Antiislamçı,
türk düşməni,
uğursuz aktyor
Fransanın yeni hökumət başçısı "zəngin"
bioqrafiyaya malikdir
Fransa prezidenti Emmanuel Makronun 34 yaşlı Qabriel Attalı baş nazir təyin etməsinin əsas səbəbi 2027-ci ildə
keçiriləcək növbəti
prezident seçkilərində
onun keçmiş hökumət başçısı
Eduar Filiplə rəqabət aparmağa hazırlanmasıdır. Baxmayaraq
ki, onun qeyri-ənənəvi oriyentasiyası
- cinsi azlıqların
nümayəndəsi olması
qələbəsinə mane
ola bilər…
Bunu Fransanın
Siyasi Araşdırmalar
Mərkəzinin eksperti
Alen Polikar bildirib. Qeyd edilib ki, Makronun strategiyası münasibətləri kəskin
şəkildə pozulmuş
Filipin qarşısına sədd
çəkməkdir. Attal prezident
seçkilərində qalib
gəlmək üçün
ən yaxşı namizəd hesab olunur. Makron hər şeyə rəğmən kölgədə
qalan dostunu seçib, çünki Attalın siyasi arenada peyda olmasına
şərait yaradan məhz özüdür.
O, Makrona bağlıdır
və yəqin ki,
Fransa lideri Attalın sona qədər ona sadiq qalacağına
və növbəti prezident seçkilərində
etibarlı namizəd
ola biləcəyinə inanır.
Fransada cinsi azlıqların nümayəndəsi
olduğunu gizlətməyən
ilk siyasətçi
Ekspertin fikrincə,
bütün sorğularda
fransızların Makronun
ikinci prezidentlik müddəti bitdikdən sonra prezidentliyə ən çox ehtimal olunan namizəd adlandırdıqları
Eduar Filip üçün Qabriel
Attal ciddi "maneə"
olacaq. O hesab edir ki, Makron digər mümkün namizədlər - daxili işlər naziri Cerald Darmanen və maliyyə naziri Bruno Le Merin fonunda
"silahdaş yox, ortaq şərik" seçib. Belə ki, onlar hazırkı prezidentin kölgəsində
yer almaqla kifayətlənməyəcəklər.
Eyni zamanda ona həvalə edilmiş vəzifələrin
öhdəsindən uğurla
gələn Attalın
seçimində işgüzar
imici də rol oynayıb. Attalın rəhbərlik etdiyi hökumətlə Makron həm də iyunda keçiriləcək Avropa
Parlamenti seçkilərində itkiləri azaltmağa ümid edir.
Attal həm də parlament çoxluğu olmadığı halda
qanun layihələrini qəbul
edərkən Makronun arxalandığı respublikaçıların
rəğbətini qazanıb.
Eyni zamanda, ekspertin fikrincə, Attalın gəncliyi onun həm üstünlüyü,
həm də mənfi tərəfi ola bilər. O həm də varlı bir ailədə böyüyüb və
Parisin ən nüfuzlu
özəl məktəbində
oxuyub. Bu isə onun xalqdan "uzaq düşməsi"
hesab olunur və buna görə Makron özü də tez-tez qınaq obyektinə çevrilir.
Attal həm də ölkənin başında
olan və qeyri-ənənəvi oriyentasiyasını
gizlətməyən ilk siyasətçidir.
Bu, Yelisey Sarayına gedən
yolda maneə ola bilər. Belə ki, artıq ölkədə
madam Attal olmayacaq, Fransada
isə həmişə
birinci xanım olub. Fransızların bunu qəbul edib-etməyəcəkləri sual
altındadır. Onu da qeyd
edək ki, Fransada baş nazirin prezident seçkilərində
qalib gəlməsi ilə bağlı presedent olmayıb.
Attalın "əri"
Stefan Sejurne qatı azərbaycanofobdur
Qabriel Attal 1989-cu il martın 16-da Klamarda anadan
olub, Parisdə böyüyüb. 2010-cu ildə
Pantheon-Assas Universitetinin
Hüquq fakültəsini,
2013-cü ildə Siyasi
Araşdırmalar İnstitutunu bitirib və burada ictimaiyyətlə əlaqələr
üzrə magistr dərəcəsi alıb.
2006-cı ildə Sosialist
Partiyasına qoşularaq
siyasi karyerasına başlayıb. 2012-ci ildə
Fransa Milli Assambleyasında təcrübə
keçdikdən sonra
o, sosial məsələlər
və səhiyyə nazirinin müşaviri olub.
2016-cı ildə Emmanuel Makronun
"İrəli!" hərəkatına
qoşulmaq üçün
Sosialist Partiyasını
tərk edib. 2017-ci ildə Fransa Milli Assambleyasının
üzvü olub.
2018-ci ilin oktyabrında Qabriel Attal təhsil nazirinin dövlət katibi vəzifəsinə təyin edilib və bu onu
Beşinci Respublika hökumətinin
ən gənc üzvü edib. 2020-ci ilin iyul ayında
o, hökumətin sözçüsü
və Fransanın baş naziri Jan Kasteksin dövlət katibi təyin edilib. 2022-ci ilin may ayında Attal Elizabet Born hökumətində
İqtisadiyyat və Maliyyə naziri yanında İctimai Hesablamalar üzrə nümayəndə - nazir təyin olunub. 2023-cü ilin iyulunda yeni kadr dəyişikliyi nəticəsində
Qabriel Attal milli təhsil
və gənclərlə
iş üzrə
nazir vəzifəsini alıb
və Makron hökumətində ən
gənc nazir olub.
Ötən ilin avqustunda ermənipərəst
siyasətçi ölkənin
təhsil müəssisələrində
ənənəvi müsəlman
qadın geyimləri olan abayaya qadağa
qoyub. 2023-cü ilin sentyabrında Fransa Dövlət
Şurası bu qərarı təsdiqləyib.
Onun erməni diasporu ilə sıx əlaqələri
olduğu bildirilir.
Qabriel Attal həm də özünü kinoda sınayıb və iki filmdə çəkilib. Yeni baş
nazirin "həyat yoldaşı" Stefan Sejurne
Avropa Parlamentinin üzvü və Azərbaycana qarşı fəal siyasət aparan qatı azərbaycanofobdur. Azərbaycan
işğal olunmuş
ərazilərini erməni
separatçılarından azad etdikdən sonra onun təşəbbüsü
ilə Avropa Parlamenti bir neçə dəfə anti-Azərbaycan
qətnamələri qəbul
edib.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.-
11 yanvar, ¹ 4.- S.10.