Fransanın
iddiaları qərəzli
və əsassızdır
Ötən il dekabrın 4-də Fransa vətəndaşı Martin Rian
casusluqda şübhəli
bilinərək tutuldu.
Daha sonra onun barəsində məhkəmə qərarı
ilə 4 ay müddətinə həbs
qətimkan tədbiri seçildi. Azərbaycan tərəfi həmin Fransa vətəndaşı
barəsində tədbirlər
görərkən milli
qanunvericiliyə və
beynəlxalq öhdəliklərə
tam olaraq əməl etdi. Lakin Fransanın Avropa və Xarici İşlər Nazirliyi iddia etdi ki, guya,
Fransa vətəndaşı
ölkəmizdə əsassız
olaraq tutulub. Bu, tamamilə absurd olmaqla yanaşı, Parisin Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir.
Bu mövzu ilə bağlı "Azərbaycan" qəzetinə
danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Fransanın anti-Azərbaycan mövqeyi
heç bir beynəlxalq normaya uyğun gəlmir: "Bu ədalətsiz mövqe bilavasitə müstəqil dövlətin
daxil işlərinə
qarışmaqdır. Görünür,
bu, uzun illər dünyada müstəmləkəçilik siyasəti yürüdən
bir ölkə olaraq Fransanın dövlət siyasətinin
əsasına çevrilib.
Heç kimə sirr deyil ki,
50-dən çox ölkədə
Fransanın müxtəlif
hərbi bazaları, obyektləri, hərbçiləri
yerləşib. Paris elə
bunların hesabına
iqtisadiyyatını qurub".
Komitə sədri
söyləyib ki, Fransa vətəndaşının
əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin
iddiaları da ölkəmiz barədə
mütəmadi olaraq qaldırdıqları iddialar
kimi əsassızdır.
Fransa tərəfi Azərbaycanın daxili işlərinə və təhqiqat tədbirlərinə
müdaxiləni dayandırmalıdır.
Tahir Rzayev həmçinin bildirib ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafı
istiqamətində həm
Ulu Öndər Heydər Əliyevin dövründə, həm
də Prezident İlham Əliyevin hakimiyyətdə olduğu
illərdə işlər
görülüb: "Lakin
təəssüflər olsun
ki, Fransa dövləti bunu heç zaman qiymətləndirməyib. Bu
gün Fransa Ermənistandan çox ermənilik edir. Bunun əsas səbəbi isə Ermənistana dəstək
vermək, bu xalqın xoşbəxtliyinə,
uğurlu gələcəyinə
nail olmaq deyil. Sadəcə olaraq, Fransa Ermənistanda mövqelərini
möhkəmləndirməklə Cənubi Qafqazda özünə yer tutmaq istəyir. Fransa Afrikada, eləcə də digər ölkələrdə
müstəmləkəçilik meyilləri xeyli zəiflədiyinə görə
yeni siyasi şans qazanmaq istəyir. Ona görə də dünyada böyük dövlətlərdən biri
kimi varlığını
təsdiq etmək üçün Cənubi
Qafqazda möhkəmlənmək
niyyətinə düşüb".
Komitə sədri
qeyd edib ki, Paris bu məqsədlərinə
Ermənistan vasitəsilə
çatacağını düşünsə
də, yanılır:
"Bütün bunlar
əfsanədir, reallaşmayacaq
xəyallardır. Çünki
Azərbaycan müstəqil
və qətiyyətli
siyasət yürüdən,
iqtisadiyyatını möhkəmləndirən,
beynəlxalq aləmdə
böyük nüfuza
malik olan bir dövlətdir. Azərbaycan bir çox beynəlxalq normaların həyata keçirilməsində təşəbbüskardır.
Elə ona görə də dünyanın əksər
ölkələri Azərbaycanın
yürütdüyü siyasətə
müsbət dəyər
verir və onu yüksək qiymətləndirirlər".
Tahir Rzayevin sözlərinə görə, Fransa prezidenti Makronun, eləcə də Fransa parlamentarilərinin, siyasi dairələrinin Azərbaycan əleyhinə
apardıqları təbliğat
heç bir nəticə verməyəcək.
Azərbaycan haqq və ədalət yolundadır, dövlət
siyasətini uğurla
həyata keçirir.
Fransa isə tutduğu yoldan dönməli, xalqının
mənafeyini dərindən
düşünməlidir. Çirkin təbliğat vasitələrindən,
xeyirsiz məqsədlərdən
əl çəkməlidir.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
11 yanvar, № 4.- S.1-10.