Leyla
Əliyevanın iştirakı
ilə “Bizim həyət” layihəsi çərçivəsində daha iki həyət
yenilənərək sakinlərin
istifadəsinə verilib
Paytaxtın
Nəsimi rayonu, Bakıxanov küçəsi
42 və Bakıxanov qəsəbəsi Sakit Qocayev 25, 25a, 25b, 27 və
27c ünvanlarında 4600-dən çox sakinin yaşadığı çoxmərtəbəli
binaları əhatə
edən həyətlər
abadlaşdırılaraq sakinlərin
istifadəsinə verilib.
Heydər Əliyev
Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin
təsisçisi və
rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir
çərçivəsində keçirilən kütləvi
ağacəkmə aksiyasında
iştirak edib. Yeni il bayramı
ərəfəsində keçirilən
tədbir zamanı abadlaşdırılan həyətin
azyaşlı sakinləri
üçün xüsusi
bayram şənliyi təşkil olunub, onlara bayram hədiyyələri
təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi
yaradıb, sevinc dolu anlar bəxş
edib.
“Bizim həyət”
layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin
ekoloji cəhətdən
təmiz və abad olması, yaşıllıqların bərpası,
mənalı istirahət
mühitinin formalaşdırılması,
sakinlər üçün
təhlükəsiz və
rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan həyətlərdə sağlamlıq
imkanları məhdud insanların rahat hərəkəti nəzərə
alınıb, bütün
yaş qrupları üzrə uşaqların
inkişafı üçün
əlverişli şəraitin
yaradılması, gənclərin
asudə vaxtlarının
səmərəli təşkili
və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə
ərazidə süni
örtüklü futbol
stadionu, şahmat meydançası, müxtəlif
idman qurğuları, uşaq üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı
sahələrdə 16 söhbətgah,
çoxsaylı oturacaqlar,
quş yuvaları və pişik evləri quraşdırılıb.
Bundan əlavə həyətlərdə yeni
işıqlandırma dirəkləri,
müşahidə kameraları
quraşdırılıb, binaların
fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik xətləri yenidən çəkilib.
Həyətlərin ərazisindəki mövcud
yaşıllıqların bərpası
ilə yanaşı,
650 ədəd müxtəlif
növ ağaclar,
19100 ədəd kol əkilib, 3542 kvadratmetr ərazidə yaşıllıq
zolağı salınıb.
Bununla yanaşı, həyətin ətrafında
sıx bitən və havanın çirklənməsinin qarşısını
almaq məqsədilə
adi daşsarmaşığı
və digər sarmaşan bitkilər əkilərək “yaşıl
sədlər” yaradılıb.
Məlumat üçün
bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə 2017-ci ildən
etibarən icra olunan “Bizim həyət”
layihəsi çərçivəsində
bu günədək
149 ümumi yaşayış
sahəsi abadlaşdırılaraq
sakinlərin istifadəsinə
verilmişdir.
Xüsusi olaraq qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin qaynar xətti 1113 və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərməyiniz xahiş olunur
Azərbaycan.-2024.- 10 yanvar, № 3.- S.6.