Prezident seçkiləri azad, ədalətli şəffaf keçiriləcək

 

 

Respublikamızda bunun üçün demokratik mühit, praktik təcrübə siyasi iradə var

 

 

 

Növbədənkənar prezident seçkisinə bir aydan da az vaxt qalır. Seçkiyə hazırlıq Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş əsas hərəkət tədbirlərin Təqvim Planına uyğun davam edir. Qeyd edək ki, bu, 1993-cü ildən bəri respublikamızda demokratik şəkildə baş tutacaq 7-ci prezident seçkisi olacaq.

 

 

 

7 nəfərin namizədliyi qeydə alınıb

 

 

 

İstənilən seçki hər bir demokratik cəmiyyət üçün mühüm siyasi hadisə hesab edilir. Bu baxımdan qarşıdan gələn növbədənkənar prezident seçkisinin istər Azərbaycan cəmiyyəti, istər beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanması izlənilməsi təbiidir. Əsas odur ki, respublikamızda statusundan məzmunundan asılı olmayaraq hər bir seçkinin ədalətli şəffaf keçirilməsi üçün olduqca böyük təcrübə, siyasi iradə demokratik ənənələr var.

Qeyd edək ki, təqvim planına əsasən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi ötən il dekabrın 19-dan başlayıb bu il yanvarın 8-də başa çatıb. İlk olaraq isə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyi MSK tərəfindən qeydə alınıb. Ümumilikdə isə indiyədək MSK 7 nəfərin prezident seçkilərində namizəd kimi qeydə alınmasına qərar verib.

Növbədənkənar prezident seçkilərində 5-i siyasi partiyalar, 12-si özü tərəfindən olmaqla, 17 nəfərin namizədliyinin irəli sürülməsi MSK-nın müvafiq qərarları ilə təsdiq olunmuşdur.

Növbədənkənar seçkilərin yüksək səviyyədə təşkil olunub azad ədalətli keçirilməsi, eləcə müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl sistemli şəkildə genişmiqyaslı tədbirlər gerçəkləşdirilməkdədir. Həmçinin ekspert qrupunun üzvləri, müşahidəçilər polis əməkdaşları üçün yaddaş kitabçaları dərc olunub.

 

 

 

Görüşlər üçün 125 seçki dairəsi üzrə 139 açıq, 139 qapalı yer ayrılıb

 

 

 

Seçkilərə hazırlığın əsas mərhələlərindən biri namizədlərin seçkiqabağı təşviqatıdır. Respublikamızın seçki qanunvericiliyinə əsasən təşviqat səsvermə gününə 23 gün qalmış başlanır səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Qarşıdan gələn prezident seçkilərində namizədlərin təşviqatı yanvarın 15-i başlayacaq, fevralın 6-sı saat 8.00-da dayandırılacaq.

Seçkiqabağı təşviqat tədbirləri çərçivəsində seçicilərlə görüşlər üçün şəhər rayonlarda 125 seçki dairəsi üzrə 139 açıq, 139 qapalı yer müəyyən edilib. Həmin yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Bundan başqa, prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziyada, "Azərbaycan" digər qəzetlərdə ödənişsiz efir vaxtı dərc üçün yer ayrılacaq.

 

 

 

Seçkilərə "ASAN" töhfə

 

 

 

Onu da qeyd edək ki, prezident seçkiləri ilə bağlı "ASAN xidmət" mərkəzlərində yeni layihə gerçəkləşdirilib. Belə ki, seçkilərdə iştirakla bağlı "ASAN xidmət" mərkəzlərində innovativ həll təmin edilib. Mərkəzlərdə olan "ASAN növbə" terminallarına "Seçici statusunu yoxla" adlı funksional bölmə əlavə edilib. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Həmçinin qeydiyyat üzrə seçki dairəsi məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Əgər məlumatlar sistemdə əks olunmazsa, açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da yaradılıb.

Sözügedən innovativ həll Mərkəzi Seçki Komissiyası "ASAN xidmət"in birgə layihəsi çərçivəsində reallaşdırılıb. "ASAN xidmət"ə müraciət edən vətəndaşlarımız növbə götürərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.

Seçkilərin ədalətli, obyektiv şəffaf həyata keçirilməsi həmin ölkədə cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Azərbaycanda vətəndaşların seçki hüquqları ən yüksək səviyyədə, demokratik prinsiplər çərçivəsində təmin olunur. O cümlədən respublikamızda seçkilərin azad, ədalətli sərbəst şəkildə həyata keçirilməsi üçün müasir demokratik çağırışlara cavab verən qanunvericilik bazası mövcuddur. Ölkəmizdə seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb, seçki komissiyaları müasir texniki avadanlıqlarla təchiz edilib. Bu mənada qarşıdan gələn növbədənkənar prezident seçkiləri   ədalətli, şəffaf demokratik standartlara uyğun keçiriləcək.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2024.- 10 yanvar, № 3.- S.1;8.