Yalan
və qərəzdən
yoğrulmuş hesabatda
erməni barmağı
ABŞ hər il
Dövlət Departamentinin
əli ilə insan haqları, dini azadlıqlar və s. mövzularda hesabatlar hazırlatdırır.
Bu hesabatların obyektivliyinə görə
isə heç kim məsuliyyət daşımır. Ona görə də hesabatlara məqsədli və qərəzli şəkildə nə istəsələr yazırlar.
Yəni bu hesabatlarda öz maraqlarını güdürlər
və ondan bir vasitə kimi istifadə edirlər.
ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda, guya, dini etiqad azadlığına
etinasız münasibət
olduğu göstərilir.
Adətən, belə
qərəzli məsələlərin
altından həmişə
bir erməni barmağı çıxır.
Araşdırma zamanı
məlum olub ki, doğrudan da, Birləşmiş Ştatların Dövlət
Departamentinin dünyadakı
dini durumla əlaqədar azadlıq indeksini də, onun Azərbaycanla bağlı reallıqdan uzaq hissəsini də erməni millətçisi Daniella Aşbaxyan hazırlayıb.
İstər-istəməz sual
yaranır ki, nəyə görə Dövlət Departamenti Azərbaycan haqqında hesabat hazırlamağı
erməniyə həvalə
edir? Məgər o boyda departamentdə başqa bir millətin nümayəndəsi
yoxdur? Bütün dünyaya ermənilərin
Azərbaycana qarşı
düşmənçilik münasibəti
məlumdur. O cümlədən,
Dövlət Departamentinin
də. Belə bir vəziyyətdə hesabatın hazırlanmasının
erməniyə tapşırılmasının
özü qərəzliyə
yol açan başlıca amildir. Məsələyə belə
qeyri-ciddi yanaşan Dövlət Departamentinin özü ədalət prinsipini pozur. Barmağını da sındırsalar, erməni
heç vaxt Azərbaycan haqqında müsbət bir şey yazmaz.
Hesabatın etnik
erməni ABŞ vətəndaşı
tərəfindən tərtib
olunmasının özü
əvvəlcədən düşünülmüş
addımdır. Təəssüflər
olsun ki, son illər belə hallar ABŞ-nin dövlət qanunvericilik və icraedici orqanlarında tez-tez baş verir. Amma məsələ
ondadır ki, ABŞ-də fəaliyyət göstərən etnik erməni lobbisi və diasporu Ermənistanın və Qarabağ separatçılarının
maraqlarını qorumaq
və təşviq etməklə məşğul
olmasını heç
vaxt gizlətməyiblər.
Onların təşəbbüsü
ilə ABŞ Konqresi və Nümayəndələr
Palatasında, Senatın
Xarici Əlaqələr
Komitəsində keçirilən
çoxsaylı dinləmələr
və tədbirlər
buna əyani sübutdur. Necə deyərlər, şərhə
ehtiyac yoxdur.
Ataların gözəl
bir misalı var: "Öz gözündə tiri görmür, özgə
gözündə tük
axtarır". ABŞ Dövlət
Departamentinin başı
xaricdə dini azadlıqlar üzrə məsələləri izləməyə
o qədər qarışıb
ki, öz daxilində dini və etnik nifrətin
mövcud miqyasına nəzarət etməyi belə yaddan çıxarıb. ABŞ-də
cinayətkarlığın, dini və etnik
zəmində qətllərin
nisbəti son illərdə durmadan artır. 2021-ci ildə qətllərin sayı 7 faiz, 2022-ci ildə isə 9 faiz artıb. Yaxşı olar ki, Dövlət
Departamenti belə yalançı və qərəzli hesabatları
hazırlamazdan əvvəl
gözünü açıb
ətrafına yaxşı-yaxşı
baxsın.
Günümüzün reallığı budur ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan haqqında yazılan fikirlər yalan və cəfəngiyyatdan
başqa bir şey deyil. Çünki ölkəmizdəki
dini durum, sözün həqiqi mənasında, dünyaya
nümunədir və
bununla bağlı kifayət qədər misallar gətirmək olar. Hesabatın yalan və qərəz
üzərində qurulması
Birləşmiş Ştatların
dini özünün xarici siyasətində alətə çevirməsini
bir daha təsdiqləyir. Birləşmiş
Ştatların belə
hesabatları hazırlamaqda
məqsədi bütün
istiqamətlərdə daim
inkişaf edən, getdikcə dünyada söz sahibinə çevrilən Azərbaycanın
üzərinə kölgə
salmaqdır. Amma
ABŞ unutmasın ki,
Günəş çıxanda
kölgələr yox
olur.
Bu gün Azərbaycan Cənubi Qafqazda lider mövqeyə sahibdir. Bu liderliyin həm
də mükəmməl
multikultural örnəkləri
və dayaqları var. Bəs, nəyə görə Birləşmiş Ştatlar
hazırkı reallığı
görmək istəmir?
Çünki ABŞ Azərbaycanın
müstəqil siyasət
yürütməsini həzm
edə bilmir. Buna görə də Vaşinqton ölkəmizdən, belə
demək mümkünsə,
dini antipod düzəltmək niyyətinə
düşüb. Azadlıqdan,
demokratiyadan dəm vuran Amerika özü
reallıqdan uzaq durur. Əsl dinsizlik, həqiqətə
etinasızlıq da elə məhz budur.
Azərbaycanda insanların
dini etiqad azadlığının təmin
edilməsində hər
il mütərəqqi
yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir,
uğurlu islahat aparılır və dini icmaların fəaliyyətinə dəstək
verilir. Hər il Prezident İlham
Əliyev tərəfindən
rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır.
Bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən
qeyri-müsəlman icmalarına
şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr
bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfərləri
zamanı mütləq
həmin ərazidə
yerləşən dini
ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər
aparır, onları dinləyirlər. Öz gözlərində tiri görməyən ABŞ Dövlət
Departamenti isə bunları görmək istəmir. Əgər görsə idi, bütün bunları Azərbaycan haqqındakı
hesabatda qeyd edərdi.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
11 yanvar, № 4.- S.1-10.