"Strateji
tərəfdaşlığımızı
bir daha təsdiqlədik"
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri
prezidentlərinin geniş
tərkibdə görüşü
keçirilib
Yanvarın 9-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd
bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü
olub.
AZƏRTAC xəbər verir ki, görüşdə
Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentinin
qardaşı, Birləşmiş
Ərəb Əmirliklərinin
vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed
Əl Nəhyan, Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentinin
qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl
Nəhyan, Birləşmiş
Ərəb Əmirliklərinin
Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.
Görüşdə çıxış edən
Prezident İlham Əliyev dedi:
- Hörmətli cənab
Prezident, Əziz Qardaşım.
Hörmətli qonaqlar.
Azərbaycana xoş
gəlmisiniz.
Sizin Azərbaycana
səfər etməyiniz
tarixi hadisədir, bu, Birləşmiş Ərəb Əmirliklərinin
Prezidentinin Azərbaycana
ilk rəsmi səfəridir. Əminəm
ki, bu səfər
iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin
inkişafına böyük
töhfə verəcək.
Biz Sizinlə dünən rəsmi ziyafət zamanı bir çox məsələləri ətraflı
müzakirə etdik və bir daha
bizim strateji tərəfdaşlığımızı təsdiqlədik.
Şadam ki, bizim şəxsi görüşlərimiz müntəzəm
xarakter alır. Keçən ay biz Sizinlə Əbu-Dabidə görüşmüşdük.
Fürsətdən istifadə
edərək, COP28 Konfransının
uğurla keçirilməsi
münasibətilə Sizi
bir daha təbrik edirəm. COP29-un
Azərbaycanda keçirilməsi
ilə əlaqədar
verdiyiniz dəstəyə
görə bir daha minnətdarlığımı
bildirirəm. Bir daha fürsətdən istifadə edərək,
BMT Təhlükəsizlik Şurasındakı
mövqeyinizə görə,
Azərbaycana verdiyiniz
dəstəyə görə
Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Bu gün bir çox önəmli sənədlər
imzalanmışdır, bir
azdan sonra sənədlərin mübadiləsi
mərasimi keçiriləcək.
Əminəm ki, bu sənədlər gələcək əməkdaşlığımız
üçün çox
güclü zəmin yaradacaq.
Əməkdaşlığımız
çoxşaxəlidir, bir
çox sahələri
əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə
yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Keçən
ilin oktyabr ayında Azərbaycanda 230
meqavat gücündə
günəş elektrik
stansiyasının açılışı
olmuşdur. Bu stansiyanın yaradılması
ölkənizin investisiyaları
hesabına mümkün
olmuşdur. Bu, sadəcə olaraq birinci addımdır. İmzalanmış kontraktlar
və anlaşma memorandumları əsasında
Sizin ölkənizin sərmayələri hesabına
Azərbaycanda 10 qiqavat
yaşıl enerji istehsalı nəzərdə
tutulur.
Keçən ay
Bakıda daha iki önəmli sənəd imzalanmışdır.
Onlardan biri - Birləşmiş Ərəb
Əmirlikləri ilə
Azərbaycan arasında
imzalanmış sənəd
əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradıldı. İkinci önəmli sənəd informasiya-kommunikasiya sektoruna
aiddir.
Biz bunu çox yüksək qiymətləndiririk, çünki
Sizin ölkəniz Sizin rəhbərliyinizlə
çox böyük uğurlara imza atıb, dünyanın ən inkişaf etmiş, ən uğurlu ölkələrindən
birinə çevrilib.
Bilirəm ki, bir çox ölkələr üçün
Sizin uğurlu təcrübəniz bir nümunədir.
Əminəm ki,
Sizin səfəriniz bizim strateji tərəfdaşlığımızı möhkəmləndirəcək, xalqlarımız arasındakı
dostluq, qardaşlıq
münasibətlərini daha
da gücləndirəcək.
Bir daha xoş gəlmisiniz.
x x x
Prezident Şeyx
Məhəmməd bin
Zayed Əl Nəhyan çıxış
edərək dedi:
- Cənab Prezident,
Azərbaycana səfər
etməkdən çox
böyük məmnunluq
duyuram, qonaqpərvərliyə
və səmimi qəbula görə Sizə minnətdarlığımı
bildirirəm. Xüsusən
də dünən rəsmi ziyafət zamanı bizim apardığımız danışıqlar
və iki ölkə arasında əlaqələrin perspektivinə
dair əldə etdiyimiz razılaşmalar sevindiricidir. Cənab Prezident, Sizin dövlətinizə, Sizin
xalqınıza uğurlu
il arzu edirəm.
Biz iki ölkə arasında bu gün imzalanmış
Strateji tərəfdaşlıq
haqqında Anlaşma Memorandumunu qeyd etmək istəyirik. Bu Anlaşma Memorandumu ilə ölkələrimiz arasındakı
əlaqələr strateji
əhəmiyyət kəsb
edir. Ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı,
mədəniyyət və
təhsil sahələrində
də əlaqələrimizin
və əməkdaşlığımızın
inkişafı istiqamətində
səylərimizi səfərbər
edəcəyik.
İki ölkə
arasında münasibətlər
yüksələn xətt
üzrə inkişaf
edir və biz müxtəlif sahələrdə daimi inkişaf və uğurun şahidi oluruq. Biz də
Birləşmiş Ərəb
Əmirliklərində iki
ölkə arasında,
iki ölkənin və iki xalqın
rifahı və çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın
inkişafına hazırıq.
Qeyd etdiyiniz kimi, münasibətlərimizin
inkişafı öz başlanğıcındadır. Biz də öz
növbəmizdə ölkələrimiz
arasında münasibətlərin
daha da gücləndirilməsi
və yeni körpülərin yaradılması
istiqamətində səylərimizi
səfərbər edirik.
Cənab Prezident,
bu il Azərbaycanın
COP29 tədbirinin keçirilməsi
ilə bağlı seçilməsi münasibətilə
Sizə bir daha öz təbriklərimi
çatdırmaq istəyirəm.
Bu da öz
növbəsində bütün
dünyanın Azərbaycana
etimadının bir təzahürüdür və
bu münasibətlə
Sizə uğurlar arzulayıram. Keçən
dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz
kimi, əlbəttə
ki, Azərbaycan bu kimi mötəbər
tədbirlərin keçirilməsinə
qadirdir və hazırdır.
Cənab Prezident,
qonaqpərvərliyə, səmimi
qəbula və xüsusən də dünən iki saatdan artıq keçirdiyimiz gözəl
vaxta görə, - həqiqətən bu iki saat ərzində
mən bizim görüşümüzdən çox həzz aldım, - Sizə bir daha minnətdarlığımı
bildirmək istəyirəm.
Cənab Prezident,
dünən də qeyd etdiyim kimi,
Birləşmiş Ərəb
Əmirliklərinin bütün
təcrübəsi hesab
edin ki, Sizin əlinizdədir. Hər bir sahədə
biz öz təcrübəmizi Sizinlə
bölüşməyə, xüsusən də
COP29-un keçirilməsində öz təcrübəmizi
Sizinlə paylaşmağa
hazırıq.
Bildiyiniz kimi, Birləşmiş Ərəb
Əmirliklərinin bir
çox sahədə
böyük təcrübəsi
var, biz də Sizin kimi
qardaş ölkələrlə
bu təcrübəni
paylaşmağa, bölüşməyə
hər zaman hazırıq. Amma bəzi məqamlar, bəzi sahələr var ki, o sahələrdə
biz də öyrənirik. Çox sağ olun, cənab Prezident.
x x x
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm.
x x x
Sonra səfər
çərçivəsində imzalanmış sənədlərin
mübadiləsi mərasimi
olub.
Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası
ilə Birləşmiş
Ərəb Əmirlikləri
arasında Strateji Tərəfdaşlıq haqqında
Anlaşma Memorandumu”,
“Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə Birləşmiş
Ərəb Əmirliklərinin
Maliyyə Nazirliyi arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
ilə Birləşmiş
Ərəb Əmirliklərinin
İqlim Dəyişmələri
və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu”,
“Azərbaycan Respublikasının
Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin
İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi
layihələri üzrə
İnvestisiya Əməkdaşlığına
dair Anlaşma Memorandumu”, “Azərbaycanın
bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi
və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan
verən Strateji Əməkdaşlıq üzrə
Çərçivə Müqaviləsi”,
“Azərbaycanda quruda quraşdırılacaq 1 GVt
gücündə günəş
və külək layihələrinin inşası
üçün Tədbirlər
Təqvimi”, “ADNOC və
SOCAR şirkətləri arasında
Strateji Əməkdaşlıq
Sazişi” imzalanıb.
Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib.
Azərbaycan.-2024.- 10 yanvar, ¹ 3.- S.3.