Ölkəmizə
qarşı qərəzli
mövqe tutanlara ən yaxşı cavab
Azərbaycan çoxəsrlik ənənələrinə
söykənən tolerantlıq
prinsiplərinə sadiqdir
Öz dövlətinin
sərhədlərini xeyirxahlıq,
xoş niyyət, xoş güzəran, firavanlıq məqsədilə
deyil, qarşıdurmalar
yaratmaq, müharibələri
alovlandırmaq, milyonlarla
insanın dinc həyatına qəsd etmək, ocaqlarını söndürmək, qaçqın
vəziyyətinə düşmələrinə,
yoxsulluq, aclıq içərisində yaşamalarına
səbəb olmaq üçün aşan, eyni zamanda öz
ölkəsinin içərisində
vətəndaşlarını bərabər tutmayan, irqi ayrı-seçkiliyin hökm sürməsinə
şərait yaradan
ABŞ-nin, eləcə
də bir sıra Qərb ölkələrinin demokratiyadan
dəm vurmaları nə qədər gülünc görünürsə,
həqiqəti pərdələmək,
qara yaxmaq cəhdləri də o qədər ədalətsiz
və qərəzlidir.
Bu qədər
yalanlar uydurmaqda, qərəzli olmaqda məqsəd nədir? Həqiqəti açıq-aşkar
dananların, onu görməzlikdən gələnlərin
nə söylədiklərindən,
nə etdiklərindən
çox diqqəti bu məqamlar çəkir... ABŞ-nin
Beynəlxalq Din Azadlığı Komissiyasının
(BDAK) 2023-cü ildə Azərbaycanla
bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin
qondarma xüsusi izləmə siyahısına
daxil olan ölkə kimi müəyyən edilməsi
də ilk növbədə bu hesabatı hazırlayanların
məramından xəbər
verir.
Axı Azərbaycanın
müxtəlif millətlərin,
fərqli dinlərin nümayəndələrinin qardaşlıq
şəraitində yaşadığı
bir ölkə olduğunu görməmək
mümkünsüzdür. Hər
kəsə bəllidir
ki, Şərqlə Qərbin qovşağında
yerləşən Azərbaycan
tolerantlıq və dözümlülük ənənələri
ilə zəngindir. Bu gün respublikamızda
2258 məscid, 16 kilsə,
7 sinaqoq fəaliyyət
göstərir. 958-i islam,
37-si isə qeyri-islam
(26 xristian, 8 yəhudi,
1 krişna, 2 bəhai) təmayüllü
olmaqla 995 dini qurum dövlət qeydiyyatındadır.
Əsrlərdir ki,
bu məmləkətdə
bir çox xalqın, millətin, azsaylı toplumun nümayəndələri vahid
və mehriban bir ailə kimi
yaşayırlar. Fərqli
dinlərə mənsub
olan insanlar dinc şəraitdə, sülh və əmin-amanlıq içərisində
fəaliyyət göstərirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
ABŞ-nin Beynəlxalq
Din Azadlığı
Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin
qondarma xüsusi izləmə siyahısına
daxil olan ölkə kimi müəyyən edilməsi
ilə bağlı yaydığı bəyanatda
bildirilib ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda
dini etiqad azadlığının pozulması
barədə fərziyyələrə
istinadla ölkəmizi
heç bir beynəlxalq statusa malik olmayan qrupa
(xüsusi izləmə
siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən
başqa bir şey deyil. Bəyanatda ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının
məlum hesabatlarında
bir çox məqamın araşdırılmadığı,
qeyri-müstəqil və
ənənəvi olaraq
ermənipərəst mərkəzli
məlumatları yayan
mənbələrdən istifadə
edildiyi, bəzən isə hadisələrə
məqsədli şəkildə
yanlış izahatlar verilməsinin diqqəti cəlb etdiyi qeyd olunub.
Azərbaycanın torpaqlarının
iyirmi faizi otuz ilə yaxın
Ermənistanın işğalı
altında qaldı. Həmin ərazilərdə
olan bütün müasir və tarixi tikililər, nəinki yerli, hətta dünya əhəmiyyətli abidələr
işğalçı ermənilər
tərəfindən dağıdıldı,
yandırıldı, yerlə
yeksan edildi. Erməni vandalları dini abidələrimizə,
məbədlərimizə, məscidlərimizə divan
tutdular, uçurdular,
məhv etdilər. Məscidlərimizi tövləyə
çevirdilər. O qədər
azğınlaşdılar ki,
müsəlman qəbiristanlıqlarına
belə əl uzatmaqdan çəkinmədilər,
qəbirləri dağıtdılar.
Heç bir qanuna, insanlığa sığmayan bu hadisələri nə ermənipərəst Qərb
ölkələri, nə
də hər zaman demokratiyadan, insan haqlarından dəm vuran ABŞ "gördü". Təcavüzkar,
qəsbkar ermənilərə
"gözün üstə
qaşın var" deyən tapılmadı.
Ermənistanın otuz
ilə yaxın işğal müddətində
Azərbaycana vurduğu
maddi və mənəvi ziyanın nə qədər böyük olduğunu
2020-ci ildə 44 günlük
İkinci Qarabağ müharibəsindən sonra
görə bildik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
bəyanatında bu faktlar diqqətə çatdırılıb: "Təkcə
onu demək kifayətdir ki, 67 məsciddən yalnız
2-si saxlanılmışdır. Onlardan da Ağdam
Cümə məscidi
hərbi oriyentir məqsədilə yararsız
vəziyyətdə, Şuşadakı
Yuxarı Gövhər
ağa məscidi də qısmən yararlı olub ki, onu da
dünyaya özlərini
"tolerant" göstərmək
məqsədilə İran məscidi kimi təqdim etməyə çalışıblar".
Azərbaycan paytaxtında
- Bakının mərkəzində
erməni-qriqoryan kilsəsini,
eləcə də oradakı minlərlə erməni dilində olan kitabları qoruyub saxladı. İşğalçı Ermənistanın
silahlı birləşmələri
tərəfindən isə
işğal etdikləri
ərazilərimizdəki 67 məsciddən (Şuşada
13, Ağdamda 5, Füzulidə
16, Zəngilanda 12, Cəbrayılda
5, Qubadlıda 8, Laçında
8) 65-i tamamilə dağıdıldı.
Nə ermənilər
bu cinayətləri törədərkən, nə
də sonralar bu faktların heç biri ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatlarında
əksini tapmadı. Əvəzində ABŞ Dövlət
Departamenti içərisində
kök salmış ermənilərə, ermənipərəst
dairələrinə qərəzli,
ədalətsiz mövqelərini
sərgiləmək üçün
meydan verdi. Belə olmasaydı,
ABŞ Dövlət Departamenti
dünya ölkələrində
dini azadlıqların
vəziyyəti ilə
bağlı illik hesabatının Azərbaycana
aid hissəsini dövlət komissiyasının
rəhbəri Daniela Aşbaxyan olan ictimai
xidməti tərəfindən
hazırlatmazdı.
Ölkəmizə qarşı
qərəzli mövqe
tutanlara ən yaxşı cavab Azərbaycanda mövcud olan reallıq, bütün xalqların, etnik azlıqların birlik, bərabərlik, mehribanlıq şəraitində
yaşamasıdır. Azərbaycan
çoxəsrlik tarixinə
söykənən tolerantlıq
prinsiplərinə sadiqdir.
Prezident İlham Əliyevin hələ illər öncə qeyd etdiyi kimi:
"Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı ölkədir.
Bu, bizim böyük sərvətimizdir.
Biz bu sərvəti
qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə ki, çox istərdik başqa ölkələr
də bizim təcrübəmizdən istifadə
etsinlər. Başa düşsünlər ki,
dinlərarası münaqişə
fəlakətə gətirib
çıxarır. Başa
düşsünlər ki,
müxtəlif dinlərin,
millətlərin nümayəndələri
bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində
yaşaya bilərlər,
necə ki, Azərbaycanda yaşayırlar".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
10 yanvar, № 3.- S.1;11.