
keçirilməsi bir
daha bu sahədə
bizim uğurlarımızı
əyani şəkildə
göstərir".
Dünya azərbaycanlılarının
həmrəyliyi, onların
təşkilatlanması prosesi
illər öncə Ulu Öndər tərəfindən başlanılsa
da, İlham Əliyev onu hər zaman diqqət mərkəzində
saxlayır, dünyanın
başqa ölkələrində
yaşayan soydaşlarımızın
birliyinin daha da möhkəmlənməsini
təmin edir. Məhz bu səbəbdən
44 günlük Vətən
müharibəsində harada
yaşamasından asılı
olmayaraq bütün Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu
bir daha göstərdi.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
10 yanvar, № 3.- S.1;9.