Azərbaycan dini azadlığı təmin edən ölkələrin zirvəsində dayanır

 

 

"ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hesabatının Azərbaycana aid edilən bölməsində reallığı əks etdirməyən qərəzli fikirlər yer alıb. Halbuki Azərbaycan ölkə ərazisində yaşayan bütün etnik qrupların dinlərin hüquq azadlıqlarını təmin edir. Ana qanunumuzda dini icmaların fəaliyyətinə diskriminasiya, ayrı-seçkilik təqiblər qadağan olunub".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, ölkəmizdə hər kəs qanun qarşısında bərabərdir. Lakin kimlərsə din pərdəsi altında qanunu pozaraq ölkənin milli maraqlarına, dövlət quruluşuna təhlükə yaradan fəaliyyətlə məşğul olurlarsa, onlara qarşı qanun çərçivəsində tədbirlər görülür. "Komissiyanın hesabatında Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyasının heç bir konkret fakta əsaslanmadan havadan tutma məlumatlarla iradlarını bildirməsi çox absurddur", - deyə deputat qeyd edib.

Azər Badamov vurğulayıb ki, ABŞ- dini mənsubiyyətinə görə insanların dövlət orqanları tərəfindən təqib olunduğunun dəfələrlə şahidi olmuşuq: "Orada hətta polis tərəfindən əliyalın müsəlmanların qətlə yetirilməsi halları mütəmadi baş verir. İslam dininin mənsubu olan şəxslərə qarşı ədalətsiz məhkəmələr keçirilir. Yəni ABŞ-nin özündə dini azadlıq insan haqları kobud şəkildə daha çox pozulur. Amma Dövlət Departamenti dini azadlıqla bağlı qərəzli hesabatlar hazırlamaqla yenə müsəlman mənşəli ölkələrə təzyiq etməyə çalışır. Bəs hesabatda xristian dininə mənsub  olan ölkələrə qarşı iradlar niyə səslənmir?! Ona görə ki, onları narahat edən islam dünyasıdır".

Deputat bildirib ki, Azərbaycan dini tolerantlığa yüksək dəyər verən ölkədir. Dövlətimiz nəinki öz ərazisində multikulturalizm siyasətini yürüdür, həm dünyada bu siyasətin uğur qazanılmasına çalışır. Belə ki, ölkəmiz multikulturalizm tolerantlıq mövzusunda beynəlxalq konfranslar təşkil edir dünya birliyini həmrəyliyə çağırır. Ölkəmizdə bütün dini icmaların fəaliyyətinə dövlət dəstəyi göstərilir. Məscidlər, kilsələr sinaqoqlar dövlət dəstəyi ilə yenidən qurularaq dindarların ibadətinə verilir.  Azərbaycan dini azadlıqların pozulduğu ölkələr arasında yox, dini azadlıqları təmin edən ölkələrin zirvəsində dayanır.

Deputatın sözlərinə görə, hesabatda maraqlı məqamlardan biri Ermənistanla bağlı heç bir iradın olmamasıdır: "Halbuki ermənilər tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan 300 min azərbaycanlını güc yolu ilə deportasiya edərək islam dininə məxsus yüzlərlə ibadət yerlərini, məzarlıqları, dini abidələri dağıdaraq yerlə yeksan ediblər. O cümlədən torpaqlarımızı işğal altında saxladıqları 30 ildə Qarabağ torpaqlarındakı 67 məscidi dağıdaraq təhqir etmiş, azərbaycanlılara məxsus mədəni-dini abidələri dağıtmış, albanlara məxsus katolik kilsələrini erməniləşdirməyə çalışıblar. Lakin dini azadlıqların insan hüquqlarının ən çox pozulduğu ölkələrdən biri olan Ermənistanla bağlı hesabatda heç qeyd olunmayıb. Ona görə ki, bu hesabatı hazırlayan ermənidir. Erməni heç vaxt Azərbaycan haqqında müsbət həsabat ya rəy verməz".

Deputat qeyd edib ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələr səsləndirilməsi, konkret fakt göstərilmədən  ölkəmizin adının heç bir beynəlxalq statusa malik olmayan qrupa, xüsusi izləmə siyahısına daxil edilməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyil. ABŞ Dövlət Departamentinin bu cür əsassız qərəzli hesabatı qəbuledilməzdir.

 

N.QAFARZADƏ,

Azərbaycan.-2024.- 10 yanvar, № 3.- S.11.