İlham Əliyev. İnkişaf - məqsədimizdirçoxcildliyinin 130-cu kitabı çapdan çıxıb

 

 

AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin iyul-sentyabr aylarını əhatə edir. Bu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana Tacikistana səfərlərinə, həmçinin ölkəmizə səfər etmiş Özbəkistan Türkiyə prezidentləri ilə görüşlərinə dair materiallar toplanıb. Xatırladaq ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı iki ölkənin liderləri, həmçinin Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər, Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər, şəhərin baş planı ilə tanış olublar, habelə Şuşa şəhərinə səfər ediblər. Bütün bunlar haqqında informasiyalarla 130-cu kitabda tanış olmaq mümkündür.

2023-cü il sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri isə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi ilə əlamətdar olub. Kitaba Azərbaycan Türkiyə prezidentlərinin bu mərasimdə iştirakına, habelə təkbətək görüşünə, sənədlərin imzalanmasına, qardaş ölkələrin liderlərinin mətbuata bəyanatlarla çıxışlarına, Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılış mərasimində iştirakına dair informasiyalar da daxil edilib.

Ötən ilin sentyabr ayının ən mühüm hadisəsi isə Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri olub. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Prezident İlham Əliyev bu tədbirlərin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciət edib.

Sitat: Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız-adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, həm onlardan, həm onların arxasında duran onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşənerməni cəfakeşlərindəntələb edirdik - qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər bölgə rahat nəfəs alacaq biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.

Azərbaycan Prezidentinin bu müraciətinin tam mətni 130-cu kitaba daxil edilib.

Yeni nəşrdə dövlətimizin başçısının Çinin “China Media Group” media korporasiyasına, ŞuşadaEuronewsteleviziyasına müsahibələrinin mətnləri verilib.

Dövlətimizin başçısı avqust ayında, həmçinin Qazax, Şəmkir, Samux, Bərdə, Kəlbəcər Laçında səfərdə olub, “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak edib. Oxucu bu kitabda həmin səfərlərin materialları ilə tanış ola bilər.

Azərnəşrtərəfindən buraxılan 130-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

Azərbaycan.-2024.- 10 yanvar, ¹ 3.- S.9.