Azərbaycan Fransanı bütün qlobal platformalarda məğlub edib

 

 

"Fransanın ölkəmizə qarşı qərəzli addımları bu dövlətin xarici siyasətinin tərkib hissəsinə çevrilib məqsədli xarakter daşıyır. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu göstərir". 

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat qeyd edib ki, Fransanın ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyması birinci hal deyil. Vətən müharibəsinin ilk günlərində Fransa Prezidentinin "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir biz buna icazə vermərik" deyə beynəlxalq hüquqa zidd olan bəyanat verməsini yaxşı xatırlayırıq. İkinci Qarabağ savaşından üç ildən artıq vaxt keçməsinə baxmayaraq, Fransa keçmiş münaqişənin həllində maraqlı olmadığını özünün əsl ermənipərəst mövqeyini bu gün həyasızcasına nümayiş etdirir. "Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, antiterror tədbirlərindən sonra iki ölkə arasında münasibətlər mahiyyətcə dayandırıldı, yenə bu, bizim günahımız ucbatından baş vermədi. Sadəcə, Fransa artıq başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi.  Dövlət başçısı dedi ki, ən azı 5 dəfə bu cür cəhdlər edilib onların hamısı tam uğursuzluqla nəticələnib, çünki ölkələrin əksəriyyəti bizi dəstəkləyib, bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilməyiblər", - deyə o əlavə edib.

K.Bayramov bildirib ki, Fransanın siyasi yolla Azərbaycana qarşı istər BMT, istərsə digər beynəlxalq qurumlar səviyyəsində yanlış iddialarının hər biri nəticəsiz qalıb. Bu gün insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən Fransa siyasətinin hansı mərama xidmət etdiyi gün kimi aydındır.

Deputat vurğulayıb ki, Parisin bu mövqeyi Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədərək xalqların rifahına təhlükəsizliyinə qarşıdır: "Fransanın Azərbaycana qarşı uğursuz həmlələri, Cənubi Qafqazda möhkəmlənmək cəhdlərinin iflasa uğraması bu ölkənin regiondakı nüfuzuna ciddi zərbə oldu. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Fransa casus şəbəkəsini zərərsizləşdirməklə tək respublikamızı deyil, region ölkələrini müəyyən qədər MDB dövlətlərini Parisin çirkin siyasətindən qorumuş oldu. İfşa edilən şəbəkə bizim regionda kök salmışdı onların Azərbaycandakı uzantılarının məhvi Fransa kəşfiyyatının məkrli planlarını pozdu".

Deputat xatırladıb ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Fransa Ermənistanın oxşar hərəkətlərinə diqqət çəkib: "...Yəni burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var. Ona görə indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk verəcəyik".

K.Bayramov sonda əlavə edib ki, Fransanın Azərbaycana qarşı atdığı qərəzli addımlar dövlətlərarası münasibətləri sarsıdaraq, ölkə ictimaiyyətinin haqlı  hiddətinə səbəb olur.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.8.