Azərbaycan
və BƏƏ liderlərinin
görüşləri ərəb
mediasında geniş işıqlandırılıb
Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın
Bakıya rəsmi səfəri çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər ərəb
ölkələrinin mediası
tərəfindən geniş
işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, BƏƏ-nin rəsmi WAM informasiya agentliyi, “Abu-Dabi TV”, “Dubai Zaman” telekanalları, həmçinin
“Əl İttihad”, “Əl Xalic”, “Emarat Əl Yom”, “UAEbarq”, “Əl Bələd” qəzet və portallarının reportaj və xəbərlərində
iki dost dövlətin başçılarının
apardıqları danışıqlarda
hazırda yüksək
səviyyədə olan
ikitərəfli əlaqələrin
daha da inkişaf
etdirilməsinə dair
əzm nümayiş etdirildiyi bildirilib. Diqqətə çatdırılıb
ki, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan
bu gün imzalanmış Strateji tərəfdaşlıq haqqında
Anlaşma Memorandumunu xüsusi qeyd edərək, bu sənədlə iki ölkə arasındakı
əlaqələrin strateji
əhəmiyyət kəsb
etdiyini vurğulayıb.
O əlavə edib ki, ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı,
mədəniyyət və
təhsil sahələrində
də əlaqələrin
və əməkdaşlığın
inkişafı istiqamətində
səylər artırılacaq.
BƏƏ və digər
ərəb ölkələrin
nüfuzlu media orqanları – “SkyNews Arabia”, “Əl Ərəbiyə”, Dubaydan
yayımlanan “CNN Arabic”
telekanalları, habelə
“Gulf365”, “Əl Vətən”,
“DotGulf”, “Əl Bəyan” qəzet və portalları, Bəhreynin rəsmi BNA informasiya agentliyinin reportaj və xəbərlərində BƏƏ Prezidentinin azərbaycanlı
həmkarını Azərbaycanın
COP29 tədbirinin keçirilməsi
ilə bağlı seçilməsi münasibətilə
təbrik etdiyi qeyd edilib. Yazılarda
vurğulanıb ki, Şeyx Məhəmməd
bin Zayed Əl Nəhyan bunun bütün dünyanın Azərbaycana
etimadının bir təzahürü olduğunu
bildirib və COP29-un keçirilməsində ona
uğurlar arzulayıb.
Xəbərlərdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev, öz növbəsində, COP28 Konfransının uğurla keçirilməsi münasibətilə həmkarını təbrik edib, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar verdiyi dəstəyə görə ona bir daha minnətdarlığını bildirib.
Azərbaycan.-2024.- 10 yanvar, ¹ 3.- S.9.